Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabı nəşr olunub
06.04.2021 12:30
  • A-
  • A
  • A+

“Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabı nəşr olunub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından olan II kitabı nəşr olunub.

“Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” adlı kitabın hazırlanmasında AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə, müəssisənin şöbə müdirləri, professorlar Sakit HüseynovAdil Əsədov, qurumun baş elmi işçisi, f.e.d. Aydın Əlizadə və iqtisad elmləri doktoru, sosioloq Əhməd Qəşəmoğlu iştirak ediblər.

Kitabın elmi redaktoru Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, rəyçisi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbəri, professor Kamran İmanov, redaktoru Tahir Kazımlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: