Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.09.2017 15:30
  • A-
  • A
  • A+

AMEA Yüksәk Texnologiyalar Parkının Ekspertlər Şurasının iclası keçirilib

AMEA Yüksәk Texnologiyalar Parkının Ekspertlər Şurasının iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA Yüksәk Texnologiyalar Parkının (“YT Park” ) Ekspertlər Şurasının iclası keçirilib.

Tədbirdə Ekspertlər Şurasının sədri, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, şuranın katibi, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev və üzvlər – SOCAR "Neftqazelmitədqiqat layihə" İnstitutunun neft və qaz hasilatı üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Bağır Süleymanov, Satandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsin inzibati departamentinin direktoru Emil Məmmədov, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru, polkovnik Elşən Həşimov və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin Ağır sənaye və maşınqayırma sektorunun müdiri Yaqub Həsənov, eləcə də AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, “YT Park”ın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan akademik İ.Quliyev bugünkü iclasın rezidentllik statusu əldə etmək üçün müraciət edən tərəflərlə bağlı məsələlərin müzakirəsinə həsr olunduğunu bildirib.

Sonra çıxış edən V.Babayev tərəflərin rezidentlik almaq üçün müraciətlərinin qiymətləndirilməsi məqsədi ilə onların fəaliyyətləri barədə qısa məlumat verib. O, rezidentlik statusu almaq istəyən dörd rezidentin iddiaçı olduğunu diqqətə çatdırıb.

İclasda "Millers-Oils Azerbaijan" MMC, AMEA Neft-Kimya Prosesləri İnstitutu, Təcrübə-Sənaye Zavodu, “Elm və Texnologiya Parkı” MMC və "Agro Bio Eco Tech" MMC-nin müraciətləri ilə əlaqədar səsvermə keçirilib. Müzakirələrdən sonra adıçəkilən iddiaçılara rezidentlik statusu verilməsi barədə qərar qəbul olunub.

Sonda rezidentliyə müraciətlə bağlı hüquqi tənzimləmə məsələləri müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: