Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kimyaçı alimlərin beynəlxalq tədqiqatlarının nəticəsi xarici jurnalda dərc olunub
16.05.2021 11:57
  • A-
  • A
  • A+

Kimyaçı alimlərin beynəlxalq tədqiqatlarının nəticəsi xarici jurnalda dərc olunub

AMEA-nın Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayevin Bakı Dövlət Universitetinin, eləcə də Türkiyənin Atatürk və Bartin universitetlərindən olan həmkarları ilə birlikdə növbəti məqaləsi impakt faktorlu “Organic Communications” adlı nüfuzlu jurnalda işıq üzü görüb.

Sözügedən məqalə ilk dəfə yeni enamin və pirrol törəmələrinin sintezi, quruluşunun müfəssəl X-ray tədqiqi və karbon anhidrazı, asetilxolinesteraza, butirlxolineseteraza və α-glikozidaz ferment inhibitorları üzərində bioloji fəallığının öyrənilməsinə həsr olunub. Geniş tədqiqatlardan məlum olub ki, bu yeni birləşmələr epilepsiya, Alzheimer, nevroloji, şəkərli diabet, mədə və onikibarmaq bağırsaq xoraları, qlaukoma kimi qlobal xəstəliklərin müalicəsi üçün məqbul, potensial dərman maddələri ola bilər.

Qeyd edək ki, “Organic Communications ” jurnalı “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarına daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: