Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kimyaçı alimlərin yeni monoqrafiyası çapdan çıxıb
29.12.2020 14:36
  • A-
  • A
  • A+

Kimyaçı alimlərin yeni monoqrafiyası çapdan çıxıb

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları - mərhum alim Ziyafəddin Əsədov, kimya elmləri doktoru, dosent İlhamə Zərbəliyeva və böyük elmi işçi Aygül Əbilova tərəfindən yazılmış “Təbii  triqliseridlər, (etanol) aminlər və ortofosfat turşusu əsasında yeni səthi-aktiv maddələr” adlı monoqrafiya nəşr olunub.

Sözügedən monoqrafiya, səthdən nazik neft təbəqələrini iki yolla, yəni neftyığma mexanizminə görə və ya neft təbəqəsinin dağılması ilə nəticələnəcək yeni səthi-aktiv maddələrin sintezi və tədqiqi ilə bağlı materialları əhatə edir. Bu reagentlərin quruluş problemləri, ümumi xüsusiyyətləri və ən vacib fiziki-kimyəvi parametrləri, o cümlədən səthi-aktiv xassələri araşdırılır. Yuxarıda göstərilən reagentlərin neftyığıcı və neftdispersləyici qabiliyyətlərinin ətraflı öyrənilməsinin nəticələri təqdim olunur.

Monoqrafiya geniş miqyasda elm sahəsinin mütəxəssisləri, o cümlədən doktorant və magistrantlar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: