www.science.az
16.06.2017 15:44

Çinli professor Folklor İnstitutunun qonağı olub

Çin Sosial Elmlər Akademiyasının Xalqlar Ədəbiyyatı İnstitutunun əməkdaşı, professor Xuan Zonqxian AMEA-nın Folklor İnstitutunun qonağı olub.

İnstitutun direktoru, akademik Muxtar İmanovla görüşdə iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşdə X.Zonqxian qazax dastanları barədə apardığı araşdırmaların nəticələri barədə məlumat verib.

Qeyd edək ki, görüşdə Folklor İnstitutunun əməkdaşları - fil.ü.e.d Almaz Həsənqızı, Əli Şamil, Elçin Qaliboğlu, Aynur Qəzənfərqızı, Nizami adına Ədəbiyyat İnstitutunun Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri, fil.ü.e.d., prof. Bədirxan Əhmədov və BDU-nun professoru, fil.ü.e.d. Vaqif Sultanlı da iştirak ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.