Quliyev İbrahim Said oğlu

Anadan olduğu yer Qırğızıstan Respublikası, Bazar-Kurqan kəndi    
Təvəllüdü 23.05.1947 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Neft və Kimya İnstitutu (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti), Geoloji-kəşfiyyat fakültəsi
Elmi dərəcəsi Geologiya-mineralogiya elmləri doktoru 
Elmi rütbəsi Professor 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 

04.00.13

Faydalı qazıntı yataqlarının geokimyəvi axtarış üsulları

Azərbaycanın təbii qazlarının zonalılığı və neft-qaz yataqlarının qaz-geokimyəvi axtarışı üsulları
Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı


04.00.17

Neft-qaz yataqlarının geologiyası, kəşfiyyatı və axtarışı

Alp dağlararası çökəkliklərin qaz rejimi

Müxbir üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı


2001
Neft-qaz yataqlarının geologiyası və geokimyası
Həqiqi üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı


2007
geologiya
 
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 222, 10 monoqrafiya 
Xaricdə çıxmış elmi əsərlərinin sayı 111
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 50
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  
Kadr hazırlığı:

-   fəlsəfə doktorlarının sayı

-   elmlər doktorlarının sayı


10

2

Əsas elmi nailiyyətləri Quliyev İ.S. təbii qazların geologiyası və geokimyası, neft-qaz yataqlarının geologiyası və palçıq vulkanizmi sahələrində tanınmış alimdir. Onun rəhbərliyi və iştirakı ilə qırışıq zonaların qaz rejiminin öyrənilməsi üçün orijinal tədqiqatlar aparılmış və karbon tərkibli qazın çıxma həcmi kəmiyyətcə dəyərləndirilmiş və atmosferin aşağı qatlarında paylanması öyrənilmişdir. O, AMEA Geologiya və Geofizika və Almaniyanın Təbii Resurslar institutlarından olan həmkarları ilə birlikdə dünyada ilk dəfə Azərbaycan palçıq vulkanlarından qazın çıxmasının monitorinqinin elmi - texnoloji prinsiplərini şərh edilmiş və uzunmüddətli monitorinq aparılmasını təşkil edilmişdir. Bu tədqiqatların nəticəsində yer qazlarının həcmində kosmik və geoloji faktorlardan asılı olan periodik dəyişmələrin olduğu göstərilmişdir. Bu elmi tədqiqatlar “greenhouse effecti” mexanizminin öyrənilməsində əsas rol oynayır.

Quliev İ.S. həmkarları ilə birlikdə palçıq vulkanlarının püskürmə məhsullarının, süxurların, neftin, qazın və suyun izotop-geokimyəvi tərkibinin öyrənilməsi üçün ilk dəfə olaraq klassik tədqiqatlar aparmış, palçıq vulkanizminin ən güclü və böyük paroksizmləri müfəssəl surətdə şərh edilən püskürmə kataloqu tərtib edilmişdir. Bu tədqiqatlar çöküntü süxurlarının spontan (öz-özünə əmələ gələn) həyəcanlanması və sıxlıq azalmasının modelini vermiş və seysmik məlumatlar əsasında Cənubi Xəzər hövzəsində böyük dərinlikdə sıxlıq azalma zonasının olduğunu göstərmişdir. Mövcud məlumatların nəzəri tədqiqatı əsasında palçıq vulkanının beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul edilən orijinal fiziki-kimyəvi modeli hazırlanmışdır.

Xəzər dənizində subdəniz palçıq vulkanlarının, palçıq vulkanı qaz-hidratlarının tapılması və geoloji-geokimyəvi öyrənilməsinin dünya prioriteti İ.S.Quliyevə və onun AMEA Geologiya və Geofizika və VNİİ Okeanologiya (Rusiya) institutlarından olan həmkarlarına məxsusdur.

İ.Quliyevin önəmli praktik əhəmiyyəti olan tədqiqatlarından biri də Cənubi Xəzər hövzəsi timsalında sürətlə çökən hövzələrin karbohidrogen sistemlərinin öyrənilməsidir. Sürətlə çökmə şərti daxilində karbohidrogenlərin əmələgəlmə, miqrasiya və yığılma surətlərinin və miqyasını öyrənmək üçün orijinal tədqiqatlar aparılmışdır; hövzə modelləməsi, geokimyəvi və izotop tədqiqatları əsasında Cənubi-Xəzər hövzəsində karbohidrogenlərin əmələgəlmə və toplanmasının limit dərinlikləri və geniş dərinlik intervalı (16-18 km qədər) müəyyənləşdirilmişdir.

Bu tədqiqatlar Azərbaycanda karbohidrogen yataqları axtarışının effektivliyinin artırılmasına və quruda və dənizdə yeni neft-qaz yataqlarının tapılmasına köməklik etmişdir.

Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neftqazlılığının öyrənilməsi üzrə silsilə işlərə görə (bir qrup alimlərlə) müstəqil Azərbaycan Respublikasının ilk Dövlət mükafatı laureatı adına layiq görülmüşdür (2010-cu il).

Elmi əsərlərinin adları

1. Fundamental challenges of the location of oil and gas in the South Caspian Basin

Author(s): Guliev, I. S.; Kerimov, V. Yu.; Mustaev, R. N.

Source: Doklady Earth Sciences Volume: 471 Issue: 1 Pages: 1109-1112 Published: NOV 2016

2. Relics of mud volcanoes in the sedimentary cover of the South Caspian Basin

Author(s): Guliyev, I. S.; Huseynov, D. A.

Source: Lithology and Mineral Resources Volume: 50 Issue: 4 Pages: 311-321 Published: 2015

3. Waters from Mud Volcanoes of Azerbaijan: Isotopic-Geochemical Properties and Generation Environments

Author(s): Lavrushin, V. Yu; Guliev, I. S.; Kikvadze, O. E.;Guliyev,I  et al.

Source: Lithology and Mineral Resources Volume: 50 Issue: 1 Pages: 1-25 Published: JAN 2015

4. GPS-based crustal deformations in Azerbaijan and their influence on seismicity and mud volcanism

Author(s): Kadirov, F. A.; Guliyev, I. S.; Feyzullayev, A. A.; et al.

Source: Izvestiya-Physics of the Solid Earth Volume: 50 Issue: 6 Pages: 814-823 Published: 2014

5. The Elemental Stratigraphy of the South Caspian Lower Pliocene Productive Series

Author(s): Alizada, A.; Aliyeva, E.; Huseynov, D.; Guliyev,I et al.

Source: Strati 2013 Pages: 827-831 Published: 2014

6. Nanocolloid structures in crude oils from the mud volcanoes of Azerbaijan

Author(s): Martynova, G. S.; Aliev, Ad A.; Babaev, F. R.; et al.

Source: Geochemistry International Volume: 51 Issue: 9 Pages: 764-766 Published: SEP 2013

7. Kinematics of the eastern Caucasus near Baku, Azerbaijan

Author(s): Kadirov, Fakhraddin; Floyd, Michael; Alizadeh, Akif;Guliyev,I  et al.

Source: Natural Hazards Volume: 63 Issue: 2 Pages: 997-1006 Published: SEP 2012

8. Long-term in situ monitoring at Dashgil mud volcano, Azerbaijan: a link between seismicity, pore-pressure transients and methane emission

Author(s): Kopf, Achim; Delisle, Georg; Faber, Eckhard; GuliyevI, et al.

Source: International Journal of Earth Sciences Volume: 99 Pages: S227-S240 Published: OCT 2010

9. In situ cone penetration tests at the active Dashgil mud volcano, Azerbaijan: Evidence for excess fluid pressure, updoming, and possible future violent eruption

Author(s): Kopf, Achim; Stegmann, Sylvia; Delisle, Georg; Guliyev,I et al. When mud volcanoes sleep: Insight from seep geochemistry at the Dashgil mud volcano, Azerbaijan

10. When mud volcanoes sleep: Insight from seep geochemistry at the Dashgil mud volcano, Azerbaijan

Author(s): Mazzini, A.; Svensen, H.; Planke, S.; Guliyev,I,et al.

Source: Marine and Petroleum Geology Volume: 26 Issue: 9 Pages: 1704-1715 Published: 2009

11. GPS constraints on continental deformation in the Africa-Arabia-Eurasia continental collision zone and implications for the dynamics of plate interactions

Author(s): Reilinger, Robert; McClusky, Simon; Vernant, Philippe; Guliyev,et al.

Source: Journal of Geophysical Research-Solid Earth Volume: 111 Issue: B5 Published: MAY 31 2006

12. Mud volcanism in Azerbaijan

Author(s): Guliyev, I. S.

Source: Recent Geodynamics, Georisk and Sustainable Development in the Black Sea to Caspian Sea Region, Proceedings Volume: 825 Pages: 11-18 Published: 2006

13. Akif A. Alizadeh, Ibrahim S. Guliyev, Fakhraddin A. Kadirov, Lev V. Eppelbaum  “Geosciences of Azerbaijan” Volume I: Geology © Springer International Publishing Switzerland 2016. 237 p.;ISBN 978-3-319-27395-2.

14. Akif A. Alizadeh, Ibrahim S. Guliyev, Fakhraddin A. Kadirov, Lev V. Eppelbaum Geosciences of Azerbaijan Volume II: Economic Geology and Applied Geophysics. © Springer International Publishing Switzerland 2017. 340 p.; ISBN 978-3-319-40493-6.

15. Ad.A.Aliev, I.S.Quliev, F.H.Dadashov, R.R.Rahmanov. Atlas of the world  mud volcanoes. Chief Editor: Academician Ak.A.Ali-zadeh. 321p.; ISBN 978-9952-437-60-7. Publishing house “Nafta-Press”,  2015

16.Subsidence history and basin-fill evolution in the South Caspian Basin from geophysical mapping, flexural backstripping, forward lithospheric modelling and gravity modelling. N.A. Abdullayev, F.A. Kadirov, I.S. Guliyev. Журнал «Geological Society, London, Special Publications», 2017, том 427, №1, стр. 175-196, издатель: Geological Society of London

17. Исследование   нанодисперсности    Нафталанской нефти. И.С. Гулиев, Д.А.Гусейнов, Г.С.Мартынова, Ф.Р.Бабаев, О.П.Максакова, Р.Г.Нанаджанова. East European Scientific Journal, 2017   № 4   c.90-98 (i.f. - 0.572).

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü Amerika neftçi-geoloqlar assosiasiyasının Azərbaycan bölməsinin prezidenti 
Pedaqoji fəaliyyəti Rusiya Dövlət Universiteti (Moskva), “Neft və qaz” kafedrası; Azərbaycan Dövlət Neft Akademiyası, Geoloji-kəşfiyyat fakültəsi
Digər fəaliyyəti  
Təltif və mükafatları Azərbaycan Respublikasının Əməkdar elm xadimi – 2008;

Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı – 2010;

Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü – 2014.

“Şöhrət” ordeni - 2017
İş yeri və ünvanı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, AZ1001, Azərbaycan Respublikası, Bakı ş., İstiqlaliyyət küçəsi, 10
AMEA Neft və Qaz İnstitutuAZ1000 Bakı şəh., F.Əmirov küç., 9
Vəzifəsi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,

Neft və Qaz İnstitutunun direktoru

Xidməti tel. (+994 12) 4923243 
Mobil tel.  
Ev tel. (+994 12) 4540705 
Faks (+994 12) 4925699
Elektron poçtu ibrahim.guliyev@science.az;

i.s.guliyev@gmail.com