Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev nüfuzlu jurnalın rəyçi sertifikatına layiq görülüb
22.07.2020 10:24
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev nüfuzlu jurnalın rəyçi sertifikatına layiq görülüb

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev elmi ekspertiza fəaliyyətinə görə “Applied Energy” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

“Elsevier” nəşriyyatında çap olunan yüksək impakt faktorlu jurnal enerjinin çevrilməsi və saxlanması, enerji resurslarından optimal istifadə, enerji proseslərinin analizi və optimallaşdırılması, ətraf mühitin çirklənməsinin azaldılması və dayanıqlı enerji sistemləri sahəsində innovasiya və araşdırmalar barədə informasiyanın təqdim olunması üçün forum rolunu oynayır.

Nüfuzlu nəşrdə orijinal məqalələr, texniki qeydlər və redaksiyaya məktublar dərc olunur. Jurnalın mövzusu innovativ texnologiyalar və bərpa olunan enerji mənbələrindən tutmuş, enerjidən ətraf mühitə təsirsiz və ya az təsirli istifadəyə qədər sahələri əhatə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: