Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu

Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Veb-sayt

www.nkpi.az 

Ünvan AZ1025, Azərbaycan Respublikası, Bakı ş., Xocalı pr., 30
Tel. (+994 12) 4902476
Faks (+994 12) 4903520 
Elektron poçtu

nkpi@nkpi.az

Baş direktor

Akademik Vaqif Məhərrəm oğlu Abbasov

Xidməti tel.: (+994 12) 4902476; (+994 12) 4903703

Mobil tel.: (+994 50) 3136240

Faks: (+994 12) 4903520 

E-poçt: vagif_abbasov@hotmail.com;

azmea_nkpi@box.az

Direktor müavinləri Elmi işlər üzrə  

Təranə Aslan qızı Məmmədova

Texnika üzrə fəlsəfə doktoru

Mobil tel.: (+994 50) 4735085

E-poçt: mammadova.tarana@rambler.ru

Elmi işlər üzrə

Hikmət Camal oğlu İbrahimov

Texnika üzrə elmlər doktoru

Xidməti tel.: (+994 12) 4895086

Mobil tel.: (+994 50) 2297758

E-poçt: ibragimov-khikmet@rambler.ru

Nazim-Hikmət Saleh oğlu Əsədov

Kimya üzrə fəlsəfə doktoru

Xidməti tel.: (+994 12) 4902625

Mobil tel.: (+994 50) 3777760

Faks: (+994 12) 4903520

E-poçt: azmea_nkpi@box.az

Elmi katib  
Yaranma tarixi  1920-ci ildə “Azneft” birliyi nəzdində mərkəzi kimya laboratoriyası yaradılmışdır.

1929-cu ildə onun bazasında Azərbaycan Neft Tədqiqat İnstitutu (AzNTİ) yaradıldı. Həmin tarix indiki NKPİ-nin yaradılma tarixi hesab olunur.

1945-ci ildə AZNTİ əsasında 2 institut yaradılıb: Azəebaycan Neftçıxarma Elmi Tədqiqat İnstitutu və Azərnaycan Neft və qaz emalı Elmi Tədqiqat İnstitutu (AZNEET).

1959-cu ildə akademik Y.H.Məmmədəliyevin təşəbbüsü ilə bu iki institutvə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutunun bir sıra laborato-riyaları əsasında Elmlər Akademiyası sistemində Neft-kimya Prosesləri İnstitutu yaradılmışdır. Yeni yaradıl-mış bu institut respublikada və ölkədə ən böyük və aparıcı elmi mərkəzə çevrilmişdir.

1962-ci ildə instituta akademik Y.H.Məmməd-əliyevin adı verilmişdir.

Yarandığı tarixdən bu günə kimi İnstituta görkəmli kimyaçı alimlər rəhbərlik etmişlər:

akademik M.F.Nağıyev - (1959-1962),

akademik V.S.Əliyev - (1962-1987),

akademik M.İ.Rüstəmov - (1987-2011),

2011-ci ildən bu günədək İnstituta AMEA-nın müxbir üzvü, k.e.d. V.M.Abbasov rəhbərlik edir. 
Əsas fəaliyyət istiqamətləri
  • Azərbaycan neftlərinin tədqiqi, onların yeni yanacaqlar və yağların alınması məqsədi ilə səmərəli emalının elmi əsaslarının işlənib hazırlanması
  • Neft-qaz emalı və neft kimyası üçün yeni texnologiyalar və katalizatorların yaradılması
  • Neft kimya sintezi, kataliz, üzvi və fiziki kimya, YMB kimyası sahəsində fundamental təd­qiqatların aparılması
  • Polifunksional korroziya inhibitorları və müxtəlif kimyəvi reagentlərin yaradılması.
  • Azərbaycanın neft emalı və neft kimyası komplekslərinin inkişafı üzrə perspektiv kompleks sxemlərin işlənib hazırlanması
  • Alternativ enerji mənbəyi – bioyanacağın alınma texnologiyası
  • Nanomateriallar və nanotexnologiyalar
  • “İstilik effekti” yaradan qaz tullantılarından istifadənin metod və texnologiyalarının işlənib hazırlanması
  • Neft kimyası və neft emalının ekoloji problemləri
  • Neft kimya sənayesi üçün alternativ xammal mənbələri yaradılması sahəsində tədqiqatlar
  • Neft və yağ fraksiyalarının təmizlənməsi proseslərində ifratkritik flüidlərin istifadəsi
  • Neft kimya prosesləri üçün ion-maye texnologiyalarının və katalizatorlarının işlənib hazır­lanması
İnstitutun yeni elmi istiqamətləri 
  • Perspektiv və alternativ yanacaq və yanacaq komponentlərinin alınması, o cümlədən bioloji xammal əsasında
  • Dərin heterogen-katalitik hidrogenləşmənin yeni prosesləri
  • İfratkritik ekstraksiya üsulu ilə neftin və onun ağır qalıqlarının asfalten-qatran birləşmələ­rindən və mikroelementlərdən təmizlənməsi
  • Neft kimyası və neft emalı prosesləri üçün ekoloji təmiz ion-maye texnologiyaları
  • Hidrogen xammalının alınmasının alternativ texnologiyalarının işlənməs
  • Yeni funksional monomerlər, makromonomerlər və oliqomerlər
  • Alkilləşmə, oliqomerləşmə, oksidləşmə və s. proseslərdə olefin mənşəli xammalın alkan-larla əvəz olunması
  • Karbohidrogenlərin müxtəlif oksigentərkibli törəmələrinə birpilləli selektiv katalitik oksid­ləşməsi
  • Çoxtonnajlı monomerlərin alınması üçün yeni katalizatorlar və alternativ texnologiyalar
  • Neft emalı və neft kimyası prosesləri üçün nanotexnologiyadan və başqa proqressiv üsul­lardan istifadə etməklə, yeni yüksək effektli katalizatorların işlənib hazırlanması
  • Bərpa olunan xammal mənbələri əsasında neft kimyası məhsullarının alınmasının ekoloji münasib üsul və texnologiyaları
  • Alternativ karbontərkibli üzvi və qeyri-üzvi mənbələrdən istifadə etməklə karbohidrogen xammalının alınma texnologiyaları
  • Fülleren və fülleren tərkibli sistemlərin oksidləşmə prosesləri üçün aktivator və inhibitor kimi istifadəsi
  • Yeni effektiv polifunksional korroziya inhibitorlarının və onların əsasında kompozisiyaların alınması
  • Neftçıxarmada və neft emalında tətbiq olunan yeni effektiv kimyəvi reagentlərin (korroziya və duzçökməyə qarşı polifunksional bakterisid-inhibitorlar, ərp əleyhinə vasitələr, deemul­qatorlar və s.) yaradılması
  • Yüksək effektivliyə malik konservasiya mayelərinin və sürtgü materiallarının yaradılması.
  • Neft emalı və neft kimyası proseslərinə nanotexnologiyaların, nanomaterialların və nanoka­talizin tətbiqi
  • Yaxşılaşdırılmış istismar xarakteristikalarına malik yeni sinif estetik yağlar
  • Oliqomer və polimer məhsullarının selektiv istehsalı üçün yeni yüksək effektli katalizatorlar və proseslər
  • Neft kimyası məhsulları əsasında selektiv asimmetrik sintezin yeni üsulları və prosesləri
  • Funksional əvəzolunmuş vinil monomerlərinin nəzarət olunan radikal polimerləşməsi
  • Butadienin qazfazalı polimerləşməsi və onun üçün katalizatorlar
  • Nanokarbonun və nanometalpolimer kompozitlərinin yeni hazırlanma üsulları
  • Ağır neft qalıqlarının emalı üçün yeni yüksəkdispersli katalizatorlar
Yeni elmi istiqamətlərin əsasi olan fundamental işlər və tədqiqatlar 
  • Alkilləşmə prosesinin və katalizatorun “qaynar” layı texnologiyasının tətbiqi ilə təbii qazın neft kimya sintezinə cəlb edilməsi üzrə akademik Y.H.Məmmədəliyevin fundamental tədqiqatları.
  • Katalizatorun “qaynar” layında etilenin xlorlaşdırılması ilə vinilxloridin alınma texnologiya-sının elmi əsaslarının işlənib hazırlanması.
  • Kiçikdispersli katalizatorların istifadəsi ilə heterogen kontakt-katalitik proseslərin və müxtəlif texnoloji sistemlərin effektivliyinin qiymətləndirilməsinin nəzəri əsasları.
  • Oksigenin seksiyalarla verilmə reaktorlarında olefinlərin və C4-C5 parafinlərin müvafiq dien karbohidrogenlərinə  oksidləşdirici dehidrogenləşdirilməsi.
  • Aromatik karbohidrogenlərin oksidləşdirici ammonolizinin elmi əsasları və texnologiyası.
  • Azərbaycanın  unikal neftlərinin tədqiqi və emal texnologiyalarının işlənib hazırlanması.
  • Azərbaycan neftlərinin fiziki-kimyəvi göstəricilərinə dair informasiya bazasının yaradılması və  yanacaqların, yağların neftin ikinci dərəcəli emal prosesləri üçün xammalların alınması məqsədilə neft emalının elmi əsaslarının işlənib hazırlanması.
  • Hərbi texnikanın tələblərinə cavab verən sintetik efir əsaslı sürtgü yağlarının yeni növlərinin elmi əsaslarının işlənməsi.
  • Bir sıra məhsulların kiçik tonnajlı məhsulların (neft hasili üçün reagentlərin, yeni ətirli maddələrin, sterik mürəkkəbləşdirilmiş fenolların, optiki və səthi-aktiv maddələrin, yağlar üçün aşqarların, polimer materiallara və yanacaqlara əlavələrin, konservasiya mayelərinin, deemulqatorların və.s.) hazırlanma üsulları və onların elmi əsasları:
  • Yeni reaksiya qabiliyyətli oliqomerlər, neft-polimer qatranları, yeni modifikasiya edilmiş fenol­formaldehid qatranları və onların əsasında yaradılmış kompozisiyalar, xətti və tsiklik oliqo­merlər və dien birgə oliqomerləri.
  • Açıq rəngli neft məhsullarının izopropil spirtində karbamid məhlulu vasitəsilə deparafinləş-dirilməsi prosesinin texnologiyası və onun elmi əsasları.
  • Aşağı temperaturlu destruktiv çevrilmələrin, zənginləşdirmənin, həmçinin neft karbohidro-genlərinin katalitik krekinq prosesinin neft kimya variantının elmi əsasları.
  • Anomal yüksək miqdarlarda H2S və CO2 saxlayan mühitlər üçün polifunksional korroziya inhi­bitorlarının hazırlanması və sintezinin elmi əsasları.
  • Neft yağlarındakı aromatik karbohidrogenlərin etilen və onun oliqomerləri ilə katalitik modi­fikasiyasının elmi əsasları.
  • Metalkompleks və metalüzvi kataliz prosesləri üçün keçid metalların yeni komplekslərinin, o cümlədən, yekun məhsulların stabilləşdirməsi ilə dien karbohidrogenlərinin poli­merləşdirilməsi üçün unikal bifunksional stabilizator-katalizatorların işlənib hazırlanması.
  • Metallinium-ion mexanizmləri, oliqomerləşmə və polimerləşmə proseslərinin polifunksional metalkompleks katalizi.
  • Neft lüminoforları və günəş enerjisi akkumulyatorları.
  • Parafin və yağların alınması üçün bir həlledicinin iştirakı ilə distillə yağ fraksiyalarının selektiv təmizlənməsi, və deparafinləşdirmə proseslərinin birgə texnologiyası və onun elmi əsasları.
  • CO2-nin kritik parametrlərdə istifadəsilə neftlərin və neft qalıqlarının deasfaltlaşdırılması və de­metallaşdırmasının yeni ekspress-metodu və prosesin texnologiyasının elmi əsasları.
  • Metanın dehidrogenləşdirilməsi, izomerləş­dirilməsi, tsikloheksamerləşdirilməsi prosesləri, ben­zolun propanla alkilləşdirilməsi, karbohidro­genlərin və onların oksigentərkibli törəmələrinin fotokimyəvi aktivləşdirilməsi prosesləri üçün yeni polifunksional katalizatorlar.
  • Oksidləşdirici kimi CO2-dən istifadə etməklə karbohidrogenlərin yeni katalitik çevrilmə pro­sesləri.
  • Aşağı temperatur və təzyiqdə buxarfaz metodu ilə həyata keçirilən karbohidrogenlərin hidro­krekinq prosesi üçün metallar ilə (Re, Ni, İr və s.) modifikasiya olunmuş Al2O3 əsaslı bifunk­sional katalizator.
  • Neft karbohidrogenləri bazasında sintetik naften turşularının alınmasının elmi əsasları.
  • Etilenin dar α-olefin fraksiyalarına, sintetik oliqoalkilbenzol yağlarına selektiv oliqomerləşdi-rilməsi və vinilaromatik monomerlərin aşağımole­kullu olefinlərlə birgədimerləşməsi katalizatorları, onların modifikatorları və elmi əsasları.
  • CO2 atmosferində suspenziyalaşdırılmış katalizator üzərində mazutun emalı ilə açıq rəngli neft məhsullarının alınmasının yeni texnologiyası.
  • Azərbaycanın neft emal və neft kimya sənayelə­rinin perspektiv inkişaflarının konsepsiyası.
  • Divinil, izopren, vinilxlorid, tsikloalkilakrilatlar, tsiklopentadien, tsiklopenten, norbornen və s. kimi bir sıra monomerlərin, neftkimya xammalı bazasında polifunksional makromonomerlərin alınmasının yeni texnologiyalarının elmi əsasları.
  • Funksional əvəzedilmiş fenolların efirlərinin, yağlı-aromatik spirtlərin və qlikolların yönəl­dilmiş sintezi və onların əsasında, bitkiləri və heyvanları zərərvericilərdən və xəstəliklərdən qoruyan, çox təyinatlı yeni effektiv və ekoloji təhlükəsiz bioloji aktiv preparatların yaradılması texnologiyaları və onların elmi əsasları.
  • Pirolizin maye məhsullarının effektiv kompleks emal sxemlərinin müxtəlif variantlarının (ter­miki, inisiator və alüminium tərkibli kompleks katalizatorun iştirakı ilə) elmi əsasları.
  • Vinilaromatik karbohidrogenlərin selektiv hidrovinilləşdirilməsi üçün katalizatorlar və prosesin elmi əsasları.
  • Oliqomerləşdirmə və polimerləşdirmə proseslərinin ion-maye katalizi və neft fraksiyalarının ion-maye təmizlənməsi sahəsində tədqiqatların aparılması.
  • Nefti sıxışdırıb çıxaran, nefti toplayan və nefti dispersləşdirən yeni reagentlərin sintez və tətbi­qinin elmi əsasları.
  • Suyun termokatalitik parçalanması və onun CO2-ilə birgə karbohidrogenlərə və onların törəmə­lərinə çevrilməsinin və proses üçün katalizatorların elmi əsaslarının işlənib hazırlanması.
  • Fullerenin, fulleren nanoboruların və onların funksionallaşdırılmış törəmələrinin karbohidrogen­lərin oksidləşdirilməsində və inhibitorlaşdırıl­masında istifadə edilməsi.
  • Neft kimya proseslərinin katalizində cütləşdirilmiş oksidləşdirici-reduksiya, turşu-əsas və me­talüzvi mexanizmlər haqqında yeni təsəvvürlərin yaradılması.
  • CO2-nin üzvi birləşmələrə cəlb edilməsi üçün katalizatorların yaradılması, xüsusilə alkil- və polialkilkarbonatların alınması və polialkilkarboksilatların sintezi üçün iniferter-katalizatorların alınması.
  • Dien karbohidrogenlərinin polimerləşdirilməsini yalnız kütlədə və həlledici mühitində deyil, həm də qaz fazasında aparılmasına imkan verən yeni heterogenləşdirilmiş katalitik sistemlər.
  • Katalitik krekinq qazlarından benzinlər üçün yüksəkoktanlı komponentlərin alınmasının elmi əsasları. 
Əsas elmi nəticələr

Azərbaycanın perspektiv dəniz neft yataqlarının neftləri tədqiq olunmuş, onların perspektiv reaktiv və dizel yanacaqlarının, avtomobil benzinlərinin və sürtgü yağlarının alınmasının təmin edən səmərəli emal texnologiyalarının elmi əsasları işlənib hazırlanmışdır.

Metallik alüminium və haloid alkilləri əsasında kom-pleks katalizatorlarının yeni modifikasiyaları yaradıl-mış, onlardan istifadə etməklə naftalinin, toluol-ksilol fraksyalarının, benzolun, etilbenzolun və.s faydalı məhsulların alınmasını təmin edən piroliz prosesinin maye məhsullarının emalının kompleks sxemi işlənib hazırlanmış və Sumqayıt “SK” Zavodunda tətbiq edilmişdir.

Katalitik krekinq, kokslaşma və piroliz proseslərindən alınan aşağı temperaturlarda qaynayan fraksiyaların, bir və ikiatomlu spirtlərin əsasında seolittərkibli kata-lizatorlardan istifadə etməklə avtomobil benzinləri üçün oksigenli əlavələrin alınması texnologiyası işlə-nib hazırlanmışdır. O cümlədən bioetanol və pirolizin C4 fraksiyası əsasında etil-üçlü-butil efirinin istehsal texnologiyası Sumqayıt regionunda Tural-110 firma-sında həyata keçirilmişdir.

Sirkonium, nikel, kobalt, molibden və başqa keçid metalların əsasında karbohidrogenlərin oksidləşməsi, oliqomerləşməsi və polimerləşməsi prosesləri üçün yeni homogen katalizatorlar yaradılmışdır. Onların bir sıra çevrilmələrində və suyun aşağı temperaturlu ter-mokatalitik parçalanmasında redoks, turşu-əsası və metal üzvi mexanizmlərin qoşalaşması hallarının mövcudluğu aşkar edilmişdir.

Reaksiyaya qabil, hibridləşmiş yeni oliqomerlərin, akrilat monomerləri əsasında yeni modifikatların, bakterisidlərin, sistem herbisidlərin, ətirli maddələrin və s. kiçik tonnajlı məhsulların alınma üsulları işlənib hazırlanmışdır.

Yerli xammal əsasında neftçıxarmada və neft emalında istifadə olunan yeni reagentlər və kimyəvi preparatların (inhibitor, deemulqator, köpükəmələ-gətiricilər, həlledicilər və.s) alınma texnologiyaları yaradılmış və sənayedə tətbiq olunmuşdur.

Neft və onun ağır qalıqlarının CO2-nin iştirakı ilə ifrat kritik şəraitində asfaltsızlaşdırılması texnologiyası iş-lənib hazırlanmışdır. Neft kimyası və neft emalı pro-sesləri üçün ekoloji təmiz ion mayeləri texnologi-yasının yaradılması istiqamətində tədqiqatlar aparılır. Neft fraksiyalarının aromatik karbohidrogenlərdən təmizlənməsi üçün yeni termotrop ion-maye tərkibli ekstraqent sistemləri aşkar edilmişdir. Neft, qaz emalı və neft-kimya sənayesinin inkişaf konsepsiyası tərtib edilmişdir.

İnstitutun işləri və əməkdaşlarının elmi fəaliyyəti dövlətimiz tərəfindən həmişə yüksək qiymətlən-dirilmiş və son 20 ildə 60-dan çox orden, medal, diplom və s. ilə təltif olunmuşlar. İnstitutun 15 əməkdaşı “Azərbaycanın Əməkdar Elm xadimi” və “Əməkdar elm və texnika xadimi” fəxri adına, 9 nəfər akad. Y.H.Məmmədəliyev adına medalla, 5 nəfər “Şöhrət” ordeni ilə (2002-2005) və 12 nəfər “Tərəqqi” medalı ilə (2005-2010, 2016) təltif olunmuş, 3 alimə fərdi prezident təqaüdü (2004, 2005, 2012) verilmiş, 4 nəfər “Əməkdar müəllim” (2000, 2005, 2007, 2009) adına, 3 nəfər “Əməkdar mühəndis” (2005, 2009) adına layiq görülmüşdür.

2002-ci ildə akademik M.İ.Rüstəmov, 2006-cı ildə akademik M.Ə.Məmmədyarov və 2009-cu ildə AMEA-nın müxbir üzvü, k.e.d., professor V.M.Abbasov İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən elm və texnologiya sahəsində apardıqları işlərə görə medal, diplom ilə təltif olunmuşlar. 2005-cü ildə İslam İnkişaf Bankının mükafatı ilə, 2009-cu ildə elm və təhsil sahəsində nailiyyətlərə görə Avropa Biznes Assambleyası (Oksford, İngiltərə) tərəfindən “Avropa keyfiyyəti” mükafatına layiq görülmüşdür.

Akademik V.M.Abbasov “The Name in Science” (“Elmdə Ad”) fəxri adına layiq görülmüş, 2013-cü ildə isə Dünya elminə verdiyi töhfələrə görə Beynəlxalq Sokrat Komitəsinin Şöhrət medalı ilə təltif edilmişdir (İngiltərə); Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademiyasının akademiki seçilmiş və Uluslararası Altın Yıldız Madalyasına layiq görül-müşdür (Türkiyə, Ankara); bundan başqa o, təbiətşünaslıq elmləri üzrə Avropa Akademiyasının həqiqi üzvü seçilmiş və Kuratorluq və Elmi Şuranın qərarı ilə elmi tədqiqatlarda xüsusi xidmətlərinə görə Əsas qızıl Cəngavər ulduzu ilə təltif olunmuş, 2014-cü ildə Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademiyası tərəfindən Türk Dünyası Elminə, Təhsilinə və İqtisadiyyatına etdiyi üstün xidmətlərinə görə Uluslararası Atatürk ödülünə layiq görülmüşdür. AMEA-nın müxbir üzvü, t.e.d., prof., Əməkdar Elm xadimi F.İ.Səmədova 2009-cu ildə Emmanuel Nobelin 130 illiyinə həsr olunmuş xatirə medalı ilə mükafatlandırılmış, 2012-ci ildə isə Beynəlxalq Biznes Klubunun Ekspert Şurasının üzvü, Avropa təbiətşünaslıq Akademiyasının Elmi Şurasının qərarı ilə təbiətşünaslıq elminə verdiyi töhfələrə görə A.Humbolt adına medalla təltif olunub və “Avropanın Fəxri alimi” adına layiq görülmüşdür. Akademik A.H.Əzizov Azərbaycan Əməkdar Elm Xadimi adına layiq görülmüş (2009) və AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmuşdur (2013-cü il).

Akademik V.M.Abbasov Xudu Məmmədov adına Beynəlxalq mükafatın diplomuna layiq görülmüşdür (2014). Akademik V.M.Abbasov Avropa Elmi Cəmiyyətinin Elmi məsləhəti, Beynəlxalq Cəngavərlər Assosiasiyası və Avropa Təbiət Elmləri Akademiyası Rəyasət Heyətinin qərarı ilə elm sahəsindəki fəaliyyətinə görə Avropa Əməkdar Elm Xadimi adına layiq görülmüşdür (2014). Akademik V.M.Abbasov Avropa Təbiət Elmləri Akademiyası tərəfindən “Xidmətə Görə” Böyük Gümüş Xaç Ordeninə layiq görülmüşdür (2014).

Akademik M.Ə.Məmmədyarov akademik Yusuf Məmmədəliyev adına mükafatla təltif olunmuşdur (2014-cü il). Akademik M.Ə.Məmmədyarov “Şərəf” ordeni ilə təltif olunmuşdur (2014).

Akademik M.İ.Rüstəmov akademik Yusuf Məmmədəliyev adına mükafatla təltif olunmuşdur (2015-ci il).

AMEA-nın müxbir üzvü F.İ.Səmədova akademik Yusuf Məmmədəliyev adına mükafatla təltif olunmuşdur (2016-cı il).

Tətbiq olunan və tətbiqə hazır işlər aşağıda göstərilir

1. Yüksək oktanlı aviasiya benzininin istehsalı təşkil olunmuşdur (NEZ, Bakı). – 1942-ci il

2. Yüksək oktanlı aviasiya benzininin komponenti olan kumolun alınma prosesi işlənib hazır-lanmışdır (NEZ, Bakı və SSRİ). – 1946-cı il

3. İlk dəfə SSRİ-də Bakı neftinin əsasında termostabil aviasiya yanacaqları T-1 (1947) və T-5 (1951) istehsalı təşkil olunmuşdur.

4. İlk dəfə SSRİ-də sürtgü yağlarının donma temperaturunu aşağı salan depressator aşqarları alınmışdır (NEZ, Bakı və SSRİ-i). – 1948-ci il

5. Termiki krekinq proseslərinin intensivləşdirilməsi və qurğuların modernləşdirilməsi (NEZ, Bakı) həyata keçirilmişdir. – 1948-ci il

6. Sürtgü yağları üçün yeni növ depressator aşqarları alınmışdır (NEZ, Bakı və SSRİ). - 1951-ci il

7. İlk dəfə SSRİ-də 1B (1953), 1A,1A/1M (1957-1961-ci illər) tipli qurğularda qaynar laylı xırda dispersli katalizatorun iştirakı ilə katalitik krekinq prosesi tətbiq edilmişdir (NEZ, Bakı, Ryazan, Yaroslavl, Ufa, Polşa, Rumıniya).

8. İlk dəfə SSRİ-də katalizatorun yarımyüksələn və birbaşa yüksələn axın ilə proqressiv texnoloji sxemləri və reaktor konstruksiyaları işlənib hazırlanmışdır. – 1960-cı il

9. Dünyada ilk dəfə olaraq “Azəralüminium” zavodunda alüminium oksidi almaq məqsədi ilə alunitin “qaynar” layda yanması və reduksiyası üçün qurğu yaradılmışdır (Gəncə ş.). - 1966-cı il

10. Butadien stirol oliqomeri əsasında örtük əmələ gətirən birləşdirici tərkib alınmışdır (TİZ NKPİ). – 1968-1970- ci illər

11. Yüksək cərəyan keçirən naqilli transformatorlar üçün aşağı donma temperaturu olan yağların (1970), K-12, K-19 kompressor (1999-cu il) və AK-15 (2002-ci il), T-46 (2008-ci il) turbin yağının alınması texnologiyaları işlənib hazırlanmışdır (NEZ, Bakı).

12. Elektron sənayesi üçün plastifikator – stabilizator (EPST) yaradılmışdır. – 1970- ci il

13. Oliqodivinilstirol (ODS) lakı alınmışdır. – 1970-1988-ci illər

14. Plastiazan tipli plastifikatorlar alınmışdır. – 1972-cil

15. Etilləşməmiş yüksək oktanlı Aİ-93 avtomobil benzininin bilavasitə katalitik krekinq prosesilə alınması (H.Əliyev adına NEZ, Bakı). – 1975-1980-ci illər

16. İlk dəfə SSRİ-də dizel yanacağının və az özlülük yağların parafinsizləşdirmə prosesi işlənib hazırlanmışdır (NEZ Bakı, Moskva, Ufa, Novokuybeşev, Sizran, Volqoqrad). – 1976-cı il

17. Quruducu agent QA-1 (1976-cı il), oliqo-polimer kompozisiyalar (1977-ci il), səthi-aktiv maddələr (SAM - 1978-ci il), təbii gönlərin və xəzli dərilərin aşılanması üçün yağın istehsalı (məişət kondisionerləri zavodu, Volqodonsk kimya kombinatı) təşkil olunmuşdur.

18. Yüksək təmizlik dərəcəsi olan alfa-naftolun alınması prosesi işlənib hazırlanmışdır (TİZ NKPİ). – 1976-1982- ci illər

19. Epoksid kompozisiyaları üçün bərkidicilər və ekoloji zərərsiz sənaye dibutil (oktil) ftalat plastifikator - PVX kompozisiyaları alınmışdır. – 1978-1985-ci illər

20. İşlənib hazırlanmış “Yüksələn və “yarım yüksələn” axınlı katalizatorları olan reaktor sistemində neft xammalının ikipilləli katalitik krekinq prosesi yaradılmışdır (NEZ, Bakı). – 1980-ci il

21. Neftin benzin fraksiyaları və platforminq qaz-kondensatlarından benzolun alınma prosesi işlənib hazırlanmışdır (Sumqayıt neft kimya kombinatı). – 1980-ci il

22. Beton qarışıqları üçün “40-03” superplastifikatoru yaradılmışdır (ВНИИЖБ, “Polimod Assosa¬siya”, “Оргсинтез”, “Новомосква” zavodu, Moskva ş.). – 1980-1990-cı illər

23. Yeni sintetik ətirli maddələr, ketonlar (1980-1981-ci illər) və laktonlar (1987-1988-ci illər) işlənib hazırlanmışdır (“Effekt”-parfyumer-kosmetik fabriki, Xarkov və ВНИИСНДВ Kaluqa).

24. Butanın “qaynar” layda dehidrogenləşmə prosesi işlənib hazırlanmışdır (Sumqayıt ş. SK” zavodları və Sterlitamak). – 1980-1981-ci il

25. “Arien” adlı neftpolimer qatranının alınması prosesi işlənib hazırlanmışdır – 1984-1986-cı illər.

26. Poliolefinlər üçün polifunksional stabilizator STANAZ (nikel, O, O-difenilditiofosfat) alınmışdır. – 1984-1986-cı illər

27. Pirokondensatın C8-C9 fraksiyası əsasında neftpolimer qatranının alınması prosesi işlənib hazırlanmışdır (NEZ “Neftqaz”, Bakı və “Slantsı” Leninqrad vilayəti). – 1985-1990-cı illər

28. Neft süxurlarına təsir edən yeni ekobiotexnologiya yaradılmışdır (NQÇİ Azərbaycan). – 1984-2011-ci illər

29. “ВФИКС – 82” çoxfunksiyalı korroziya və duzçökmə inhibitorı 1983-cü ildə SSRİ Neft Sənayesi Nazirliyinin qərarı ilə tətbiqə qəbul olunub və Təcrübə-Sənaye istehsalı təşkil olunmuş, Rusiya Federasiyasının, Qazaxstanın, Ukraynanın, Azərbaycanın neftçıxarma sənayesində istifadə olunub. 1986-cı ildə bu inhibitorun qış modifikasiyası olan “AZƏRI” inhibitoru yaradılıb. Rusiya Federasiyası onun alınma texnologiyasını lisenziya ilə almış və gücü ildə 20000 ton olan sənaye qurğusu istifadəyə verilib (Başqırdıstanın Meleuz şəhərində). “AZƏRI” inhibitoru 1988-2013-cü illərdə istehsal olunmuş, Rusiya, Ukrayna və Türkmənistanın neft çıxarma sənayesində 26454 ton miqdarında istifadə olunub.

30. C4-C5 parafinlərinin dehidrogenləşdirilməsi üçün yeni yüksək effektli katalizator (6A-24) işlənmişdir (“Oргсинтез” İB, Sumqayıt ş.). – 1986-1987-ci illər

31. Kəsici və hamarlaşdırıcı alətlər üçün fenolformaldehid qatranı əsasında bərkidici sürtgü hazırlanmışdır (Kamaz İB, Aviasiya zavodu İB (Perm), Vertolyot zavodu (Kazan), Cihazqayırma zavodu (Gəncə ş.), Məişət kondisionerləri zavodu (Bakı)). – 1987-1988-ci illər

32. Neftin suxurlardan çıxarılması üçün suda həll olunan polimerlər alınmışdır. – 1987-1992-ci illər

33. Kapilyar defektoskopiyası üçün penetrant kimi “ŞIRVANOL” adlı neft lüminoforları işlənib hazırlanmışdır (AТОММАШ Leninqrad ş., ТЯЖМАШ Moskva ş.). – 1988-1990-cı illər

34. Qazma prosesində su uducu suxurlar üçün izolyasiya reagenti alınmışdır. – 1987-1992-ci illər

35. 1992-ci ildə dünyada analoqu olmayan BEPİKOR dəri aşılayıcı maddə yaradılmış, 1993-cü ildə 24 ton istehsal olunmuş və Türkiyənin “Günder Deri” fabrikində sənaye sınağından keçib, istifadəyə qəbul olunmuşdur.

36. Müxtəlif polimer materialları üçün antioksidantlar alınmışdır. – 1987-ci il

37. Etilendən xətti α-olefinlərin alınma üsulu (Səudiyyə Ərəbistan, SABİC şirkəti) – 2005-2013-cü illərdə tətbiq olunmuşdur.

38. Etilendən yüksək keyfiyyətli sintetik sürtgü yağlarının alınması üçün birmərhələli texnologiya işlənib hazırlanmışdır. – 1989-cu il

39. 1,4 tsispolibutadienin alınması üçün katalizatorlar işlənib hazırlanmışdır. – 1989-cu il

40. Butan-butilen fraksiyası, təkrar emal benzinlərinin yüngül fraksiyaları və sadə efirlər əsasında yüksək oktanlı əlavələrin istehsal texnologiyası yaradılmışdır. – 1989-cu il

41. Keçmiş SSRİ-də yeni nəsl Г-43-107 katalitik krekinq qurğusu yaradılmışdır (ВНИИНП, ГрозНИИ). Keçmiş SSRİ-də bu qurğu Moskva, Mojekyay, Ufa, Pavlodar, Anqarsk, Lisiçansk, Bolqarıstanın Burqas şəhərlərində və Bakıda yaradılmışdır. Hal-hazırda H.Əliyev adına BNEZ-də bu qurğu fəaliyyət göstərir.

42. Krekinq prosesində kokslaşmış katalizatorun regenerasiyası zamanı CO-nun CO2-yə yanması üçün promotorlar yaradılmışdır.

43. Piroliz prosesinin C5 fraksiyasından tsiklopenten, tsiklopentadien və norbornenin istehsal texnologiyası işlənib hazırlanmışdır. – 1991-ci il

44. Parafinsizləşdirmə, selektiv təmizlənmə və asfaltsızlaşdırma proseslərinin tətbiqi ilə M-8, M-8B, M-10Q2 baza yağlarının alınma texnologiyası işlənib hazırlanmışdır (NEZ, Bakı). - 1994-cü il

45. Stereomüntəzəm polibutadien kauçuklarının alınması prosesi üçün yeni bifunksional nikel-tərkibli katalitik sistemlər işlənib hazırlanmışdır (Rusiya, Yefremov şəhəri SK zavodu) – 1994-1995-ci illər

46. 1995-ci ildə dünyada analoqu olmayan “KASPI-X” korroziya inhibitoru yaradılıb və bu inhibitorun təcrübə-sənaye istehsalı təşkil olunub. Hal-hazırda H.Əliyev adına BNEZ-də tətbiqə başlanılıb.

47. Hidravlik mayenin baza məhsulunun alınması üsulu işlənib hazırlanmışdır (TSZ NKPİ) – 1996-1997-ci illər

48. 1997-ci ildə “PARKORIN-1” parafinçökmə inhibitoru yaradılıb və Azərbaycanın neft səna-yesində sənaye sınağından keçirilərək tətbiq olunmuşdur.

49. Azərbaycanda yanacaq və yağ istehsalının mərhələli inkişafının perspektiv kompleks sxemləri işlənib hazırlanmışdır. (H.Əliyev adına Bakı NEZ – 1997-ci il, “Azərneftyağ” NEZ – 1998-ci il)

50. Asfaltbeton qarışığı alınmışdır. – 1998-ci il

51. 1998-ci ildə “XƏZƏR” deemulqatoru yaradılmış və həmin ildən H.Əliyev adına BNEZ-də istifadə olunur.

52. 1998-ci ildə “BAKI” ərp həlledicisi işlənib hazırlanmış və ölkənin NEZ-də istifadəsinə başlanmışdır.

53. 2000-ci ildə “KASPI” korroziya inhibitorunun təcrübə-sənaye istehsalı təşkil olunmuş və H.Əliyev adına BNEZ-də istifadəsinə başlanmışdır.

54. 2000-ci ildə yanğınsöndürmə üçün həm şirin suda, həm də dəniz suyunda davamlı köpük yaradan köpükəmələgətirici (NKPİ-34-2) işlənib hazırlanmış və tətbiqə qəbul olunmuşdur.

55. Yüksək özlülük indeksli yarımsintetik yağların istehsal texnologiyası işlənib hazırlanmışdır. – 2000-2005-ci illər

56. Benzolun, etilbenzolun, neft-polimer qatranlarının, naftalinin və s. alınmasını təmin edən pirolizin maye məhsullarının kompleks emalı prosesi üçün metallik alüminium və alkilhalogenlərin əsasında katalitik komplekslərin yeni yüksək effektivli modifikasiyası işlənib hazırlanmışdır. (“Azərkimya”, Sumqayıt ş.). – 2001-2002-ci illər

57. Yeni katalitik kompleksin iştirakı ilə pirolizin maye məhsullarının kompleks emal sxemi işlənib hazırlanmışdır (“Sintez kauçuk” və SAM zavodu, Sumqayıt ş.). – 2002-ci il

58. Neftyığıcı və neft dispersləşdirici kompozisiya işlənib hazırlanmışdır. – 2002-ci il

59. Hidrotəmizləmə prosesinin tətbiqi ilə (Avro-2) dizel yanacağı alınmasının yeni texnologiyası işlənib hazırlanmışdır (H.Əliyev adına Bakı NEZ). – 2004-cü il

60. Sudan, duzdan, texniki qarışıqlardan neftin alternativ texnologiya ilə təmizlənməsinin işlənməsi və tətbiqi (“Azərneftyağ” NEZ). - 2004-2005-ci illər (Sənaye sınağı üçün təklif hazırlanmışdır)

61. İ-8А, i-12А, i-30А və i-40А. i-20В, i-30В sənaye yağlarının alınma texnologiyası (“Azərneftyağ” NEZ). – 2001-2013-cü illər

62. Ortadövrlü və azdövrlü dizel mühərrikləri üçün DT markalı yanacağın alınması (“Azərneftyağ” NEZ). - 2007-2013-cü illər

63. “Neft daşları” və “Günəşli” yataqlarındakı neft qarışıqlarından baza M-12 mühərrik yağının is-tehsal texnologiyası (“Azərneftyağ” NEZ). - 2008-ci il

64. 2011-ci ildə “XƏZƏR” (VFİKS-82) inhibitor-bakterisidi yaradılmış və ARDNŞ-nin neft mədənlərində laya su vurma sistemlərində istifadə olunmuşdur.

65. 2009-cu ildə “KASPI-X” (M) korroziya inhibitoru yaradılmış və H.Əliyev adına BNEZ-də kimyəvi təmizlənmiş su nəqli sistemlərini korroziyadan müdafiə üçün istifadəyə qəbul olunmuşdur.

66. 2012-2013-cü illərdə katalitik krekinq prosesində alınan yüngül qazoyl fleqması əsasında quru superplastifikator (beton qarışığına kimyəvi qatqı) alınmış və Təcrübə-sənaye Zavodunda, yenidən rekonstruksiya olunmuş qurğuda sınaq nümunələri alınmışdır.

67. Tərkibində benzolu az olan ekoloji əlverişli yüksək oktanlı avtomobil benzinin istehsal texnologiyası işlənib hazırlanmışdır. – 2009-2011-ci illər

68. Bioetanol və pirolizin C4 fraksiyası əsasında etil üçlü butil efirinin yeni istehsal texnologiyası işlənib hazırlanmışdır (“Tural -110 Azərbaycan”). – 2011-2012-ci illər

69. “NEFRAS” – neft həllediciləri alınmışdır (“Aşqarlar ASC” Sumqayıt ş.). – 2002-2012 –ci illər

70. Pestisid-2-morfolilmetil-4-metilfenolun kompleks duzu - 2013-cü il (Təcrübə-Sənaye Zavodun¬da sınaq nümunələri alınıb, hazırda pestisidin geniş çöl sınaqları aparılır).

71. Bioloji parçalanmaya qabil bitkilər üçün yeni ekoloji əlverişli boy maddəsi - 2011-2013-cü illər ərzində sınaqdan keçirilmiş və tətbiq üçün tövsiyə olunmuşdur.

72. Vitsinal dikarbon turşularının mürəkkəb efirlərinin alınması texnologiyası 1990-2013-cü il-lərdə Rusiyada sınaqlardan keçirilmiş və təcrübə-sənaye qurğusu tikilmişdir. Vertalyot yağının, plastik sürtgüsünün və saat yağının sınaq nümunələri alınmışdır

73. Biodizel yanacağının kavitasiya üsulu ilə alınmasının yeni texnologiyası işlənilib hazırlanmış, 2012-2013-cü illərdə kavitasiya prinsipli pilot qurğusu quraşdırılmış, sınaq nümunəsi alın¬mışdır.

74. Yanğınsöndürmə üçün bütün təbii sularda, o cümlədən dəniz suyunda işləyə bilən “NAFTAPEN” köpükəmələgətiricisi yaradılmış, Respublika Fövqaladə Hallar Nazirliyinin poliqonunda sənaye sınağından keçirərək tətbiq üçün tövsiyə olunmuşdur.

75. 2013-cü ildən yeni daha səmərəli azot və fosfor tərkibli kübrə yaradılmış, təcrübə sənaye nümunəsi alınmışdır. 2013-2014-cü illərdə müxtəlif bitkilərin əkildiyi sahələrdə uğurlu nəticələrlə sınaqdan keçirilmişdir.

76. 2014-cü ildə 2-morfolilmetilenil-5-metilfenolun kompleks duzu alınmış və üzümçülükdə oidium xəstəliyinə qarşı preparat kimi ET Üzümçülük və Şərabçılıq İnstitutunun üzüm sahələrində ilkin və geniş çöl sınaqlarının aparılması üçün təqdim edilmişdir.

77. 2014-cü ildə AMQ-10 hidravlik mayesinin alınmasının texnoloji sxemi verilmiş və prosesin texnoloji reqlamenti hazırlanmışdır.

78. 2014-cü ildə neft distilatlarından naften turşusunun üzvi absorbentlə çıxarılma texnologiyası işlənib hazırlanmış və pilot qurğusunda sınaqları uğurla başa çatmışdır.

79. Müalicəvi Naftalan neftinin yeni təmizlənmə üsulu ilə “Ağ Naftalan yağı”nın alınma texno¬logiyası işlənib hazırlanıb, AMEA-nın Təcrübə-Sənaye zavodunda təcrübə-sənaye sınaqlarından keçib. “AĞ NAFTALAN YAĞI” Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində qeydiyyatdan keçib (DV № 14-01172) və dərman preparatı kimi istifadəsinə icazə verilib.

İşçilərinin ümumi sayı 585
Struktur bölmələri İnformasiya və telekommunikasiya şöbəsi
Neftin kompleks emalı və texniki-iqtisadi əsaslandırılması laboratoriyası
İnformatika və riyazi modelləşdirilmə
Neftlərin tədqiqi və yağların alınma texnologiyası laboratoriyası
Sintetik yağlar laboratoriyası
Ekstraksiya qrupu
Monomerlər, oliqomerlər və kataliz şöbəsi
Səthi-aktiv reagentlər və preparatlar laboratoriyası
Funksional oliqomerlər laboratoriyası
Neft-kimya prosesləri texnologiyası laboratoriyası
Heterogen kataliz laboratoriyası
Tsikloolefinlərin kimyası və texnologiyası laboratoriyası
Alitsiklik funksional monomerlər laboratoriyası
Polimerləşmə katalizi laboratoriyası
Fiziki və fiziki-kimyəvi tədqiqatlar şöbəsi
Kataliz problemlərinin spektroskopik üsullarla tədqiqi laboratoriyası
Spektroskopik analiz laboratoriyası
Neft və neft emalı məhsullarının analiz laboratoriyası
Fiziki-kimyəvi üsullarla tədqiqatlar laboratoriyası
Neft və qazın kimyası və texnologiyası şöbəsi
Katalitik krekinq və piroliz laboratoriyası
Avtomobil benzinləri laboratoriyası
Reaktiv və dizel yanacaqları laboratoriyası
Bərpa olunan yanacaqlar laboratoriyası
Nanotexnologiyalar və nanomateriallar laboratoriyası
Çoxfunksiyalı reagentlərin kimyası və texnologiyası şöbəsi
Korroziya inhibitorları və konservasiya materialları laboratoriyası
Azottərkibli birləşmələr laboratoriyası
Neft-qaz çıxarma və emalı sənayeləri üçün kimyəvi reagentlərin texnologiyası laboratoriyası
Antimikrob təsirli reagentlər və biozədələnmələrin tədqiqi laboratoriyası
Neft kimya sintezi şöbəsi
Maye fazada oksidləşmə laboratoriyası
Alitsiklik birləşmələr laboratoriyası
Polifunksional kompleksonlar və metalkompleks birləşmələr laboratoriyası
Tsikloolefinlər laboratoriyası
Elmi-texniki informasiya şöbəsi
Neft və neft emalı məhsullarının standartlaşdırılması və metrologiya laboratoriyası
Patent-lisenziya tədqiqatları qrupu
Elmi-texniki ədəbiyyatın toplanması, təhlili və proqnozlaşdırma laboratoriyası
Poliqrafiya-nəşriyyat qrupu
Bioloji-aktiv reagentlərin sintezi və onların alınma texnologiyası
Mühəndislik və layihələşdirmə şöbəsi

Elmi şura

-       sədr

-       katib

-       üzvləri

 

Abbasov V.M.

Səidova A.A.

İbrahimov H.C.   (direktor müavini)

Məmmədova T.A. (direktor müavini)

Məmmədyarov M.Ə. (lab. müdiri)

Səmədova F.İ.  (lab. müdiri)

Əlimərdanov H.M. (lab. müdiri)

İsmayılov E.H. (şöbə müdiri)

İbrahimova M.C. (şöbə müdiri)

Qasımov A.Ə. (lab. müdiri)

Həsənov A.H. (lab. müdiri)

Hüseynova A.C. (lab. müdiri)

Abbasova G.Q. (lab. müdiri)

Əsgər-zadə S.M. (lab. müdiri)

Quliyev A.D. (lab. müdiri)

Məmmədov M.K.  (lab. müdiri)

Rəsulov Ç.Q. (lab. müdiri)

Abdullayev E.Ş. (baş mühəndis)

Əliyeva R.V.  (lab. müdiri)

Məmmədbəyli E.H.  (lab. müdiri)

Əliyeva S.Q.  (lab. müdiri)

Məmmədov C.Ş.  (lab. müdiri)

Əliyeva L.İ. (şöbə müdiri)

Cəfərova R.Ə. (lab. müdiri)

Ağamalıyev Z.Z. (şöbə müdiri)

Talıbov A.H. (lab. müdiri)

İsmayılov T.A. (lab. müdiri)

Yusifov Y.H. (lab. müdiri)

Quliyeva C.Q. (lab. müdiri)

Abasov S.İ. (lab. müdiri)

Əmiraslanova M.N. (lab. müdiri)

Nuriyev L.H. (lab. müdiri)

Ağayev B.K. (həmkarlar kom. sədri)

Muxtarova G.S. (elmi katibin köməkçisi)

Abdullayeva N.R.(gənc alimlər şurasının sədri)

Pirəliyev A.G. (ap.e.i.)

İsmayılov İ.T. (baş texnoloq)

Əhmədli R.R. (təhsil şöbəsinin müdiri)

Gənc alimlər və mütəxəssislər şurası

-       sədr

-       katib

-       üzvləri

 

Abdullayeva Nərminə Rüfət qızı

Seyidova Xəyalə Heydər qızı

Cəbrayılzadə Şəbnəm Zakir qızı

Bağırzadə Nigar Rasim qızı

Səfərli İrana Almas qızı

Quliyeva İlahə Məmmədəli qızı

Həsənova Nadirə Vaqif qızı

Cəlilova Arzu Akif qızı

Paşayeva Ziyarət Nağı qızı

Zamanova Lalə Sahib qızı

İbrahimova Təhminə Əliyəddin qızı

Ağabəyli Günel Bəhram qızı

Əzizbəyli Afaq Rauf qızı

Əzizbəyli Həmidə Rauf qızı

Xamiyev Mətləb Cahangir oğlu

Quliyev Fuad Vaqifoviç

Qasımova Gülnar Fazil qızı

Məmmədova Aygün Malik qızı

Musayeva Nuranə Mustafa qızı

Əhmədova Səbinə Arif qızı

Dissertasiya şurası

-       sədr

-       sədr müavini

-       elmi katib

-       üzvləri

 

V.M. Abbasov (AMEA NKPİ)

V.M. Fərzəliyev (AMEA AKİ)

M.C. İbrahimova (AMEA NKPİ)

M.İ. Rüstəmov  (AMEA NKPİ)

M.Ə. Məmmədyarov  (AMEA NKPİ)

F.İ. Səmədova  (AMEA NKPİ)

H.C. İbrahimov  (AMEA NKPİ)

A.H. Həsənov  (AMEA NKPİ)

A.C. Hüseynova  (AMEA NKPİ)

A.Ə. Qasımov  (AMEA NKPİ)

M.K. Məmmədov  (AMEA NKPİ)

S.M. Əskər-zadə  (AMEA NKPİ)

E.Ş. Abdullayev  (AMEA NKPİ)

L.İ. Əliyeva  (AMEA NKPİ)

A.H. Talıbov  (AMEA NKPİ)

Q.Z. Hüseynov (BDU)

Ə.N. Ağayev  (AMEA AKİ)

P.Ş.Məmmədova  (AMEA AKİ)

H.Ə. Cavadova  (AMEA AKİ)

E.Ə.Nağıyeva   (AMEA AKİ)

Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         katib

-         büro üzvləri

 

Ağayev B.K.

Əzizov İ.İ. 

Paşayev B.A. 

Əsədov N.S.

İsmayılova F.P.

Məmmədov M.K.

Qasımova Q.K.

Kərimova İ.C.

Mərdanova D.A.

İctimaiyyətlə əlaqələrə məsul şəxs Zaur Zabil oğlu Ağamalıyev
Elmlər doktorları
 
Fəlsəfə doktorları