Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.03.2018 08:34
  • A-
  • A
  • A+

AMEA-nın iki institutu birgə tədqiqatlara başlayıb

AMEA-nın iki institutu birgə tədqiqatlara başlayıb

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə Geologiya və Geofizika İnstitutu (GGİ) ölkənin  mühüm sosial-iqtisadi, ictimai-mədəni məsələlərinin həllinə və onun müdafiə qüdrətinin artırılmasına yönəlmiş multidissiplinar elmi tədqiqat proqramları çərçivəsində araşdırmalara başlayıb. Tədqiqatların əsas məqsədi respublikanın müxtəlif geoloji şəraitə malik rayonlarında yerləşən geofiziki stansiyaların məlumatlarının emal olunmasıdır.

İlk olaraq radon qazının qatılığı, temperatur, rütubət və təzyiqin bir-birindən asılılığının, radon qazının həcmi aktivliyinin qısa, orta və uzun müddətli davamlı variasiyalarının və digər aspektlərin müasir riyazi üsullarla emalı nəzərdə tutulub.

Bu məqsədlə Riyaziyyat və Mexanika İnstitutunda alınan ilkin nəticələrin müzakirəsi keçirilib. Görüşdə institutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, institutun əməkdaşları - riyaziyyat üzrə elmlər doktoru, dosent Rövşən Əliyev, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Hilalə Cəfərova, GGİ-nin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, akademik Əkpər Feyzullayev, AMEA-nın müxbir üzvü Çingiz Əliyev və geologiya üzrə fəlsəfə doktoru, dosent Rauf Bağırlı iştirak ediblər.

Tədbirdə əldə olunan ilkin elmi nəticələr müsbət qiymətləndirilib və tədqiqatların davam etdirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: