Tağıyev Dilqəm Bəbir oğlu

Anadan olduğu yer Azərbaycan Respublikası, Kəlbəcər rayonu 
Təvəllüdü 06.01.1950 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan (indiki Bakı) Dövlət Universiteti  
Elmi dərəcəsi Kimya elmlər doktoru 
Elmi rütbəsi Akademik
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı
 

 

02.00.03 (2306.01)

Üzvi kimya

Olefinlərin seolit katalizatorları üzərində çevrilmələrinin tədqiqi
Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı


02.00.15 (2316.01) 

Kimyəvi kinetika və kataliz

Karbohidrogenlərin oksidləşdirici dehidrogenləşmə və piroliz reaksiyaları üçün seolit və silikagel əsaslı katalitik sistemlər
Müxbir üzv seçilməsi

-         tarix

-         ixtisasın adı

2007

neft kimyası

Həqiqi üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı

2014

kimyəvi kinetika və kataliz

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-   beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

700

 

450

 

200
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 55
Kadr hazırlığı:

-   fəlsəfə doktorlarının sayı

-   elmlər doktorlarının sayı


13

Əsas elmi nailiyyətləri

Elmi fəaliyyəti əsasən müxtəlif sinif karbohidro­genlərin və onların törəmələrinin hidrogenləşmə, oksidləşmə, izomerləşmə, alkilləşmə, oksidehidro­genləşmə, oliqomerləşmə və digər reaksiyaları üçün heterogen və homogen katalizatorların işlənib hazıtlanmasına və təsir mexanizminin öyrənilməsinə,  bioloji fəal metal-komplekslərin sintezinə və təd­qiqinə, bəzi fiziki-kimyəvi proseslərin öyrənil­məsinə və modelləşdirilməsinə   həsr olunmuşdur.

Tərkibində heç bir keçid elementi və ya metallar saxlamayan seolitlərin (oksidləşmə-reduksiya tipli reaksiyalar üçün qeyri-ənənəvi katalizatorların) hidro­genləşmə, hidroizomerləşmə və oksidehidrogen­ləşmə reaksiyalarında yüksək aktivliyini ilk dəfə göstərmiş və bununla da hidrogenləşdirici katali­zatorların yeni nəslinin yaradılmasının əsası qoyulmuşdur. Alkil naften karbohidrogenlərin seolit katalizatorları üzərində əvvəllər məlum olmayan çevrilmələrini aşkar etmiş, onları oksidehidro­disproporsionallaşma və oksidehidro­izomerləşmə reaksiyaları adlandırmışdır.

Müxtəlif reaksiyaların mikro məsaməli katali­zatorlarda kinetikasının öyrənilmə prosesində mühüm amil olan diffuziya əmsalının termodesorbsiya ölcmələri  əsasında  hesablanması  üçün yeni ekspress metod təklif etmişdir. Aromatik karbohidrogenlərin aşağı molekul kütləli parafinlərlə alkilləşməsi üçün aktiv mərkəzləri fəzaca bir-birindən ayrı olan hibrid katalizatorlar, və müxtəlif alifatik spirtlərin turşulara, onların efirlərinə bir mərhələdə oksidləşməsi üçün seolit tərkibli polifunksional katalizatorlar işləyib hazırlamışdır.

Seolitəbənzər kristallik quruluşa malik olan dəmir, qallium və zink fosfatların hidrotermal sintezini həyata keçirmiş, onların quruluş xüsusiyyətlərini və metanolun konversiyasında yüksək katalitik aktivliyini müəyyən etmişdir. İlk dəfə olaraq suyun fotoeletrokimyəvi parçalanmasında seolitlərdən elektrod materialının effektliyini kəsgin yüksəldən əlavə kimi  istifadəsınin mümkünlüyünü göstərmişdir.

Yüksək oktan ədəli benzin komponentləri almaq üçün birbaşa qovulmuş  benziblərin aşağı temperaturlu izomerləşmə-disproporsionallaşma reaksiyaları və normal parafinlərin metanol ilə birgə konversiyası üçün tərkibində qiymətli metallar saxlamayan  sirkonium-seolit tipli yeni katalitik sistemlər  yaratmış və onların təsir mexanizmini  öyrənmişdir. Metanın benzola oksidləşdirici dehidrotsikləşməsi və aşağı molekullu digər parafinlərdən  aromatik karbohidrogenləri almaq üçün yeni katalizatorlar işləyib hazırlamış və aktiv mərkəzlərin təbiətitini müxtəlif üsullarla tədqiq etmişdir.

Fenol və krezolları metanolla və digər spirtlərlə alkilləşdirməklə krezolların, ksilenolların və müxtəlif alkilfenolların qiymətli  izomerlərinin sintezi üçün seolit və ferrit katalizatorlarının seçilmə prinsiplərini müəyyənləşdirmişdir.  Mürəkkəb tərkibli oksid katalizatorları üzərində o-ksilolun müxtəlif əvəzli törəmələrinin oksidləşdirici ammonoliz reaksiyasının kinetikası və mexanizmi sahəsində ətraflı tədqiqatlar aparmış, müxtəlif tətbiq sahələri olan nirtillərin, dinitrillərin və imidlərin  əmələ gəlməsində əsas rol oynayan amilləri müəyyən etmişdir.      

C2-C8 olefinlərin yumşaq şəraitdə dimerləşmə və oliqomerləşmə reaksiyaları üçün yeni metal kompleks və heteropoliturşu katalizatorları sintez etmiş, nikel komplekslərinin bərk daşıyıcı üzərində immobilizasiyası üçün yeni üsul işləyib hazırlamışdır. Nikel tiopirazolaldiminat komplekslərinin katalitik aktivliyi ilə stereokimyəvi sərtliyi arasında əlaqənin mövcudluğunu ilk dəfə aşkar etmişdir.

Platin və palladiumun  bir çox qarışıq liqandlı və çox nüvəli kompleks birləşmələrini  sintez etmiş, onların tərkibi, molekulyar quruluşu və bioloji aktivliyi arasında əlaqəni tədqiq  etmişdir. Dəmirin aromatik polikarbon tuşularının törəmələri ilə məsaməli quruluşa malik olan kompleks birləşmələri və qeyri-üzvi biokimya üçün böyük maraq kəsb edən toksiki metalların metabolitlərlə qarşılıqlı təsirini modelləşdirməyə imkan verən komplekslər sintez etmişdir.  

Müxtəlif dərman maddələrinin (doksorubisin, tripsin, doksisklin, tiroksin və s.) təsir müddətinin artırmaq və toksiki təsirini azaltmaq məqsədilə onların immobilizasiyası üçün tərkibinə nanoölçülü gümüş hissəcikləri daxil edilən  müxtəlif  nanogellər sintez etmiş və onların əsasında dərman maddələrinin ünvana çatdırılması və nəzarətli  ayrılması üçün polimer daşıyıcılar işləyib hasırlamışdır.     

20 monoqrafiya, kitab və dərsliyin, 16 tədris-metodik vəsaitin müəllifidir.  Praktiki əhəmiyyət kəsb edən bir neçə proseslər üçün işlənib hazırlanmış katalizatorların effektivliyi pilot qurğularında uzun müddət aparılan sınaqlar nəticəsində təsdiq edilmişdir.

Rusiyada (1974-2016), Bolqarıstanda (1979, 1983, 1991), Çexiyada (1983, 2005), Almaniyada (1980, 1990), Fransada (2001, 2004, 2017), İsveçdə (2002), Şotlandiyada (2003), Avstriyada (2003), İsveçrədə (2004), İspaniyada (2002, 2006, 2015), İtaliyada (2016,2017) keçirilən  Beynəlxalq konqress, simpozium və konfranslarda elmi məruzəçi kimi  iştirak etmişdir. 2014 - 2017-cı illərdə İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzinin dəvəti iləSan-Sebestianda  ezamiyyətdə olmuş və birgə tədqiqatlar aparmaq üçün  elm aləmində kifayət qədər nüfuzlu olan bu mərkəzlə birgə Beynəlxalq laboratoriya təşkil etmək üçün ikitərəfli müqavilə bağlamış və tədqiqatların nəticələri haqqında müzakirələr aparmışdır. 2017-ci ildə Parisdə keçirilən UNESCO-nun 39-cu Baş konfransında elmi komissiyaların işində fəal iştirak etmiş və Azərbaycanda geoparkların yaradılması sahəsində razılaşmalara nail olmuşdur. 
Elmi əsərlərinin adları

1.Д.Б.Тагиев. «Кристаллические алюмо­сили­каты в катализе». Баку. Элм. 1989. 222 с.

2.D.B.Tağıyev “Heterogen kataliz neft kim­yasın­da”. Bakı. Elm. 1992. 243 s.

3.Д.Б.Тагиев, А.Н. Мамедов. «Перспек­тив­ные направления современной химии». Баку «Элм». 2014. 328 с.

4.D.B.Tağıyev, H.M.Əlimərdanov, S.İ.Abasov “Kinetika və kataliz”. Bakı. Elm. 2014. 616 s.

5.Dilqəm Tagıyev, Asif Məmmədov. ”Tək atomlardan supramolekulyar kimyaya”. Bakı. Elm. 2015. 315 s.

6.Г.И. Келбалиев, Ф.М. Садыхов, Г.М. Самедзаде, А.Н. Мамедов, Д.Б. Тагиев. "Теория и практика гранулирова­ния порошкообразных материалов ". Баку: ЭЛМ. 2016. 330 с.

7.Г.И. Келбалиев, С.Р. Расулов, Д.Б. Таги­ев, Г.Р. Мустафаева «Механика и реология нефтяных дисперсных систем». Москва «Маска», 2017. – 462 с.

8.Dunya M.Babanly, Imameddin R., Amiras­lanov, Anderi V, Shevelkov, Dilqam B. Tagi­yev. Phase equilibria in the T/T/I-Se system and thermodynamic properties of the ternary phases. Journal of Alloys and Compounds, 2015, V.644, pp.106-112

9.S.N.Mustafayeva, D.M.Babanly, M.M.Asa­dov, D.B.Tagiyev. Freguency dispersion of the dielectric coefficients and conductivity of Tl6SI4 crystals. Physics of the Solid State, 2015, vol. 57, No. 10, pp.1913-1915.

10.M.M.Asadov, S.N.Mustafayeva, A.N.Mamedov, D.B.Tagiyev. Effect of composition on the properties of(TlInSe2)1-x (TlGaTe2)x solid solutions. Russian Journal of Inorganic Materials, 2015, vol. 51, No. 12, pp.1327-1332

11.G. A. Bagirzade, D. B. Tagiyev, M. R. Manafov. Kinetics Of Vapor Phase Ammoxidation Of O-Xylene On V-Sb-Bi-Cr/G-Al2o3 Oxide Catalyst I. About The Competing Ways Of Formation Of The Main Products. International Journal of Current Research, 2015, №4, pp.59-67

12.Aliyev Akif Shikhan, Cafarova Samira Fikret, Mahmoud Elrouby, Dilgam Tagiyev «Studying the electrochemical deposition process of molubdenum from aqueous solution of molybdate ions». // J. Electrochem. Sci. Eng 5(4), 2015, pp. 231-235.

13.Dunya M.Babanly, Ziya S. Aliev, Samira Z.Imamaliyeva, Fco.Javier Zuniga, Gotzon Madariaga, Dilqam B. Tagiyev. An investiqation of the Tl-Te-I system and crystal structure of the Tl5Te2I. Journal of Alloys and Compounds. 688. (2016), pp.997-1005

14.S.F.Humbatova, N.A.Zeynalov, D.B.Taghiyev, Sh.Z.Tapdigov, S.M.Mammedova. Chitosan polymer composite material containing of silver nanoparticle. // Digest Journal of Nanomaterials and Biostructures, 2016, Vol.11, No.1, p.39-44.

15. Sh.Z.Tapdiqov, S.M.Mammedova, D.B.Taghiyev, N.A.Zeynalov. Investigation of Chemical Interaction type of Polyacrylic acid based Hydrogel with Doxorubicin Hydrochloride // American Chemical Science Journal, 2016, v.12, iss.2, p.1-9.

16. Д.Б.Тагиев, Г.И.Келбалиев, Г.З.Сулейманов, С.Р.Расулов, Ф.И.Шекилиев, В.И.Керимли. Кинетика растворения асфальтосмолистых веществ в ароматических растворителях. Журнал «Химия и технология топлив и масел». 2016. №3.

17. 17.Aliyev A.Sh., Tahirli H.M., Mahmoud Elrouby, Soltanova N.Sh., Tagiev D.B. «Electrochemical Fabrication And Characterization Of Corrosion-Resistant, Ternary, Lead-Based Alloys As A New Material For Steel Surface Protection». // Metallurgical and Materials Transactions B, 2016, v.47, Issue 3, pp. 2072-2078.

18.Eminov Sh.O.,Tagiyev D.B., AliyevA.Sh., Soltanova N.Sh., Guliyev J.A., Jalilova Kh.D., Ismayilov N.J., Hasanov I.S., Rajabli A.A., Mamedova G.Kh., Gurbanov I.I., Mahmood Elrouby «Photo and electrical peculiarities of the nanostructured glass/ITO/AAO and glass /ITO/CdS systems». // J.of Materials Science: Materials in Electronics, 2016, vol. 27, number 9, p. 9853-9860.

19. E.A.Salakhova, D.B.Tagiyev, P.E.Kalantarova, N.N.Khankishiyeva. İnvestigation of voltampere characteristics of diodic structure on base of thin films of rhenium chalcoge-nides. İnternational Journal of Engineering Sciences Research Tecnology. March, 2016. P.795-802. 5(3)

20. E.A.Salakhova, D.B.Tagiyev, P.E.Kalantarova, K.F.Ibrahimova. The Electrochemical Method For Obtaining thin Coverings Of Rhenium Chalcogenides. İnternational Journal of Engineering Sciences Research Tecnology. 5(10); October, 2016. P.390-399

21.Дильгам Тагиев, Эльза Салахова «Physico-chemical properties of thin rhenium chalcogenides coatings». LAP LAMBERT Academic Publishing, 2017, 49 s.

22. D.B.Tagiyev, A.N.Azizova, Kh.I.Hasanov, M.R.Manafov. “Dimer Complexes of Mixed Ligands of Platinum”, Research Journal of Pharmaceutical Biological and Chemical Sciences, 2017, v. 8 , № 4, p. 931-936

23. Baş redaktor akademik Dilqəm Tağıyev. “Корифеи химической науки Азербайджана”. “Təbib” nəşriyyatı, Bakı- 2017, 311 s.

24.Leyla F. Mashadieva, Jem O. Kevser, Imir I. Aliev, Yusif A. Yusibov, Dilgam B. Tagiyev, Ziya S. Aliev, Mahammad B. Babanly. The Ag2Te-SnTe-Bi2Te3

system and thermodynamic properties of the (2SnTe)1-x(AgBiTe2)x solid solutions series. Journal of Alloys and Compounds 724 (2017) p.641-648.

25.Vusala A. Majidzade, Parvin H. Guliyev, Akif Sh. Aliyev,Mahmoud Elrouby, Dilgam B Tagiyev. Electrochemical Characterization and Electrode kinetics for Antimony Electrode position from its Oxychloride Solution in the Presence of Tartaric Acid. Journal of Molecular Structure, 1136, 2017, p. 7-13.

26.D.M. Babanly, Q.M.Huseynov, Z.S. Aliev, D.B.Tagiyev, M.B. Babanly. «Thermodynamic Study of Tl6SBr4 Compound and Some Regularities in Thermodynamic Properties of Thallium Chalcohalides». Advances in Materials Science and Engineering, Volume 2017, Article ID 5370289,

27.Leyla Farhad Mashadieva, Jem Osman Kevser, Imir Iyas Aliev, Yusif Amirali Yusibov, Dilgam Babir Tagiyev, Ziya Saxavaddin Aliev, Muhammad Baba Babanly. Phase Equilibria in the Ag2Te-SnTe-Sb2Te3 System and Thermodynamic Properties of the (2SnTe)1-x(AgSbTe2)x Solid Solution. Journal of Phase Equilibria and Diffusion. 2017, Volume 38, Issue 5, pp 603–614.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü Nyu York Elmlər Akademiyasının həqiqi üzvü (1994),
Beynəlxalq Seolit Assosiasiyasının üzvü (2001),
Amerika Kimya Cəmiyyətinin üzvü (2003),
Rusiya Təbiətşünaslıq Akademiyasının üzvü (2013).
Qabaqcıl  Materiallar üzrə Beynəlxalq Assosiasiyanın üzvü (2018).
Pedaqoji fəaliyyəti Azərbaycan Tibb Universitetinin professoru 
Digər fəaliyyəti

AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnsitutunun disssertasiya müdafiəsi üzrə Dissertasiya Şurasının Sədri,  ”Azərbaycan Kimya jurnalı”nın baş redaktoru,  “Azərbaycan MEA-nın Məruzələri”, ”Azərbaycan MEA-nın Xəbərləri”, “Elm dünyası” jurnallarının, “ELM” qazetinin redaksiya şuralarının üzvü, Respublika Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının, Azərbaycan Res­pub­likası Narkomanlıga və Narkotik Vasi­tələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Azərbaycan Respub­likası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının üzvüdir.

AMEA Yüksək Texnoligiyalar Parkının Müşahidə Şurasının üzvü, AMEA Rəyasət Heyətinin nəzdində yaradılmış "Yalançı Elmə Qarşı Mübarizə Komissiyası"nın  sədridir.

Təltif və mükafatları 1. Kimya və kimya texnologiyası sahəsində SSRİ Lenin Komsomolu mükafatı laureatı-1983,

2. "Əməkdə fərqləndiyinə görə" medalı-1986,

3. “Azərbaycan Respublikasının Əməkdar müəllimi”-2000;

4. Azərbaycan MEA-nın Fəxri fərmanı-2010;

5. “Tərəqqi” medalı-2010; 

6. Müxtəlif təşkilatların diplomları, fəxri fərmanları və təşəkkürləri.

7. Beynəlxalq Sokrat Komitəsinin  “The Name in Science” mükafatına və  fəxri tituluna (2012), Avropa elm-sənaye konsorsiumunun (protokol № 29/04.06.2013) “Əmək və  biliklə” ordeninə  layiq bilinmişdir.   

İş yeri və ünvanı AMEA-nın Rəyasət Heyəti, Kimya Elmləri Bölməsi, AZ1001, Bakı şəh., İstiqlaliyyət kuç., 30

AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Bakı ş., Az1143, H.Cavid pr.113

Vəzifəsi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,

Kimya Elmləri Bölməsinin akademik-katibi,

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru
Xidməti tel.

(+994 12) 4921556;

(+994 12) 4925710;

(+994 12) 5399382; 

Mobil tel .  
Ev tel.  
Faks (+994 12) 5108593,

(+994 12) 4921556

Elektron poçtu dtagiyev@rambler.ru