Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.06.2020 15:32
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda aztəminatlı ailələrə yardım paylanılıb

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda aztəminatlı ailələrə yardım paylanılıb

AMEA-nın Azad Həmkarlar İttifaqı (AHİ) və Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Həmkarlar Təşkilatı tərəfindən koronavirus pandemiyası dövründə müəssisənin ehtiyacı olan aztəminatlı əməkdaşlarına ərzaq yardımı göstərilib.

Mərasimdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev və AHİ-nin sədri, professor Habil Qurbanov da iştirak ediblər.

Yardım paketinə 18 adda müxtəlif növ gündəlik tələbat üçün lazım olan ərzaq məhsulları daxil edilib. Tibbi maskadan istifadə və sosial məsafə gözlənilməklə sovqatlar əməkdaşlara paylanılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: