Respublika Seysmoloji Xidmət Mərkəzi

 

Veb-sayt www.seismology.az 
Ünvan AZ1001, Azərbaycan Respublikası, Bakı şəhəri, Nigar Rəfibəyli küç., 25 
Tel.

(+994 12) 4923437

Faks   (+992 12) 4923165
Elektron poçtu seys@azeurotel.com 
Direktor

Yetirmişli Qurban Cəlal oğlu 

Tel.: (+994 12) 4923437

E- poçt: seys@azeurotel.com

Direktor müavinləri

Rzayev Azay Qurbətoviç

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru

elmi məsələlər üzrə

Tel.: (+994 12) 4923165

E- poçt: azay_r@yahoo.com

İsgəndərov Ramiz İman oğlu 

istehsalat işləri üzrə

Tel.: (+994 12) 4977491

Mobil tel: (+994 50 ) 2230695

Elmi katib

İbrahimova Lalə Ağadadaş qızı

Tel.: (+994 12) 4923059

Mobil tel: (+99455)  4555553

E-poçt: ibrahimova1970@list.ru

Baş mühəndis

Muradov Rauf Bazerqau oğlu

Tel: (+994 12) 4970646

E-poçt: raufmuradov208@gmail.com

Yaranma tarixi 

1979-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarına və Milli Elmlər Akademiyasının sərəncamına əsasən AMEA Geologiya və Geofizika İnstitutunda “Geofizika” Elmi Mərkəzində Təcrübi-Metodiki Geofizika Partiyası yaradılmışdır. 

1980-ci ildə isə bunun əsasında Təcrübi - Metodik Geofizika Ekspedisyası təşkil edilmişdir. Ekspedisyaya AMEA-nın müxbir üzvü, geologiya-minerologiya elmlər doktoru Arif Həsənov rəhbərlik etmişdir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.09.1998-ci il tarixli 179 saylı qərarı və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 17.12.1998-ci il tarixli 22/2 saylı qərarları ilə MGE-yə 1999-cu ildən AMEA - nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi statusu verilmişdir. 

Əsas fəaliyyət istiqamətləri

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində tədqiqatlar üç istiqamətdə aparılır: Seysmologiya, geofizika və geokimyəvi tədqiqatlar

Seysmoloji tədqiqatlar 35 telemetrik seysmik stansiyalardan və 6 stasionar stansiyalardan ibarət müşahidə şəbəkəsi vasitəsi ilə aparılır. Bu istiqamət üzrə aparılan tədqiqatlar zamanı respublika ərazisinin seysmikliyinin, zəlzələlərin kinematik və dinamik parametrlərinin öyrənilməsi, seysmik rejim, zəlzələ episentrlərinin paylanması qanunauyğunluğu, ocaq zonalarındakı seysmik proseslərin dinamikası tədqiq edilir, dərinlik qırılmalarının aktiv hissələri müəyyənləşdirilir və bu sahələrdə mümkün maksimal güclü zəlzələlərin intensivliyi qiymətləndirilir. Surət modeli tərtib olunur, seysmik tomoqrafiya tədqiqatları aparılır,  zəlzələ ocaqlarının mexanizmi öyrənilir, böyük şəhərlərin seysmik riski qiymətləndirilir  və  seysmik rayonlaşdırma, mikrorayonlaşdırma işlərinin aparılması iri tikinti obyektləri sahələrinin seysmikliyi tədqiq edilir.

Geofiziki istiqamət üzrə aparılan tədqiqatlar zamanı sahələrdəki seysmoanomal effektlərin təzahürü strukturları və xüsusiyyətlərinin kompleks araşdırılması həyata keçirilir. Geofiziki stansiyalar şəbəkəsi vasitəsilə  ( 6 geofiziki stansiya) geomaqnit sahəsi gərginliyinin, ağırlıq qüvvəsi və qravitasiya potensialin ikinci törəməsinin variasiyaları öyrənilir.

Geokimyəvi sahələrdəki seysmoanomal effektlərin təzahürü strukturları və xüsusiyyətlərinin kompleks tədqiqi geokimya bölməsi məşğul olur. Respublikanın seysmoaktiv bölgələrində  ( 6 geokimyəvi stansiya) geokimyəvi sahənin hidro-, qazo- və radiokimyəvi komponentləri analiz olunur. Bu işlər seysmogen zonaların deformasiya – gərginlik vəziyyətini qiymətləndirməyə və seysmogen sahələrdə  olan zəlzələdən öncə anomal xəbərverici effektləri aşkarlamaga imkan verir. 

Əsas elmi nəticələr

1.İlk dəfə Azərbaycan ərazisində eninə dalğaların polyarizasiyasının parametrlərinin çoxkanallı qeyd olunan telemetrik stansiyaların məlumatları əsasında qiymətləndirilmə üsulu öyrənilmişdir ki, bu da eninə dalğaların nöqtələrinin trayektoriyasının öyrənilməsinə, onların müxtəlif dərinliklərdə istiqamətlərinin dəyişdirilməsinin təhlil edilməsinə və geoloji mühitin mürəkkəb quruluşunda eninə dalğaların təyin edilməsinin effektivliyinin artırılmasına imkan yaradır.

İcraçılar:(g.-m.e.d.Q.C.Yetirmişli, geologiya -minerologiya üzrə fəlsəfə doktoru I.E.Kazımov)

2.İlk dəfə Azərbaycanın telemetrik stansiyaları şəbəkəsinin məlumatları əsasında Orta Kür çökəkliyində müşahidə məntəqələrində P və S dalğalarının gəlmə vaxtlarına düzəlişlər verməyə və zəlzələ hiposentrlərinin koordinatlarının təyinini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verən yer qabığının ədədi sürət modeli tərtib olunmuşdur.

İcraçılar:(g.-m.e.d.Q.C.Yetirmişli, geologiya -minerologiya üzrə fəlsəfə doktoru S.E.Kazımova)3.   İlk dəfə olaraq elektron məlumat bazası əsasında geofiziki sahələrin parametrlərinin kompleks interpretasiyası, nəticələrin qrafiki, 3D formatında vizuallaşdırılması, modellərin qurulması və geofiziki sahələrdə seysmoanomal effektlərin aşkarlanmasına imkan verən proqram paketi yaradılmışdır.
Icraçı: g.-m.e.d. Q.C.Yetirmişli, geologiya -minerologiya üzrə fəlsəfə doktoru T.B.Əsədov

4. Geomaqnit sahəsinin parametrlərinin analizi əsasında Azərbaycanın seysmogen zonalarında (Böyük Qafqaz və Talış zonası) zəlzələlərin baş verə biləcək zonaları müəyyən edilmişdir və bu həmin zonalarda seysmik aktivliyin senarisinin inkişafını izləməyə imkan verdi.

İcraçılar:(g.-m.e.d.Q.C.Yetirmişli, f.-r.e.n. A.Q.Rzayev)

5. İlk dəfə Azərbaycan seysmotelemetrik stansiyaların məlumatları əsasında instrumental üsulu ilə, Lökbatan palçıq vulkanının 3 səviyyəli püskürmə prosesi qeyd olunub. Hər bir püskürməyin davamlığı, dərinliyi və ayrılan enerjisi təyin olunub.

İcraçılar:(g.-m.e.d.Q.C.Yetirmişli,g.-m.f.d. S.E.Kazımova)

6. Azərbaycan seysmotelemetrik stansiyaların məlumatları əsasında, ocaq mexanizmlərinin məlumat bazası yaranıb (M≥2,5) və respubllika ərazisinin ayrı-ayrı seysmogen zonalarında seysmotektonik deformasiyaların xüsusiyətləri müəyyən olunub.

İcraçılar:(g.-m.e.d.Q.C.Yetirmişli,g.-m.f.d. S.E.Kazımova)

7. Seysmogeokimyəvi və seysmik sahələrin çoxillik monitorinqi nəticəsində ilk dəfə olaraq Şamaxı-İsmayıllı seysmogen zonasında geokimyəvi parametrlərin kombinasiyaları əsasında mikrobloklar müəyyən olunmuş və zəlzələ qabağı zaman təyin edilmişdir.

İcraçılar:(g.m.e.d.R.A.Kərəmova,P.A.Abdulrazaqova, Y.N.Kudryavtseva) 
İşçilərinin ümumi sayı 403
Struktur bölmələri

Seysmologiya

Makroseysmik tədqiqatlar şöbəsi

Zəlzələlərin tədqiqatı bürosu

Zəlzələ ocaqlarının dinamikası şöbəsi

Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma şöbəsi

Geodinamika şöbəsi

Seysmoloji materialların təhlili və təfsiri şöbəsi 

Episentral şöbə

Qravimetriya şöbəsi 

Elmi əlaqələr şöbəsi

Maqnitometriya şöbəsi 

Kompleks geokimyəvi tədqiqatlar şöbəsi

Seysmoloji və geofiziki tədqiqatların elmi araşdırılması şöbəsi 

İnstrumental şöbə 

Geoekologiya şöbəsi

Elmi şura

-       sədr

-       katib

-       üzvləri



g.-m.e.d.Q.C.Yetirmişli

L.A.İbrahimova

F.Ə.Qədirov - akademik, g.-m.e.d.,professor

P.Z.Məmmədov - akademik, g.-m.e.d.,professor

H.H.Quliyev - akademik, g.-m.e.d.,professor

Ş.A.Balakişibəyli - g.-m.e.d.,professor

M.İ.İsayeva - g.-m.e.d.,professor

A.A.Əliyev - g.-m.e.d.,professor

Ç.S.Əliyev - g.-m.e.d.,professor

R.A.Kərəmova - g.-m.e.d.

T.Y.Məmmədli - g.-m.e.d.

A.Q.Rzayev - f.-r.f.d.

R.B. Muradov-t.e.f.d, dosent

T.B.Əsədov -  g.-m.f.d.

E.S.Qaravəliyev - g.-m.f.d.

T.X.Əliyev - t.e.f.d., dosent

İ.E.Kazımov -  g.-m.f.d.

S.E.Kazımova - g.-m.f.d. 

Gənc alimlər və mütəxəssislər şurası

-       sədr

 -      sədr müavini

-       katib

-       üzvləri

Fərəcov Vüqar Əliş oğlu

Əkbərov Elşən Rəşid oğlu

Piriyeva Lalə Vaqif qızı

Kazımova Səbinə Eldar qızı    

Kazımov İlyas Eldar oğlu

Cəfərov Telman İmran oğlu

Zeynalov Mahir Güloğlan oğlu

Məmmədov Şahin Ağamirzə oğlu

Yaqubova Lalə Azər qızı

Ağalı Fehruz Süleyman oğlu

Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         katib

-         büro üzvləri

Quliyeva A.B. 

İsgəndərov R.İ.

Əhmədova H.B.

Fəttahova L.T.
Fərəcov V.Ə.
Məmmədova K.N.  
İctimaiyyətlə əlaqələrə məsul şəxs Hüseynova Vüsalə Rafiq qızı  
Elmlər doktorları 
Fəlsəfə doktorları