Riyaziyyat və Mexanika İnstitutu

 

Veb-sayt www.imm.az   
Ünvan AZ1141, Azərbaycan Respublikası,
Bakı ş., B.Vahabzadə küç., 9
Tel. (+994 12) 5393924

Faks

(+994 12) 5390102
Elektron poçtu rmi@imm.azaynura.jafarova@imm.az
Direktor Misir Cumail oğlu Mərdanov

AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi

Xidməti tel.: (+994 12) 5393924

Mobil tel.: (+994 50) 2014464 

Faks: (+994 12) 5390102 

E-poçt: misirmardanov@yahoo.com

misir.mardanov@imm.az 

Direktor müavinləri Elmi işlər üzrə

Quliyev Vaqif Sabir oğlu

AMEA-nın müxbir üzvü, Fizika-riyaziyyat elmləri doktoru, Professor

Xidməti tel.: (+994 12) 5397579

E-poçt: vagif@guliyev.com, vagif.guliyev@imm.az

Ümumi işlər üzrə

Mehdi Abbas oğlu Məmmədov

Xidməti tel.:(+994 12) 5399274

E-poçt: mehdi-mma@rambler.ru

Elmi katib Tamilla Xavərən qızı Həsənova

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent

Xidməti tel.: (+994 12) 5399192 

Mobil tel.: (+994 55) 3730052  

E-poçt: q.tamilla@gmail.com

tamilla.hasanova@imm.az  

Yaranma tarixi  1945-ci ildə -Azərbaycan SSR Elmlər Akademiyası yaranan gündən Fizika və Riyaziyyat İnstitutu fəaliyyət göstərmiş və 1959-cu ildə həmin institutun bazasında müstəqil Riyaziyyat və Mexanika İnstitutu yaradılmışdır. (Azərb. SSR Nazirlər Sovetinin 1959-cu il 27 aprel tarixli 319 №-li qərarı, Azərb. SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin 6 may 1959-cu il tarixli 11 №-li qərarı).

1959-cu ildə İnstitutda Funksional analiz, Funksiyalar nəzəriyyəsi, Diferensial tənliklər, İnteqral tənliklər, Yaxınlaşma analiz, Elastikiyyət nəzəriyyəsi, Dinamik möhkəmlik laboratoriyası, və Hesablama mərkəzi fəaliyyət göstərirdi.

Əsas fəaliyyət istiqamətləri Harmonik və qeyri-harmonik analiz.

Ridge funksiyalar və neyron şəbəkələrlə yaxınlaşmalar.

Diferensial tənliklərin spektral və keyfiyyət nəzəriyyəsi.

Optimal idarəetmə nəzəriyyəsi və variasiya hesabı.

Qeyri-xətti dinamika məsələlərində idarəetmənin vizuallaşdırılması və kompyuter texnologiyaları.

Azərbaycanda riyaziyyatın inkişafı tarixi.

Deformasiya olunan bərk cism, maye və qaz mexanikasının nəzəri və tətbiqi problemləri.

Əsas elmi nəticələr Harmonik və qeyri-harmonik analiz üzrə: Dəyişən dərəcəli kvazibanax Lebeq fəzalarında Kolmoqorov tipli kompaktlıq meyarları alınmış, kəsr maksimal operatorun kommutatorunun Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün zəruri və kafi şərtlər isbat edilmişdir; 

Xətti fazaya malik eksponent sisteminin Morri tip fəzalarda bazislik xassələrinin öyrənilməsi üçün sərhəd məsələsi metodu işlənilib və meyarlar alınıb.

Ridge funksiyalar və neyron şəbəkələrlə yaxınlaşmalar üzrə: Lebeq inteqralının ümumiləşməsi olan -inteqral anlayışından istifadə edilərək mütləq inteqrallanan funksiyaların Berlinq çevirməsinin xassələri tədqiq edilmiş, onların -inteqrallanan olması isbat olunmuş və Riss bərabərliyinin analoqu alınmışdır.

Diferensial tənliklərin spektral və keyfiyyət nəzəriyyəsi: İlk dəfə dördüncü tərtib adi diferensial operatorlar üçün qoyulmuş qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin sonsuzluqdan bifurkasiyası tam tədqiq olunmuş və həllər çoxluğunun asimptotik bifurkasiya nöqtələrindən və parçalarından budaqlanan və onalrın ətrafında adi nodal xassələrə malik olan qeyri-məhdud kontinuumlarının varlığı isbat edilmişdir.

Optimal idarəetmə nəzəriyyəsi və variasiya hesabı üzrə: diskret sistemlə təsvir olunan optimal idarəetmə məsələsi üçün yeni anlayışlar daxil etmək və məsələnin verilənləri üzərinə daha az şərtlər qoymaqla “Pontryaqinin maksimum prinsipinin yeni analoqu” və ikinci tərtib daha konstruktiv zəruri şərtlər alınmışdır.

İşçilərinin ümumi sayı 221
Struktur bölmələri
Elmi şura

-       sədr

-       sədr müavini

-       katib

-       üzvləri

 

AMEA-nın müxbir üzvü, prof. Misir Mərdanov

AMEA-nın müxbir üzvü, prof. Vaqif Quliyev

F-r.f.d., dos. Tamilla Həsənova

R.e.d., prof. Ədalət Axundov

F-r.e.d., prof. Həmidulla Aslanov

Ped. e.d., prof. Ramiz Aslanov

T.f.d., dos. Eldar Abbasov

F-r.e.d., prof. Məmməd Bayramoğlu

AMEA-nın müxbir üzvü, prof. Bilal Bilalov

F-r.f.d., dos. Əli Babayev

F-r.e.d., prof. Əkbər Əliyev

F-r.e.d., prof. Qabil Əliyev

AMEA-nın müxbir üzvü, prof. Rauf Hüseynov

F-r.e.d., prof. Vaqif Hacıyev

F-r.e.d., prof. Tahir Hacıyev

AMEA-nın professoru. r.e.d.. Vüqar İsmayılov

F-r.e.d., prof. Telman Məlikov

T.f.d., dos. İradə Mirzəzadə

T.f.d., dos. Həsən Nağıyev

AMEA-nın müxbir üzvü, t.e.d. Qeylani Pənahov

F-r.e.d., dos. Nazilə Rəsulova

R.ü.f.d., , dos. Səbinə Sadıqova

F-r.f.d., dos. Famil Seyfullayev

F-r.e.d., prof. Lətif Talıblı

Gənc alimlər və mütəxəssislər şurası

-       sədr

-       katib

-       üzvləri

 

f-r.f.d., dos. Famil Əlizadə oğlu Seyfullayev

m.ü.f.d. Emin Telman oğlu Bağırov

Aida Ağagül qızı Quliyeva

r.ü.f.d. Fətai Abdulhəmid oğluİsayev

r.ü.f.d., dos. Səbinə Rahib qızı Sadıqova

f.ü.f.d. Aynurə Məmmədrza qızı Cəfərova

r.ü.f.d., dos. Şəmsiyyə Əhliman qızı Muradova

r.ü.f.d. Aygün Tofiq qızıOrucova

Pərviz Tofiq oğlu Müseybli

m.ü.f.d., dos. Gülnar Rövşən qızı Mirzəyeva

t.f.d., dos. Həsən Əli oğlu Nağıyev

Dissertasiya şurası

-       sədr

-       sədr müavini

-       elmi katib

-       üzvləri

 

Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         katib

-         büro üzvləri

 

T.f.d., dos. İradə Mirzəzadə

T.f.d., dos. Eldar Abbasov

Xumar Məhərrəmova

M.ü.f.d., dos. Gülnar Mirzəyeva

R.ü.f.d., dos. Şəmsiyyə Əhliman qızı Muradova

M.ü.f.d. Emin Bağırov

Günel İsayeva

F-r.f.d. Fuad Hüseynov

Elmlər doktorları
 Fəlsəfə doktorları