Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın Elmi Nəşriyyat Şurası fəaliyyətini genişləndirir
22.11.2018 16:29
  • A-
  • A
  • A+

AMEA-nın Elmi Nəşriyyat Şurası fəaliyyətini genişləndirir

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Nəşriyyat Şurasının iclası keçirilib.

İclasda şuranın sədri, bu elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov nəşriyyat şurasının fəaliyyəti, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Bildirilib ki, son illərdə AMEA rəhbərliyinin diqqət və qayğısı nəticəsində müvafiq sahədə müəyyən uğurlu addımlar atılıb. Bu addımlardan biri də AMEA-nın institutlarında işıq üzü görən jurnalların bugünkü vəziyyətinin araşdırılması, dünyada elmi jurnallara qoyulan tələblərin müəyyənləşdirilməsi, ilkin müqayisəli təhlillərin aparılması və nəşrlərin müasir tələblərə uyğunlaşdırılması üçün səmərəli təkliflərin hazırlanmasıdır.

Alim qeyd edib ki, “Azərbaycan riyaziyyat jurnalı”, “Riyaziyyat və Mexanika İnstitutunun əsərləri”, “Kimya problemləri” və “Neft kimyası və neft emalı prosesləri” jurnallarının “Web of Science”ın ilkin bazasına daxil edilməsi AMEA rəhbərliyinin bu sahəyə diqqət və qayğısının nəticəsidir.

Jurnallara baxış və məsul katiblərlə görüş zamanı mövcud çatışmazlıqlar da diqqətə çatdırılıb. Nəşriyyat şurasının fəaliyyətinin müasir tələblərə uyğun qurulmasının və elmi uğurların dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi vurğulanıb.

İclasda akademiklər Ramiz MəmmədovŞahin Mustafayev, AMEA-nın müxbir üzvləri Əminağa SadıqovRamiz AlıquliyevDadaş Hüseynov və başqaları çıxış edərək təklif və tövsiyələrini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: