Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Ukraynalı alimlər AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi ilə tanış olublar
08.09.2017 11:44
  • A-
  • A
  • A+

Ukraynalı alimlər AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi ilə tanış olublar

Ukraynanın Elm və Texnologiya Mərkəzinin əməkdaşları Yuliya Dmitriyeva və Vlada Paşinska AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində olublar. 

Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə keçirilən görüşdə iki qurum arasında əməkdaşlıq perspektivləri, kadr və təcrübə mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, bir sıra təkliflər səsləndirilib.

Görüşdə, həmçinin "Qafqaz kəsilişi" və “Ukrayna” layihələri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: