Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi, g.-.m.e.d. Muxtar Rüstəmovun “Aralıq dənizi qurşağının Xəzər-Qafqaz seqmentinin fanerozoy geodinamikası və maqmatizmi” monoqrafiyası rus dilində çapdan çıxıb.
Nəşr Fanerozoy dövrünün 500 milyon illik tarixində Xəzər-Qafqaz seqmentində geodinamika və maqmatizm proseslərinin qarşılıqlı əlaqəsinə və təkamülünə həsr olunan yeganə monoqrafiyadır. Əsərdə geodinamika və maqmatizm proseslərində qarşılıqlı əlaqənin aşkar olunması nəticəsində müxtəlif petrokimyəvi seriyalı effuziv və intruziv komplekslərin zaman və məkan daxilində təzahürlərinin qanunauyğunluğu izah olunur.
Fundamental əsərin son fəsli geodinamika və maqmatizmin qarşılıqlı əlaqəsi üzrə hərtərəfli tədqiqatların elmi-tətbiqi əhəmiyyətinə həsr edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.