Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Neft və Qaz İnstitutu müsabiqə elan edir
12.02.2021 12:59
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutu müsabiqə elan edir

AMEA-nın Neft və Qaz İnstitutu vakant vəzifələrin tutulması üçün müsabiqə elan edir.

Vakant yerlər müəssisənin Lay sistemlərinin hidroqazdinamikası şöbəsi üzrə böyük elmi işçi, elmi işçi, Müasir qazmanın nəzəri və tətbiqi problemləri şöbəsi üzrə aparıcı elmi işçi və elmi işçi vəzifələrinin hər birinə 1 yerdir.

Müsabiqədə iştirak etmək üçün “Neft-qaz yataqlarının işlənməsi və istismarı“ və “Quyuların qazılması” ixtisasları üzrə mütəxəssislər müraciət edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində təqdim edilməlidir.

Ünvan: Bakı şəh., F.Əmirov küç., 9

Tel.: (+994 12) 4981283 (Şəlalə Hüseynova, elmi katib)

E-mail: huseynova_shalala@yahoo.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: