Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Veb-sayt

www.kqkiamea.az

 
Ünvan AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 113
Tel. (+994 12) 539 93 82

(+994 12) 539 38 71

(+994 12) 539 77 56

Faks (+994 12) 510 85 93
Elektron poçtu

kqki@kqki.science.az, chem@kqki.science.az

Baş direktor Akademik Dilqəm Bəbir oğlu Tağıyev

Xidməti tel.: (+994 12) 4921556; (+994 12) 4927581; (+994 12) 5399382

Faks: (+994 12) 4921556 

E-poçt: director@kqki.science.az

İcraçı direktor AMEA-nın müxbir üzvü Məhəmməd Baba oğlu Babanlı

Xidməti tel.: (+994 12) 5387756 

Mobil tel.: (+994 51) 8378621 

E-poçt: deputy_directors@kqki.science.az

Elmi katib Mina Kərim qızı Munşiyeva

Kimya üzrə elmlər doktoru

Xidməti tel.: (+994 12) 5108591

Mobil tel.: (+994 50 ) 5784587 

E-poçt: scientific_secretary@kqki.science.az

Yaranma tarixi  Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun tarixi sələfi olan Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının nəzdində yaradılmışdır. 1965-ci ildə Kimya İnstitutunun adı dəyişdirilərək Azərbaycan EA Qeyri-üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmış və elə həmin ildə Neft-Kimya Prosesləri İnstitutunda akademik Murtuza Nağıyevin rəhbərliyi altında fəaliyyət göstərən «Nəzəri problemlər şöbəsi» əsasında Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu təşkil olunmuşdur. 2002-ci ildə bu iki İnstitut birləşdirilərək onların bazasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan  MEA akademik M.Nağıyev adına Kimya Problemləri İnstitutu yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2014-cü il tarixli qərarına əsasən İnstitutun adı yenidən dəyişdirilmiş və akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu adlandırılmışdır.
Əsas fəaliyyət istiqamətləri

- Karbohidrogenlərin çevrilməsi, qaz kim-yası və ətraf mühitin qorunması üçün səmərəli katalizatorların və adsorbentlərin işlənib hazırlanması.

- Kimyəvi  proseslərin kinetika və mexanizminin öyrənilməsi, modelləşdirilməsinvə optimallaşdırılması.

- Müxtəlif təyinatlı funksional materialların, topoloji izolyatorların nanokompozitlərin, nanogellərin molekulyar maqnetiklərin və keçiricilərin sintezi.

- Yerli mineral xammalın emalı və və qiymətli metalların tullantılarından çıxarılması  üçün səmərəli proseslərin yaradılması, hidrotexniki qurğuların korroziyadan  mühafizəsi.

Əsas elmi nəticələr

- Azərbaycanın mineral xammalının (poli-metal filizlər, gillər, seolitlər və s.) kompleks emalının texnoloji sxemi işlənib hazırlanmışdır;

- Müəyyən xassələrə malik (foto-, termo-elektrik, maqnit və tibbi-bioloji) yeni qeyri-üzvi birləşmələr və bərk məhlullar sintez edilmişdir;

- Alifatik spirtlərin aldehidlərə, turşulara və mürəkkəb efirlərə birbaşa oksidləşdirici çevrilmə reaksiyaları üçün yüksək aktivliyə və selektivliyə malik seolit katalizatorlarının hazırlanmasının elmi əsasları yaradılmışdır.

- Koherent-sinxronlaşdırılmış reaksiyalar nəzəriyyəsi yaradılmış və mürəkkəb reaksiyaların yeni kinetik təhlil üsulu təklif edilmişdir.

- Katalaza və peroksidaza fermentlərinin əsas xarakterik funksiyalarını  imitasiya edə bilən immobilizə olunmuş dəmirporfirin tərkibli biomimetik katalizatorlar əsasında biomimetik sensorlar işlənib hazırlanmışdır.

- Metal yarımkeçirici örtüklərin və təbəqələrin elektrokimyəvi alınma üsulları işlənib hazırlanmış, müxtəlif səthlər üçün mühafizə vasitələri yaradılmışdır;

- Kompleks əmələ gətirən polimer sorbentlər və metal polimer kompleks katalizatorların alınmasının və xassələrinin tənzimlənməsinin yeni prinsipləri işlənib hazırlanmışdır;

- Xelat əmələ gətirən liqandlarla keçid metalların stabil nitroksil radikal tərkibli kompleksləri sintez edilmiş, onların molekulyar və kristallik quruluşu öyrənilmişdir.

2016-2021-ci illərdə əldə edilən mühüm nəticələr

- Smart biomimetik material və yarımkeçirici (Si) əsasında hazırlanmış biomimetik sensor yüksək aktivliyi, həssaslığı və davamlılığı ilə H2O2-in məhlulda qatılığını 10-6 küt.%-ə qədər təyin etməyə imkan yaradır.

- Krekinq və piroliz qazlarının emalı kompleksinin optimal layihələşdirilməsi misalında kimya-texnoloji sistemlərin modelləşdirilməsi və optimal layihələşdirilməsi üçün kompleksin uzlaşdırılmış kütlə və istilik axınlarının təyininə əsaslanan yeni metod işlənib hazırlanmışdır. 

- Müəyyən edilmişdir ki, ШХ15 poladı səthində termodiffuziya üsulu ilə formalaşdırılmış Cr-Ti karbid örtüyünə molibdenin daxil edilməsi korroziya və eroziyaya davamlılığı artırır və pittinq əmələgətirmə potensialını 200 mV müsbət tərəfə sürüşdürür.

- Doksorubisin antibiotikinin bioloji aktivliyini uzun müddət saxlamaq məq-sədilə onun immobilizasiyası üçün daşıyıcının tərkibində 14-18 nm ölçülü gümüş nanohissəcikləri olan poli-N-vinilpirrolidon və qummiarabik əsaslı nanobiokompozitlər sintez olunmuşdur. 

- Daşkəsən Filizsaflaşdırma kombinatının tullantılarından qiymətli metalların çıxarılmasının optimal parametr və rejimləri müəyyən edilmiş, Azərbaycanda ilk dəfə  olaraq filiz tullantılarından təbiətə ziyan vurmadan faydalı metalların yuma üsulu ilə hasilat texnologiyası işlənib hazırlanmışdır.

- Ağır p-elementlər əsasında topoloji izolyator xassəli qarışıq laylı bəzi telluridlərin mükəmməl monokristalları yetişdirilmiş, beynəlxalq kollaboratorlarla birgə tədqiqat nəticəsində bu materi-alların terahers detektorlarda sahə-effekt tranzistorları kimi tətbiqinin mümkünlüyü müəyyən edilmiş və monokristallik layların nanopulcuqlarından yığılmış nanoantennalar əsasında skanedici sınaq qurğusu vasitəsilə müxtəlif qeyri-şəffaf  obyektlərin daxili görüntülərinin yüksək keyfiyyətli təsvirləri alınmışdır.

- Mingəçevir su anbarının sualtı polad  qurğularında mikrobioloji bakteriyaların və onların həyat fəaliyyətinin nəticəsi olan hidrogen sulfid korroziyası aşkar edilmişdir. Bu mikroorqanizmlər anaerob xassəli olub sudakı SO42- ionları ilə  qidalanaraq H2S ifraz etməklə, pittinq korroziyasına səbəb olurlar.

- Üzvi batareyalarda elektrod materialı kimi perspektivli material olan dördəvəzli fenilendiaminlərin monomer və oliqo-merlərinin, onların mis komplekslərinin alınma üsulları işlənib hazırlanmışdır.

- Sualtı obyektlərin aşkar edilməsi üçün geniş tezlik intervalına malik akustik antenaların hazırlanması məqsədi ilə poli-N-vinilpirrolidon və qummiarabik sopolimeri əsasında ölçüləri 7-9 nm olan yeni sinif pyezoelektrik gümüş nanokompozitləri  alınmışdır.

- Acınohur titanmaqnetit konsentratının təbii qazla reduksiyası vasitəsilə və xitozan (0,01%) modifikatorundan istifadə etməklə titan 4-oksidin rutil və anataz formalarının istiqamətli sintezinin optimal rejimi və parametrləri müəyyən edilmiş və prosesin texnoloji sxemi hazırlanmışdır.

- Günəş batareyalarında istifadə edilən CdS birləşməsinin fotohəssaslığından daha yüksək fotohəssaslığa və daha geniş spektr sahəsinə malik Cd3As2S3Se3 birləşməsi sintez edilmiş, onun optiki və fotoelektrik xassələri öyrənilmiş və fotorezistor kimi günəş batareyalarında istifadə olunmasının perspektivliyi göstərilmişdir.

- Perflüorlaşdırılmış dəmirtetrafenilporfirin (per-FTPhPFe(III)OH/Al2O3) biomimetik katalizatorunun tsikloheksan və metiltsikloheksan qarışığının hidrogen peroksidlə oksidləşməsində tsiklo-heksana qarşı yüksək seçiciliyi müəyyən edilmiş və  göstərilmişdir ki, prosesdə 2000C-də -  11.3% tsikloheksanon və 2300C-də - 23.2% tsikloheksen alınır.

- İlk dəfə olaraq bir mərhələli bərk fazalı reaksiya ilə mikrodalğa texnologiyasından və yerli xammal olan Daşkəsən maqnetitindən istifadə etməklə  Ni, Co, Zn və Cu metallarının  ferritləri alınmış və onların karbon monooksidin oksidləşməsində yüksək aktivliyi müəyyən edilmişdir.

- Nanoölçülü gümüş hissəcikləri saxlayan kvaternizə olunmuş poli-4-vinilpiridin hidrogeli əsasında sintez olunmuş kompozitlərdə doksisiklin antibiotiki immobilizə olunmuş və müəyyən edilmişdir ki,  doksisiklin nano-kompozitin tərkibində bioloji aktivliyini uzun müddət saxlayır və onun daşıyıcıdan tədricən ayrılması azı 48 saat ərzində müşahidə olunur.

- Elektrokimyəvi yolla anodda oksidləşmiş  nanoməsaməli Al2O3 daxilində n-tip CdS nanotellər çökdürülmüş və alınan strukturun üzərinə CdTe nazik təbəqəsi çökdürülərək yeni nəsil Günəş çevriciləri üçün n-CdS/p-CdTe  hetrokeçidləri yaradılmışdir.

- Dəmir və vanadium tərkibli filiz konsen-tratlarının təbii qazla reduksiyasının  qeyri-tarazlıq Gibbs enerjisinin komponentlərin parsial təzyiqindən asılılığının analitik 3D modeli işlənilmişdir ki, bu da reduksiya prosesinin başlanğıc temperaturunu 1000C azaldan təzyiq parametrinin qiymətlərini müəyyənləşdirməyə imkan verir:

- İlk dəfə olaraq elektrolit kimi morfolin formiat ion mayesindən  istifadə etməklə elektrik hərəkət qüvvəsi (EHQ) üsulu ilə M-X-I (M-Tl, Sb, Bi;  X-S, Se, Te) sistemlərində əmələ gələn üçlü birləşmələrin parsial və inteqral termodinamik funksiyaları yüksək dəqiqliklə təyin edilmişdir. Bu yanaşma qeyri-üzvi sistemlərin termodinamik təd-qiqatlarında EHQ üsulunun tətbiq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verir.

- Karbon turşularının tiosemikarbazonları və hidrazonları ilə birinci  dövr keçid metallarının koordinasion birləşmələri sintez olunmuş, onların quruluşu öyrənilmiş və müəyyən edilmişdir ki, alınmış maddələr bəzi   metabolik fermentlərə qarşı ingibitor xüsusiyyətlərinə malik olmaqla qlaukoma, Alzheymer  xəstəlikləri üçün potensial preparatlardır.

- Elektrokimyəvi müqayisə elektrodu kimi qeyri-su mühitində istifadə edilən ferro-sen/ferrisinium sistemi ilə müqayisədə oksidləşmə-reduksiya prosesləri daha sürətli baş verən, elektrod potensialları daha əlverişli sahədə yerləşən və məhlulda daha davamlı olan yeni oktametilferrosen/ oktametilferrisinium sistemi işlənib hazırlanmışdır.

- İlk dəfə olaraq ferrosenin iştirakında tsikloheksanın katalitik pirolizi ilə alınan karbon nanoborularının tərkibində Fe3C karbidin və dəmirin yüksək temperaturlu -modifikasiyasının əmələ gəlməsi X-ray analiz üsulu ilə aşkar olunmuşdur. Fe-tərkibli karbon nanoboruların kumolun və etilbenzolun aerob oksidləşmə proseslərində yüksək katalitik aktivliyə malik olduğu müəyyən edilmişdir.

-  İlk dəfə olaraq ikivalentli platin və palladiumun bioloji sistemlərə xas olan funksional qruplara malik bioloji fəal merkamin və -merkaptoetanol liqandları ilə çoxnüvəli koordinasion birləşmələri alınmış, onların strukturları öyrənilmiş, quruluş və bioloji fəallıq (radioprotektor, onkoloji, dermatoloji) arasında korrelyasiya müəyyən edilmişdir.

- Polistirol  istehsalında benzolun etilenlə alkilləşmə prosesində zərərli aralıq məhsul kimi əmələ gələn fenilasetilenin selektiv hidrogenləşmə reaksiyasının tərkibində metal olmayan mezo-quruluşlu polimer karbon nitrid katalizatoru üzərində kinetik qanunauyğunluqları tədqiq edilmiş və prosesin riyazı modeli işlənilmişdir.

- Xitozanın qarışqa aldehidi və benzaldehid ilə reaksiyası nəticəsində alınmış, yüksək həll olma qabiliyyətinə malik N-metil-N-benzil törəməsinə L-tiroksin dərman preparatının inkapsullaşdırılması həyata keçirilmişdir. Alınan biokompleksin siçanlarda in vivo kəskin və xroniki toksikliyi yoxlanılmış və bir ay müddətində onlarda əks reaksiya müşahidə olunmamışdır.

- Dispers neft mühitində kütlə köçürmə hadisələri və reoloji xassələr əsasında diffuziya və qravitasiya mexanizmləri, neftdə olan asfalt-qətran və bərk hissəciklərin çökmə və neft avadanlığının səthində hissəciklərin sıx layının yaranma modelləri təklif edilmişdir. Bu modellər neft avadanlıqlarının vəziyyətinin zamana görə proqnozlaşdırılmasına və onların istismar müddətinin artırılması üçün optimal şəraitin seçilməsinə imkan verir.

- Bərk məhlulların termodinamiki stabillik  funksiyasını qeyri-səlis sistemlərin çoxhədəfli genetik alqoritmi vasitəsilə  həll etməklə iki və üç komponentli xalkogenid bərk məhlulların binodal və spinodal sahələrinin hesablanma üsulu işlənmişdir.

- Daşkəsən filiz hövzəsində yerləşən Filizsaflaşdırma kombinatının tullantılarından faydalı metalları (Co, Cu, Zn, Mn)  yuma üsulu ilə çıxartmaq üçün  təbiətə ziyan vurmayan  ekoloji təhlükəsiz hasilat texnologiyası işlənilmiş, prosesin rejimi və optimal parametrləri  müəyyən edilmişdir.

- Elektrokimyəvi müqayisə elektrodu kimi qeyri-su mühitində istifadə olunan ferro-sen/ferrisinium sistemi ilə müqayisədə oksidləşmə-reduksiya prosesləri daha sürətli baş verən, elektrod potensialları daha əlverişli sahədə yerləşən, məhlulda daha davamlı olan yeni heksametilferrosen/ heksametilferrisinium (Me6Fc/Me6Fc+) və oktametilferrosen/ oktametilferrisinium (Me8Fc/Me8/Fc+) sistemləri hazırlanmışdır.

- Tsikloheksanın ferrosen iştirakında katalitik pirolizi nəticəsində  tərkibində dəmir karbidi (Fe3C) və dəmirin yüksək temperaturlu -modifikasiyasını saxlayan  karbon nanoboruları alınmış, onların etilbenzolun və kumolun aerob oksidləşməsində yüksək katalitik aktivliyi müəyyən edilmişdir.

- Yeni sintez olunmuş ZrMo2, ZrV0,3 və VFe0,2 ərinti katalizatorları üzərində metanolun 125-2250C-də oksidləşməsi nəticəsində formaldehid və dimetil efiri ilə yanaşı 40–43% yüksək setan ədədinə (75-80) malik dimetoksimetanın da alınması müəyyən edilmişdir.

- Neft avadanlıqlarında istifadəsi nəzərdə tutulan korroziyaya davamlı  Pb-Sb-Te nazik təbəqələrinin alınması üçün elektrolizin optimal şəraiti tapılmış və müəyyən edilmişdir ki, onlar neft avadanlıqlarının polad materiallarının ömrünü 5-6 dəfə artırır.

- Hidrotermal üsulla sintetik polivinilpirrolidon və orqano-bentonit əsasında alınmış kompozit materialın mövcud sorbentlərlə müqayisədə ağır metal ionlarının (Cr3+, Pb2+ və s.) filiz emalı tullantı sularından, kationaktiv, anionaktiv və qeyri-ionogen boyaların isə toxuculuq sənayesinin tullantılarından çıxarılmasında yüksək sorbsiya tutumuna malik olması müəyyən edilmişdir.

- Temperatur sensorlarının, tənzimləyici-lərin, optiki ötürücülərin hazırlanmasında istifadə oluna biləcək (Ga2S3)1-x(La2S3)x-y(Er2S3)y tərkibli aşağı foton enerjili lüminofor şüşələr sintez edilmiş və xassələri öyrənilmişdir.

- Seksiyalı pilot qurğuda molekulyar azotun hidrogen peroksidlə atmosfer təzyiqində katalizator tətbiq etmədən bir mərhələdə koherent-sinxronlaşdırılmış fiksasiyası nəticəsində azotun  5800C 50 küt.%-ə yaxın konversiyasında azot-1 oksidi,  nitrat, nitrit və hiponitrit turşuları alınmışdır.

- İlk dəfə olaraq yığıılmış laboratoriya qurğusunda çox divarlı karbon nano-borularının sintezi aparılmışdır. Bu perspektiv materiallar yeni nəsil kimyəvi proseslər  üçün katalizatorlar, polimer  stabilizatorları, sement modifikatorları və s. alınmasında istifadə üçün  nəzərdə tutulub.

- Kimyəvi proseslərinin müxtəlif xarakterli dinamikasını nəzərə almaqla qeyri-stasionar riyazi modellərinin və optimal idarə etmə blok sxemlərinin yaradılması metodları işlənib hazırlanmışdır. Bu metodların düzgünlüyü krekinq və piroliz qazlarının emalı kompleksinə daxil edilmiş proseslərin optimal idarəetmə rejimlərinin hesablanması ilə təsdiq edilmişdir.

- İlk dəfə olaraq tərkibində metal olmayan polimer karbon  nitrid üzərində asetilenin otaq temperaturunda 87% seçiciliklə etilenə katalitik hidrogenləşməsi reaksi-yası kəşf edilmiş, prosesin optimal şəraiti işlənib hazırlanmışdır.

- Poli-N-vinilpirrolidon əsasında alınmış gümüş nanokatalizatorunun iştirakında benzolun oksidləşmə reaksiyası 400C, atmosfer təzyiqində öyrənilmiş və göstərilmişdir ki, bu şəraitdə yeganə məhsul kimi (99%) malein anhidridi alınır və katalizator bir neçə tsikldə öz aktivliyini saxlayır.

- Hidravlik diffuziya və filtrasiya tənliklərinin əsasında neftdəki asfalt-qatran maddələrin və parafinlərin tərkibinin təsirini nəzərə alaraq, qeyri-Nyuton neftin reoloji modelləri hazırlanmış və onların əsasında bu neftin nəqli hesablanmış, məsaməli mühitin fiziki xüsusiyyətləri və əmsalları təyin edilmışdir.

- Qeyri-Nyuton neftin özlülüyünün sistemdəki quruluş əmələ gətirən asfalt və qətran maddələrinin tərkibindən asılılığının modelləri təqdim edilmişdir. Qeyri-Nyuton neftlərinə xas olan hidravlik diffuziya tənliyinin analitik həllinə əsaslanaraq, məsaməli mühitlərdə hidravlik diffuziya və keçericilik əmsallarının qiymət-ləndirilməsi üçün yeni ifadələr alınmış, bu neftlərin məsaməli mühitlərdə hidrodinamik süzülmə prosesi üçün yeni filtrasiya tənliyi təklif olunmuşdur.

- MnTemBV2Te3 (BV-Bi,Sb) homoloji sıralarına aid laylı birləşmələrin yeni nümayəndələri sintez edilmiş, monokristallar halında alınmış və xarakterizə edilmişlər. Alınmış kristal nümunələri tədqiq edilmiş və müəyyən olunmuşdur ki, bu materialların magnit, elektron və topoloji izolyator xassələri m əmsaılnın qiymətindən kəskin asılıdır. Bu, onlar əsasında topoloji kvant hesablamaları,  həmçinin antiferromagnit və 2D spintronika üçün yeni effektiv funksional Van-der-Vaals heterostrukturları yaratmağa geniş imkanlar açır.

- Metanın qaz fazada hidrogen peroksidlə birbaşa metanola (19,2%) və onun dimetil efirinə dehidratlaşma (8,2%) ilə gedən (ümumi selektivliyi 90%-ə yaxın) oksidləşməsi üçün nanostrukturlu bifunksional biomimetik katalizator penta-FTPhPFe (III)/Al2O3 sintez edilmişdir.

- Nəzəri əsaslandırılmış kinetik modellər əsasında xlorkarbohidrogenlərin katalitik oksidləşmə prosesləri üçün optimal reaktor tipi seçilmişdir. Müəyyən edil-mişdir ki, xloretilenlərin selektiv oksidləş-məsi prosesini “qaynar” katalizator laylı reaktorlarda, dərin oksidləşmə proseslərini isə “tərpənməz” laylı reaktorlarda ideal sıxışdırma modeli tərtib etməklə həyata keçirmək məqsədəuyğundur.

- Xitozanın modifikantları əsasında yeni enterosorbentlər sintez olunmuş  və onların kobalt(II), mis(II), nikel(II) ionlarının sulu məhlullarından sorbsiya xüsusiyyətləri öyrənilmişdir. Xitozanın modifikantlarının bu ionların az miqdarlarına qarşı yüksək sorbsiya qabiliyyətinə malik olmaları müəyyən edilmişdir.

- Kombinə edilmiş yolla nazik təbəqəli Fe2O3/TiO2 və FeSx/TiO2 heterosistemləri yaradılmış və onların fotoelektrokimyəvi xassələri tədqiq edilmişdir. Göstərilmişdir ki, Fe2O3/TiO2 FeSx/TiO2 nazik təbəqəşəkilli heterosistemləri fotokatalitik xassələrinə malikdir və onlar fotoelektroliz prosesində model elektrod kimi istifadə edilə bilər.

- Nanoelektronika üçün maqnit xassəli yarımkeçirici qrafen nanokristallarının yaranması, onların elektron quruluşu, fiziki və fiziki-kimyəvi xarakteristikaları kvant-kimyəvi metodla modelləşdirilmişdir. Qrafen kristalına vakansiyaların və ya germanium atomunun təsiri nəticəsində kristalın enerji zonasının yenidən qurulması, Fermi səviyyəsinin yerdəyişməsi və qadağan olunmuş zonanın genişlənməsi qeyri-empirik hesablama üsulu ilə təsdiq edilmişdir.

İşçilərinin ümumi sayı Ümumi işçilərin  sayı - 434, elmi işçi - 254,  o cümlədən 5 akademik, 3 müxbir üzv, 32 elmlər doktoru, 112 (kimya və texnika üzrə) fəlsəfə  doktoru  çalışır.
Struktur bölmələri Sorbsiya prosesləri şöbəsi
Seolit katalizi laboratoriyası
Elmi-informasıya və patent tədqiqatları şöbəsi
Qeyri-üzvi sintetik sorbentlər laboratoriyası
Mineral sorbentlər laboratoriyası
Qeyri-üzvi funksional materiallar şöbəsi
Funksional materialların komponentlərinin sintezi laboratoriyası
Keçid elementlərinin xalkogenidləri laboratoriyası
Funksional qeyri-üzvi maddələrin termodinamikası laboratoriyası
Kompozisiya örtük materialları və korroziyadan mühafizə laboratoriyası
Oksidləşdirici heterogen kataliz şöbəsi
Kimya sənayesinin yan məhsullarının emalı laboratoriyası
Fiziki-kimyəvi texnologiyalar və onların modelləşdirilməsi laboratoriyası
Koherent-sinxronlaşdırılmış oksidləşmə reaksiyaları şöbəsi
Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə laboratoriyası
Monooksigenaz reaksiyalarının modelləşdirilməsi laboratoriyası
Biomimetik sensorlar və azot 1-oksidlə oksidləşmə laboratoriyası
Biomimetik katalizatorlar üçün üzvi liqandların sintezi laboratoriyası
Kimyəvi və ekoloji proseslərin modelləşdirilməsi və texnologiyası şöbəsi
Katalizatorların hazırlanması laboratoriyası
Ekoloji kataliz laboratoriyası
Nano və elektrokataliz şöbəsi
Renium ərintilərinin elektrokimyası və elektrokatalizi laboratoriyası
Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları laboratoriyası
Nanokompozit katalizatorlar laboratoriyası
Nanoelektrokimya və elektrokataliz laboratoriyası
Metal-üzvi birləşmələr əsasında nano-katalizatorlar laboratoriyası
Mineral xammalın kompleks emal şöbəsi
Qeyri-filiz mineral xammalının emalı laboratoriyası
Dəmir və titan tərkibli filiz xammalının emalı labaratoriyası
Analitik kimya laboratoriyası
Əlvan metal tərkibli mineral xammalın emalı laboratoriyası
Koordinasiya birləşmələri şöbəsi
Nadir metalların kompleks birləşmələri laboratoriyası
Molekulyar maqnetiklər və keçiricilər laboratoriyası
Metal-klatrat birləşmələr laboratoriyası
Keçid metallarının metal-üzvi birləşmələri laboratoriyası
Zəhərli kimyəvi maddələrin zərərsizləşdirilməsi laboratoriyası
Kimyəvi- texnoloji proseslərin modelləşdirilməsi laboratoriyası
Elmi nəşrlər şöbəsi
Beynəlxalq əlaqələr, qrant layihələri və innovasiya şöbəsi
Fiziki-kimyəvi analiz şöbəsi
Təhsil şöbəsi
 

Elmi şura

-       sədr

-       sədr müavini

-       katib

-       üzvləri

 

Akademik Dilqəm Tağıyev

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı

kimya elmləri doktoru Mina Munşiyeva 

akademik, k.e.d., prof. Tofiq Nağıyev

akademik, t.e.d., prof. Ağadadaş Əliyev 

akademik Əjdər Məcidov

müxbir üzv, k.ü.e.d., prof. Eldar Zeynalov

müxbir üzv, t.ü.e.d., prof. Qüdrət Kəlbəliyev

k.ü.e.d., prof. Arif Əfəndi

k.ü.e.d., prof. Arif Heydərov

k.ü.e.d., Akif Əliyev

k.ü.e.d., prof. Asif Məmmədov

k.ü.e.d., Elza Salahova

k.ü.f.d., Esmira Quluzadə

k.ü.e.d., prof. Etibar İsmayılov

t.ü.e.d., prof. Fikrət Sadıxov

k.ü.f.d., dos. Faiq Məmmədov

k.ü.e.d., dos. Fəxrəddin Mahmudov

k.ü.e.d., prof. İxtiyar Bəxtiyarlı

k.ü.e.d., İltifat Lətifov

k.ü.e.d., prof. İmir Əliyev

k.ü.e.d., prof. Mirsəlim Əsədov

k.ü.e.d., dos. Nəhməd Əlizadə

k.ü.e.d., Nizami Zeynalov

t.ü.f.d., Rəna Mirzəyeva

k.ü.f.d. Sevinc Məmmədova

k.ü.e.d., prof. Vaqif Əhmədov

k.ü.f.d., Vaqif Qasımov

k.ü.f.d., dos. Ülviyyə Məmmədova

k.ü.e.d., Zenfira Ağayeva

Gənc alimlər və mütəxəssislər şurası

-       sədr

-       katib

-       üzvləri

 

k.ü.f.d., Elmir Babayev  

k.ü.f.d., Nigar İbrahimova  

k.ü.f.d, Ülviyyə Məmmədova

k.e.i., Səriyyə Ağaməmmədova 

k.ü.f.d., Sevinc Osmanova

Vüsal Əhmədov 

k.ü.f.d., Nuranə Məlikova 

Elvin Cabarov 

Gülşən Nəhmətova

İlahə Mehdiyeva

Elnur Orucov

Aytən Ağazadə  

Dissertasiya şurası

-       sədr

-       sədr müavini

-       elmi katib

-       üzvləri

2316.01- akademik Tağıyev Dilqəm Bəbir oğlu -  Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

2303.01- müxbir üzv Babanlı Məhəmməd Baba oğlu - Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

2316.01- k.e.ü.f.d.,  Məmmədova Ülviyyə Əhməd qızı - Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu

2316.01- k.e.d., S.İ.Abbasov - Neft-Kimya Prosesləri İnstitutu

2303.01- k.e.d.,  İ.B.Bəxtiyarlı - Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

2303.01- k.ü.e.d., A.Ş.Əliyev - Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

2303.01- k.ü.e.d., İ.İ.Əliyev - Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

2303.01- k.ü.e.d.,  Ö.M.Əliyev - Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

2316.01- k.e.d.,  A.C.Əfəndi - Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

2316.01- k.e.d., E.İ.Əhmədov – Bakı Dövlət Universiteti 

2316.01- k.e.d., E.H.İsmayılov - Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

2303.01- müxbir üzv Ə.Ə.Məcidov - Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

2303.01- k.e.d., A.Ə.Heydərov - Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

2316.01- müxbir üzv E.B.Zeynalov - Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         katib

-         büro üzvləri

 

k.e.d., prof. Arif Əfəndi 

k.e.d.,  Elza Salahova 

k.e.d., Dilbər Əjdərova

k.ü.f.d., Vaqif Qasımov 

k.ü.f.d., Aygün Rüstəmova 

Könül Salmanova  

İctimaiyyətlə əlaqələrə məsul şəxs k.ü.f.d., dos. - Faiq Məmmədov
Elmlər doktorları 
Fəlsəfə doktorları