Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu

 

Veb-sayt www.ica.az   
Ünvan AZ1029, Bakı şəh., Böyükşor şossesi, məhəllə 2062 
Tel. (+994 12) 5149612 
Faks (+994 12) 5149612 
Elektron poçtu aki05@mail.ru
Direktor Akademik Vaqif Məcid oğlu Fərzəliyev

Xidməti tel.: (+994 12) 5149612

Mobil tel.: (+994 50) 3222896 

Faks: (+994 12) 5149612 

E- poçt: aki05@mail.ru

Direktor müavinləri Elmi işlər üzrə Mirzə Məmməd oğlu Mövsümzadə 

Kimya üzrə elmlər doktoru, prоfessor

Xidməti tel.: (+994 12) 5149613

Mobil tel.: (+994 50) 5119784

Faks: (+994 12) 5149612

E- poçt: mirza.movsumzadeh@gmail.com

Ümumi işlər üzrə

Elman Abdul oğlu Zülfüqarov

Xidməti tel.: (+994 12) 5149370

Mobil tel.: (+994 50) 3997733
Elmi katib Mehparə Rəsul qızı Səfərova

Kimya üzrə fəlsəfə doktoru

Xidməti tel.: (+994 12) 5149874

Mobil tel.: (+994 50) 4093722

Faks: (+994 12) 5149610 

E- poçt: aki05@mail.ru

Yaranma tarixi  Azərbaycan tarixən neft hasilatı, onun sənaye miqyasında emalı, sürtkü yağları istehsalının vətəni olduğu üçün keçmiş Ittifaqda aşqarların işlənib hazırlanması və istehsalı da ilk dəfə olaraq məhz respublikamızda həyata keçirilmişdir.

Keçmiş SSRI-də sürtkü yağlarının keyfiyyətini yaxşılaşdıran ilk aşqarlar 1945-ci ildə Kuybışev adına AzETNEI-də fəaliyyət göstərən və akad.Ə.M.Quliyevin rəhbərlik etdiyi laboratoriya kollektivinin məhsuldar əməyi nəticəsində yaradılmışdır. Bu kollektivin apardığı fundamental və tətbiqi tədqiqatlar SSRI-də keyfiyyətli aşqarların yaradılmasının və sənaye istehsalının təməlini qoymuşdur. Sürtkü yağlarının donma temperaturunu aşağı salan АзНИИ-depressatoru, АзНИИ-4, АзНИИ-5 və АзНИИ-6 yuyucu-dispersedici aşqarları və АзНИИ-СИАТИМ-1 çoxfunksiyalı alkilfenol aşqarı keçmiş SSRI-də yaradılmış və istehsalı təşkil edilmiş ilk aşqarlardır.

Ə.M.Quliyev və əməkdaşları 1948-ci ildə АзНИИ-depressatoru aşqarının yaradılması və sənayedə tətbiqinə görə SSRI Dövlət mükafatına layiq görüldülər.

АзНИИ-4 aşqarının istehsal texnologiyasının işlənib hazırlanması və sənayedə tətbiqinə görə Ə.M.Quliyev və digər müəlliflər 1950-ci ildə ikinci dəfə SSRI Dövlət mükafatı laureatı adına layiq görüldülər.

Aşqarların yaradılması və tətbiqi sahəsindəki uğurları və problemin çox vacibliyini nəzərə alan SSRI-nin görkəmli alimlərinin təklifinə əsasən yuxarıda qeyd olunan laboratoriya əsasında 1965-ci ildə ölkəmizdə ilk ixtisaslaşmış Azərbaycan Elmlər Akademiyası Aşqarlar Kimyası Institutu (AEA AKI) yaradıldı.

Аkаd. Ə.M.Quliyev İnstitutun təməlini qоymuş, оnun təşkilаtçısı və 1987-ci ilə qədər fаsiləsiz direktоru оlmuşdur. 1987-ci ildən İnstitutа Ə.M.Quliyevin yetişdirmələrindən biri, аkаdemik V.M.Fərzəliyev rəhbərlik edir. 
Əsas fəaliyyət istiqamətləri - аşqаrlаr kimyаsının nəzəri prоblemlərinin öyrənilməsi – аşqаrlаrın təsir mexаnizminin, оnlаrın tərkibi ilə funksiоnаl təsiri аrаsındаkı аsılılıq, аşqаrlаrın sinergizmi və аntоqоnizmi, оnlаrın sintezi üçün istifаdə оlunаn müxtəlif üzvi reаksiyаlаrın kinetikаsı və mexаnizminin öyrənilməsi istiqаmətində fundаmentаl tədqiqаtlаr;

 - yeni üzvi mаddələrin sintezi və оnlаrın sürtkü yаğlаrınа, yаnаcаqlаrа, yаğlаyıcı-sоyuducu və digər xüsusi mаyelərə аşqаr və metаllаrın kоrrоziyа inhibitоrlаrı kimi tədqiqi;

 - müxtəlif növ аşqаrlаrın funksiоnаl xаssələrinin tədqiqi və аşqаr kоmpоzisiyаlırının işlənib hаzırlаnmаsı;

 - yeni sintez оlunmuş аşqаrlаr əsаsındа müxtəlif növ sürtkü yаğı və yаnаcаq kоmpоzisiyаlаrının, yаğlаyıcı-sоyuducu və digər xüsusi mаyelərin işlənib hаzırlаnmаsı;

 - yeni sintez оlunmuş yüksək təsirli аşqаr və kоrrоziyа inhibitоrlаrının istehsаl prоsesləri texnоlоgiyаsının işlənib hаzırlаnmаsı, mоdelləşdirilməsi və оptimаllаşdırılmаsı. 
Əsas elmi nəticələr

Fundamental tədqiqatlar sahəsində aparılan işlər nəticəsində müxtəlif funksiyalı aşqarların təsir mexanizmi öyrənilmiş, aşqarların tərkibi, quruluşu və funksional xassələri arasındakı asılılıq müəyyənləşdirilmişdir. Bu tədqiqatlar nəticəsində yüksək təsirə malik aşqarların optimal quruluşu proqnozlaşdırılmış və məqsədyönlü sintezi həyata keçirilmişdir. Belə ki, kombinə təsirə malik yeni nəsil antioksidantlar, yeyilmə və siyrilməyə qarşı yüksək təsirə malik aşqarlar, çoxfunksiyalı alkilfenolyat və sulfonat tipli aşqarlar, sürtkü yağlarına, yanacaqlara və xüsusi mayelərə təsirli antimikrob aşqarlar, sürtkü yağlarının özlülük-temperatur xassələrini yaxşılaşdıran polimer aşqarlar, müxtəlif növ yanacaqlara təsirli aşqarlar və həmçinin metalları korroziyadan mühafizə edən inhibitorlar sintez edilmişdir. Fundamental tədqiqatlar yeni üzvi maddələrin, yeni nəsil aşqarların sintezi üçün yeni üsulların işlənilməsi, istifadə olunan müxtəlif üzvi reaksiyaların kinetikasının öyrənilməsi istiqamətində də aparılmışdır.

Zərif üzvi sintez vasitəsilə xərçəngə səbəb olan karboanhidraz -I, -II izoenzimlərin inhibitoru kimi yüksək xassəyə malik yeni fizioloji-fəal üzvi birləşmələr sintez edilmişdir. Bu tədqiqatlar Türkiyə, İtaliya və Səudiyyə Ərəbistanı alimləri ilə birgə yerinə yetirilmişdir. Eyni zamanda digər mikrobları da dəf edən fizioloji-fəal maddələr də sintez edilmişdir.

Aşqarlar, sürtkü yağları və xüsusi mayelər sahəsində fəaliyyətlə yanaşı respublikanın digər problemlərinin həlli sahəsində də elmi nailiyyətlər əldə edilmişdir. Belə ki, institutun alimləri tərəfindən dünyada yeganə olan, müalicəvi xassəyə malik Naftalan neftinin səmərəli istifadə texnologiyası işlənilmiş və təcrübi miqyasda tətbiq edilmişdir. Bundan əlavə metalların korroziyadan mühafizəsi üçün yüksək təsirli korroziya inhibitorları, qazma zamanı istifadə edilən buruq məhlullarının fiziki-mexaniki xassələrini stabilləşdirən reagentlər, müxtəlif dezinfeksiyaedici və dərman peraparatları yaradılmış və tətbiq üçün tövsiyə edilmişdir.

İnstitut tərəfindən fundamental tədqiqatlarla yanaşı tətbiqi işlər sahəsində də önəmli nailiyyətlər əldə edilmişdir.

İnstitutun sənayedə tətbiq edilən ilk işləri СБ-3 və СК-3 sulfonat aşqarlarının istehsal prosesi olmuşdur.

Keçmiş SSRİ-də ilk olaraq çoxfunksiyalı aşqarların yaradılması işinə başlanılmış və bu qəbildən olan yüksək keyfiyyətli БФК, БФКу, ИХП-21, ИХП-101 və СБ-3у aşqarları yaradılmış və bu aşqarlardan istifadə etməklə Bakı və Şərq yağları əsasında bir sıra yüksək keyfiyyətli motor yağları işlənilmişdir.

Tiofosfinat tipli ИХП-388 və sulfonat tipli ИХП-234 çoxfunksiyalı polimer aşqarları işlənilib təcrübi-sənaye miqyasında tətbiq edilmiş, onların əsasında yüksək təsirli motor və hidravlik yağları yaradılmışdır.

Siyrilməyə qarşı ditiokarbamat tipli, yüksək keyfiyyətli ИХП-14A aşqarı işlənilmiş, sənaye miqyasında istehsalı Yaroslavl şəhərində təşkil edilmiş və onun əsasında ТАД-17ИХП transmissiya yağı yaradılmışdır. Bu yağ minik və yük avtomobillərinin ötürücü qovşaqlarında istifadə edilmək üçün vəsiqə almışdır. ИХП-14А aşqarı əsasında həmçinin neft-mədən avadanlıqları yelləncək dəzgahları reduktorlarının normal işini təmin etmək üçün ВРМ-ИХП-1201 reduktor yağı işlənilmiş və tətbiq üçün vəsiqə almışdır.

Motor, transmissiya və sənaye yağlarının istehsalını təmin edən bir sıra aşqarlar AMEA AKİ tərəfindən yaradılmış və sənaye istehsalı Azərbaycan (Bakı, Sumqayıt), Rusiya (Ufa, Perm, Yaroslavl, Novo-Kuybışevsk), Ukrayna (Şostka, Xarkov) və Belarus Respublikasında (Novopolotsk) təşkil edilmişdir. Keçmiş İttifaq dövründə «Azərneftyağ» Neft Emalı zavodunda istehsal edilən bütün motor yağlarının tərkibinə AKİ tərəfindən yaradılmış aşqar kompozisiyaları qatılırdı.

Keçmiş SSRİ dövründə istehsal olunan aşqarların və motor yağlarının 20%-ni AKİ-nin alimləri tərəfindən yaradılmış aşqarlar və sürtkü yağları təşkil edirdi.

Keçmiş İttifaqda istehsal edilən bəzi xüsusi təyinatlı mühərriklərin və transmissiya sistemlərinin normal işləməsini təmin edən sürtkü yağları (M-16ИХП-3, TAD-17ИХП) AKİ tərəfindən onun aşqarları əsasında yaradılmış və istehsalı təşkil edilmişdir.

Yüksək temperaturda (2200C-dən yuxarı) işləyən xüsusi təyinatlı sintetik yağlara təsirli aşqarların sintezi və onların əsasında yüksək keyfiyyətli sintetik yağ kompozisiyalarının yaradılması sahəsində aparilan tədqiqatlar nəticəsində xüsusi təyinatlı reaktiv təyyarələrin mühərrikləri üçün 2400C-də işləyən sintetik yağ kompozisiyası işlənilmişdir.

Reaktiv yanacaqların oksidləşməyə qarşı davamlığını kəskin surətdə yaxşılaşdıran ИХП-712 aşqarı işlənilmiş və sınaqlardan müsbət nəticə ilə keçmişdir.

Keçmiş SSRİ-də tüstü əleyhinə ilk aşqar − ИХП-706 aşqarı işlənilmiş və tətbiq üçün vəsiqə almışdır. ИХП-706 aşqarı dizel yanacaqlarında tətbiq edildikdə, çıxan qazlarda tüstünün və kanserogen maddələrin miqdarı 50%-dən çox azalır.

Ölkəmizin müxtəlif maşınqayırma zavodlarında metal məmulatların almaz alətlərlə kəsilməsi, habelə cilalanmasında tətbiq tapan НСК-5у və Азерол seriyasından beş yağlayıcı-soyuducu maye işlənilmişdir.

Yağlayıcı-soyuducu mayeləri və neft məhsullarını bioloji zədələnmədən qoruyan Азин-1, Азин-2, Азин-3 və Азин-4 antimikrob aşqarların sənaye istehsalı təşkil edilmişdir.

Neft-mədən avadanlıqlarını korroziyadan və mühərrikin soyuducu sistemlərini kavitasiya nəticəsində dağılmadan qorumaq üçün korroziya inhibitorları (ИКИПГ, ИКАНАЗ və s.) yaradılmış, istehsal texnologiyası işlənilmiş və təcrübi-sənaye istehsalı təşkil edilmişdir.

Ölkəmizin suverenliyinin ilk illərində respublikamızda aşqarlar və sürtkü materialları sahəsində vəziyyətin çox çətinləşdiyi bir şəraitdə respublikanın müxtəlif növ sürtkü yağlarına olan tələbatını ödəmək məqsədilə qısa bir müddətdə Bakı baza yağları, AKİ-də yaradılmış və istehsalı mövcud olan və həmçinin xaricdən gətirilən aşqarlar əsasında müxtəlif təyinatlı (o cümlədən xüsusi təyinatlı) dizel mühərrikləri üçün bir sıra motor yağları, müxtəlif növ nəqliyyat vasitələri üçün transmissiya yağları yaradılmış, istehsalı sənaye və təcrübi-sənaye miqyasında təşkil edilmişdir. Bunlara misal olaraq М-10B2, М-10Г2, М-14Г2, М-14В2, М-14ГБ, xüsusi təyinatlı M-16ИХП-3 yağlarının analoqları olan yeni motor yağlarını, xaricdən gətirilmiş avtobus və mikroavtobusların istismarını təmin etmək üçün xarici analoqlara uyğun yaradılmış motor və transmissiya yağlarını göstərmək olar.

Azərbaycan Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində istifadə edilən və xaricdən gətirilən M-14ГБ motor yağının yeni analoqu institut tərəfindən yaradılmış və istehsalı institutun nəzdində fəaliyyət göstərən “Aşqar” Təcrübi İstehsal ilə Xüsusi Texnoloji Büroda təşkil edilmişdir.

Bakı Məişət Kondisionerləri zavodunda işlədilən yapon yağlayıcı-soyuducu mayesini əvəz edən yeni yağlayıcı-soyuducu maye yaradılmışdır.

İnstitutda yaradılmış AzK-18 konservasiya yağı “Bakı Yastıq zavodu” ASC-də diyircəkli yastıqların korroziyadan mühafizəsi üçün geniş istifadə olunur.

Respublikanın müasir tələblərə cavab verən müxtəlif növ sürtkü yağlarına olan tələbatını ödəmək məqsədilə motor, transmissiya və hidravlika sistemləri üçün bir sıra müxtəlif təyinatlı (o cümlədən xüsusi təyinatlı) sürtkü kompozisiyaları yaradılmış, onların texniki şərtləri işlənilmişdir.

Yaradılmış sürtkü kompozisiyalarının istehsalı Azərbaycan Milli Elmlər Akademiyasının Təcrübə-Sənaye Zavodunda təşkil edilmişdir. Hal-hazırda zavodda istehsal edilən sürtkü yağları Respublikanın bir sıra müəssisələrində istifadə edilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçün işlənilmiş bir neçə xüsusi təyinatlı yağ müvafiq sınaqlardan keçir.

Yüksək parafinli neftlərin donma temperaturu və dinamik özlülüyünü aşağı salmaqla onların boru kəmərləri ilə uzaq məsafələrə nəql edilməsini təmin edən aşqar – “Depressator AKİ” yaradılmış və istehsalı “Aşqar” Təcrübi İstehsal ilə Xüsusi Texnoloji Büroda (“Aşqar” Tİ ilə XTB) təşkil edilmişdir. Bu aşqar hazırda Bakı – Ceyhan neft kəmərində müvəffəqiyyətlə istifadə edilir.

Respublikada müxtəlif növ daxili yanma mühərriklərində istifadə olunmuş və ekoloji gərginlik yaradan işlənmiş yağların regenerasiya texnologiyası yaradılmış və bu texnologiya üzrə regenerasiya olunmuş yağ və müvafiq aşqarlar əsasında dizel mühərrikləri üçün müxtəlif təyinatlı, o cümlədən xüsusi təyinatlı sürtkü kompozisiyaları yaradılmışdır. İşlənmiş yağların regenerasiya texnologiyası və regenerasiya olunmuş yağ əsasında yaradılmış xüsusi təyinatlı sürtkü kompozisiyası strateji əhəmiyyət kəsb etdiyinə görə Azərbaycan Respublikasının məxfi patentləri ilə müdafiə olunmuşdur. Yaradılmış texnologiya hal-hazırda AMEA Təcrübə-Sənaye Zavodunda tətbiq edilir.

İnstitutun əməkdaşlarının elmi fəaliyyəti dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilmiş, son 15 ildə 10-dan çox orden, medal, fəxri ad və s. ilə mükafatlandırilmışdır.

Kimyа elminin inkişаfı və elmi kаdrlаrın yetişdirilməsi sаhəsindəki xidmətlərinə görə аkаdemik V.Fərzəliyev (2009) və k.ü.e.d., prof. M.Mövsümzadə (2005) «Əməkdаr elm xаdimi» fəxri аdını аlmışlаr.

Elm və texnikаnın inkişаfındаkı müvəffəqiyyətlərinə və elmi nəticələrin xаlq təsərrüfаtındа tətbiqinə görə akademik K.Sadıxov (2004), akademik V.Fərzəliyev (2005) və k.ü.e.d., prof. M.Mövsümzadə (2015) «Şöhrət оrdeni», tex.ü.e.d., prof.H.Cаvаdоvа (2005), k.ü.e.d., prof. S.Məmmədov və k.ü.f.d., b.e.i. M.Səfərova (2015) «Tərəqqi medаlı» ilə təltif оlunmuşlar. K.ü.f.d. F.Əsədov (2010), tex.ü.f.d. K.Kərimov və B.Abdullayev «Əməkdаr mühəndis» fəxri аdına layiq görülmüşlər.

Аşqаrlаr Kimyаsı İnstitutunun elmi fəаliyyəti beynəlxаlq təşkilаtlаr tərəfindən də yüksək qiymətləndirilmişdir. Keyfiyyətin, elmi yeniliklərin və yeni texnоlоgiyаlаrın inkişаfı sаhəsində əldə etdiyi nаiliyyətlərə görə Аşqarlar Kimyası İnstitutu Biznesin Təşəbbüs Istiqаmətləri Beynəlxаlq Təşkilаtı tərəfindən 2001-2003-cü illərdə аrdıcıl оlаrаq «Qızıl kаteqоriyа», «Plаtin kаteqоriyа» və «Brilyаnt kаteqоriyа» beynəlxаlq mükаfаtlаrı, 2005-ci ildə «Liderlik və Sаhibkаrlıq Nüfuzunа görə» və XXI əsrin «Prestijdə Lider və Keyfiyyət 2005» Beynəlxаlq prizləri ilə təltif edilmişdir.

Akademik V.Fərzəliyev «Аkаdemik N.M.Emmаnuelin xаtirəsi» medаlı (2009) və Avropa Birliyinin Elmi-Sənaye Palatası tərəfindən Avropa Birliyinin ən nüfuzlu mükafatı – Keyfiyyət diplomu və qızıl medalı ilə təltif edilmişdir (2013).

K.ü.e.d., prof. P.Məmmədova neftlə çirklənmiş torpaqların bioloji üsulla təmizlənməsi sahəsində əldə etdiyi uğurlara görə İslam İnkişaf Bankının mükafatına layiq görülmüşdür(2013).  

İşçilərinin ümumi sayı

226

Struktur bölmələri

Elmi şura

-       sədr

-       katib

-       üzvləri

 

V.M.Fərzəliyev - direktor, k.ü.e.d., prof., akademik

M.R.Səfərova – elmi katib –k.ü.f.d., b.e.i

M.M.Mövsümzadə - elmi işlər üzrə direktor müavini-k.ü.e.d., prof., Elmi  Şura sədrinin müavini

M.Ə.Allahverdiyev - laboratoriya müdiri, k.ü.e.d., prof.

H.Ə.Cavadova – laboratoriya müdiri, tex.ü.e.d., prof.

M.N.Əliyeva -laboratoriya müdiri, k.ü.e.d., b.e.i.

D.G.Həsənov - laboratoriya müdiri, tex.ü.e.d., b.e.i.

M.Ə.Musayeva - laboratoriya müdiri, k.ü.f.d.

Ə.K.Kazımzadə - laboratoriya müdiri, k.ü.e.d., b.e.i.

P.Ş.Məmmədova - laboratoriya müdiri, k.ü.e.d., prof.

S.Ə.Məmmədov - laboratoriya müdiri, k.ü.e.d., prof.

F.Ə.Məmmədov - laboratoriya müdiri, k.ü.e.d., prof.

N.P.Mustafayev - laboratoriya müdiri, k.ü.e.d., prof.

Ə.R.Sucayev – Gənc Alim  və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d. 

S.Ə.Sərdarova – baş elmi işçi - k.ü.e.d., b.e.i.

E.Ə.Nağıyeva – baş elmi işçi - tex.ü.e.d., b.e.i.

Gənc alimlər və mütəxəssislər şurası

-       sədr

-       katib

-       üzvləri

 

Əfsun Rəzzaq oğlu Sucayev

Xədicə Hamlet qızı Məmmədyarova

Səbiyə Fərhad qızı Osmanova (sədr müavini)

Sevinc Səfalət qızı Qocayeva 

Nəzər Möhübbət oğlu Nəzərov

Günay Gəray qızı İsmayılova

Lalə Rafiq qızı Mahmudova 

Günel Məlik qızı Məhərrəmova

Könül Ramiz qızı Qəhrəmanova

Sevınc Əliqismət qızı Həsənli

Dissertasiya şurası

-       sədr

-       sədr müavini

-       elmi katib

-       üzvləri

 

Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         katib

-         büro üzvləri

 

Fikrət Ələsgər oğlu Məmmədov

Nüsrət Abbas oğlu Əliyev

Şövqiyə  Yusif qızı Həmidova

İnqilab Paşa oğlu İsmayılov

Elman Abduləli oğlu Zülfüqarov 

Elmlər doktorları 
Fəlsəfə doktorları