www.science.az
29.09.2016 12:06

“Dekorativ bitkilər və onlara qulluq qaydaları” kitabı nəşr olunub

AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının “Dekorativ bitkilər və onlara qulluq qaydaları” kitabı nəşr olunub.

Yeni nəşr dekorativ ağacları, gülləri və otaq bitkilərini becərmək istəyənlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabda qeyd olunub ki, respublikamızın torpaq və iqlim şəraiti əksər bitkilərin becərilməsi və onlardan yüksək məhsul alınmasına böyük imkan verir. Bitkinin köklənməsi qışda uzun müddətə əmələ gəlir. Bunun üçün son zamanlar bir çox boy maddələri sintez olunub. Məqsəd bitkiçiliklə məşğul olan insanlara boy maddələrindən düzgün istifadə qaydasını göstərməkdir.

Neft-Kimya Prosesləri İnstitutunda neft turşularının yüksək dərəcədə təmizlənməsinin həyata keçirilməsini nəzərə alaraq, ilkin olaraq neft turşuları əsasında stimullaşdırıcıların alınması istiqamətində işlər aparılır. Bu turşular əsasında sintez olunan stimullaşdırıcılar kitabda göstərilən əksər bitkilər üzərində tətbiq olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.