Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Seminarda nəzarət nöqtələrinin optimallaşdırılması ilə sintez idarəetmə məsələlərindən bəhs olunub
20.02.2019 14:45
  • A-
  • A
  • A+

Seminarda nəzarət nöqtələrinin optimallaşdırılması ilə sintez idarəetmə məsələlərindən bəhs olunub

Riyaziyyat və Mexanika İnstitutunda növbəti ümuminstitut seminarı keçirilib.

Seminarda İdarəetmə Sistemləri İnstitutunun Determinik sistemlərdə qərar qəbuletmənin ədədi üsullаrı laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Kamil Aydazədə “Paylanmış parametrli sistemlərdə nəzarət nöqtələrinin optimallaşdırılması ilə sintez idarəetmə məsələsi” mövzusunda məruzə edib.

Məruzədə istilik daşıyıcısı üçün qapalı sistemdə istiliyin verilməsini təmin edən qızdırılma aparatının optimal idarə olunması məsələsindən bəhs olunub. Bildirilib ki, aparatın ayrı-ayrı nöqtələrində quraşdırılmış ölçü cihazları vasitəsilə prosesin vəziyyəti haqqında daxil olan informasiyaya görə idarəetmənin cari qiyməti müəyyən olunur. İdarəetmə prosesinin riyazi modeli birinci tərtib yüklənmiş hiperbolik tənliklə təsvir olunur. Məsələdə sintez idarəetmə parametrləri, müşahidə nöqtələrinin yerləri və onların sayı optimallaşdırılır.

Məruzə ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad 

  • Paylaş: