Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.09.2020 16:29
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Rusiya Təbiətşünaslıq Akademiyasının həqiqi üzvü seçilib

Azərbaycanlı alim Rusiya Təbiətşünaslıq Akademiyasının həqiqi üzvü seçilib

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların meliorasiyası laboratoriyasının müdiri, aqrar elmlər doktoru, dosent Mustafa Mustafayev Rusiya Təbiətşünaslıq Akademiyasının (RTA) həqiqi üzvü seçilib.

Respublikada əldə olunan nailiyyətlərin xarici ölkələrdə təbliğində aktiv rol oynayan alim elm sahəsindəki xidmətlərinə və Rusiya Təbiətşünaslıq Akademiyası ilə fəal əməkdaşlığına əsasən akademik diplomuna layiq görülüb.

M.Mustafayev bu il RTA-nın 25 illiyi münasibətilə keçirilən konfrans, sərgi və müsabiqələrdə fəal iştirak edib. O, 2019-cu ildə Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü seçilib.

Qeyd edək ki, M.Mustafayev ilk dəfə Muğan-Salyan massivinin torpaqlarının müasir vəziyyətini kompleks tədqiqatlarla müəyyənləşdirib, ərazinin 1:200000 miqyasında duzluluq və deqradasiya xəritələrini hazırlayıb. Onun tədqiqatları əsasında suvarılan torpaqlarda su-duz balansı,  su-duz rejimi, onların proqnozunun verilməsi, duzların miqdarı və tipinin kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsirinin riyazi asıllığı və s. öyrənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: