www.science.az
26.11.2020 16:13

Azərbaycanlı alimin məqaləsi beynəlxalq jurnalda dərc olunub

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Funksional analiz şöbəsinin elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Namiq Quliyevin müəllifi olduğu məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılan “Operators and Matrices” jurnalında çapdan çıxıb.

“Simmetrik operatorların genişlənmələri haqqında” adlı məqalədə Hilbert fəzasında təyin oblastı hər yerdə sıx və defekt indeksi (1,1) olan qapalı simmetrik operatorun bütün minimal öz-özünə qoşma genişlənmələrinin aşkar təsviri verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.