Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kimyaçı alimlərin məqaləsi beynəlxalq bazalarda indekslənən jurnalda dərc olunub
18.03.2021 18:19
  • A-
  • A
  • A+

Kimyaçı alimlərin məqaləsi beynəlxalq bazalarda indekslənən jurnalda dərc olunub

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimləri – AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, kimya üzrə elmlər doktoru Dünya Babanlı, dosent Leyla Məşədiyeva, elmi işçi Elnarə İsmayılova və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Qeyri-üzvi Kimya kafedrasının professoru Andrey Şevelkovun həmmüəllifi olduqları məqalə “Web of Science” və “Scopus” beynəlxalq bazalarına daxil olan “Russian Journal of Inorganic Chemistry” jurnalında dərc olunub.

Məqalədə EHQ və RFA üsulları ilə qalay-stibium-selen sisteminin fiziki-kimyəvi tədqiqinin nəticələri verilir. Sistemin faza diaqramı qurulub, bir sıra üçkomponentli birləşmə və fazalar aşkarlanıb. EHQ ölçmələri əsasında ilk dəfə olaraq bu birləşmə və bərk məhlullarda qalayın parsial molyar funksiyaları təyin edilib və həmin fazaların standart əmələgəlmə Gibbs sərbəst enerjisi, entalpiyası və entropiyası hesablanıb.

Alınmış fazalar potensial ekoloji təhlükəsiz funksional materiallar kimi böyük maraq kəsb edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: