Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanlı alimlər İslam dünyasının coğrafiyaçılar konqresində iştirak ediblər
24.12.2020 12:54
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər İslam dünyasının coğrafiyaçılar konqresində iştirak ediblər

AMEA-nın Coğrafiya İnstitutu Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. dos Etibar Bədəlov və Tibbi coğrafiya şöbəsinin kiçik elmi işçisi Turanə Hüseynova İslam dünyasının VI beynəlxalq coğrafiyaçılar konqresində iştirak ediblər.

Xarəzmi Universitetində onlayn keçirilən tədbir Islam ölkələrinin coğrafiyası, mühiti və iqtisadiyyatının xüsusiyyətlərinə həsr olunub. E.Bədəlov konqresdə T.Hüseynova ilə birgə “İslam ölkələrində urbanizasiya və demoqrafik inkişaf” mövzusunda məqalə ilə çıxış edib.

Məqalədə İslam ölkələrində şəhər məskunlaşmasının inkişafı və formalaşması, son illərdə urbanizasiya proseslərinin dinamikası, aqlomerasiya və meqalopolislərin demoqrafik inkişafı, ölkə və regionlar üzrə yerləşməsi təhlil edilib. Ölkələrin və onların yerləşdiyi regionların demoqrafik inkişaf xüsusiyyətləri, o cümlədən əhalinin artım tempinin inkişafı, əhalinin təbii artım, doğum və ölüm prosesləri araşdırılıb. Müsəlman ölkələrində demoqrafik problemlərin həlli yolu üçün İslami norma və dəyərlərə uyğun həyata keçirilməsi tövsiyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: