Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Filosof alimin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqaləsi İordaniyada çap olunub
27.10.2020 12:29
  • A-
  • A
  • A+

Filosof alimin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqaləsi İordaniyada çap olunub

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, f.e.d, professor Sakit Hüseynovun "Dağlıq Qarabağ münaqişəsi və Ermənistan siyasi-hərbi hakimiyyətinin işğalçılıq siyasəti" adlı məqaləsi İordaniya Haşimilər Krallığının geniş oxucu kütləsinə malik "Neyruz" xəbər agentliyində nəşr edilib.

Alim məqaləsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi məsələlərə toxunub, həmçinin keçən əsrin 80-ci illərin sonundan etibarən ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi siyasi və hərbi təxribatlar haqqında həqiqətləri çatdırıb. Bununla yanaşı, məqalədə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırımı qeyd edib, habelə 1988-1993-cü illər ərzində erməni işğalı nəticəsində Azərbaycan Respublikasına dəymiş maddi və mənəvi zərərlər haqqında məlumatları paylaşıb.

Həmçinin BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçılıq addımlarını pisləyən dörd qətnaməsini (822, 853, 874, 884) qeyd edib və bu qətnamələrdəki işğal olunmuş Azərbaycan torpaqlarından erməni hərbi qüvvələrinin dərhal çıxarılması barəsində müddəaları vurğulayıb. S.Hüseynov BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların Qarabağ münaqişəsi ilə bağlı çıxardığı qərarların icra olunmadığını, buna rəğmən Ermənistan hakimiyyətinin işğalçılıq siyasətini davam etdirdiyini, dünya güclərinin bu məsələdə ikili standartlar tətbiq etməsi ilə bağlı problemləri qeyd edib.

Məqalənin sonunda Ermənistanın sentyabrın 27-dən etibarən Azərbaycanın müxtəlif şəhərlərinə (Gəncə, Tərtər, Naftalan, Mingəçevir və s.) hücum etməsi və bu hücumlar nəticəsində həlak olan və yaralanan dinc əhaliyə dəymiş maddi və mənəvi zərərlər haqqında məlumatlar ərəbdilli oxuculara çatdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: