Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Torpaqşünas alim Rusiyada çıxan jurnalın redaksiya heyətinə üzv seçilib
24.11.2020 12:26
  • A-
  • A
  • A+

Torpaqşünas alim Rusiyada çıxan jurnalın redaksiya heyətinə üzv seçilib

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini, a.e.ü.f.d., dos. Qoşqar Məmmədov Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən “Beynəlxalq Kənd Təsərrüfatı Jurnalı”nın (“Международный Сельскохзяйствен­ный журнал”) redaksiya şurasının üzvü seçilib.

1957-ci ildən nəşr edilən jurnalda aqrar sənaye kompleksi sahəsində dünya elmində və praktikada baş verən yeni nailiyyətlər işıqlandırılır. Jurnal “Web of Science” (WOS) və e-Library.ru (RSCL) birgə platformasında xülasələndirilməklə Rusiyanın ən yaxşı jurnalları siyahısına daxil edilib.

Vəsait, həmçinin Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyasının resenziyalı nəşrlər siyahısına salınıb.

Qeyd edək ki, dosent Q.Məmmədovun jurnalın redaksiya şurasına üzv seçilməsi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşlarının, o cümlədən doktorantların, dissertantların və müvafiq sahə üzrə mütəxəssislərin məqalələrinin açıq nəşr edilməsində aktivliyin artmasına zəmin yaradacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: