Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Qafqazşünaslıq İnstitutunda mart soyqırımına həsr edilən dəyirmi masa keçirilib
30.03.2021 11:10
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutunda mart soyqırımına həsr edilən dəyirmi masa keçirilib

AMEA-nın Qafqazşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən onlayn dəyirmi masa keçirilib.

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı açaraq 1918-ci ilin mart-aprel aylarında törədilən qanlı hadisələrin səbəbləri, üsulları və nəticələrindən bəhs edib. M.Qasımlı bolşevik və daşnakların planlı şəkildə azərbaycanlılara qarşı soyqırımı həyata keçirdiklərini söyləyib. Qeyd edib ki, ilk dəfə ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə bu hadisələrə hüquqi-siyasi qiymət verilib. O, həmçinin ermənilərin bu vəhşiliklərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna fəaliyyətindən danışıb.

Sonra institutun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova, elmi katib, dosent Südabə Hüseynova, Ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Qasım Hacıyev, Gürcüstanşünaslıq şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov, Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə, Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay Feyziyeva və Həmkarlar Təşkilatının sədri Yeganə Baxşıyeva çıxış edərək 31 mart soyqırımının təkcə azərbaycanlılara qarşı deyil, ümumilikdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş vandalizm aktı olduğunu söyləyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: