Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

12.04.2017 13:18
  • A-
  • A
  • A+

Elm və təhsilin inteqrasiyası AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindəndir

Elm və təhsilin inteqrasiyası AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindəndir

Bakı şəhəri Nəsimi rayon 151 nömrəli orta məktəbin şagirdlərindən ibarət “Yaşıl Planet” briqadası AMEA Genetik Ehtiyatlar İnstitutunda ekskursiyada olub.

Ekskursiya "Azərbaycanın təbii sərvətləri və biomüxtəliflik" mövzusu ilə bağlı ekoloji aylıq çərçivəsində baş tutub.

İnstitutun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Səidə Şərifova və Gənc Alim və Mütəxəssislər Şurasının sədri Məhəmməd Eldarov şagirdlərə bu elmi müəssisənin tarixi, fəaliyyət istiqamətləri və nailiyyətləri barədə məlumat verib.

Sonra Ekobotanika və Sistematika şöbəsinin müdiri, biologiya üzrə elmlər doktoru Aydın Əsgərov məktəblilərə Azərbaycanın zəngin bitki genetik ehtiyatları, onların toplanılması və botaniki təhlili üsulları haqqında məlumat verib, həmçinin onları institutda yaradılmış Herbari fondu ilə tanış edib.

Şagirdlər on mindən çox bitkinin toxum ehtiyatlarının mühafizə olunduğu Milli Genbankla tanış olublar, həmçinin institutun tarla-təcrübə sahələrinə baş çəkiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: