Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  İnformasiya Texnologiyaları İnstitutu

İnformasiya Texnologiyaları İnstitutu

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Veb-sayt www.ict.az    
Ünvan AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 9A 
Tel. (+994 12) 5390167 
Faks (+994 12) 5396121 
Elektron poçtu secretary@iit.science.az
Baş direktor Rasim Məhəmməd oğlu Əliquliyev

Texnika elmləri doktoru, AMEA-nın həqiqi üzvü

Xidməti tel.: (+994 12) 5390167, 5103203

Mobil tel.:(+994 50) 2156432

Faks: (+994 12) 5396121

E-poçt: rasim@science.az,

director@iit.science.az

İcraçı direktor Rəşid Qurbanəli oğlu Ələkbərov

Texnika üzrə fəlsəfə doktoru, dosent 

Xidməti tel.: (+994 12) 5102968

Mobil tel.: (+994 50) 3136196

Faks: (+994 12) 5396121

E-poçt: t.direktor_muavini@iit.science.az 

Direktor müavini Ümumi işlər üzrə

Şakir Ağacan oğlu Mehdiyev

Xidməti tel.: (+994 12) 5399693

E-poçt: manager@iit.science.az

Direktor köməkçisi Mahmud Rüstəm oğlu Vəlibəyov
Tel.: (+994 12) 5397213
E-mail: m.valibayev@iit.science.az 
Elmi katib Nərmin Ağəli qızı Adıgözəlova

Xidməti tel.: (+994 12) 5102760

E-poçt: elmi_katib@iit.science.az,

scientific_secretary@iit.science.az

Yaranma tarixi  İnstitutun əsasını 1971-ci ildə AMEA Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsi (AİS Şöbəsi) təşkil edir. 1982-ci ildən AİS Şöbəsi sərbəst hüquqi şəxs kimi fəaliyyət göstərir. 1997-ci ildə AİS Şöbəsinin əsasında İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi (İTEM) yaradılmışdır. 21 may 2002-ci ildə İTEM-nin əsasında İnformasiya Texnologiyaları İnstitutu təşkil olunmuşdur. 
Əsas fəaliyyət istiqamətləri
  • İnformasiya cəmiyyətinin elmi-nəzəri problemlərinin araşdırılması
  • İnformasiya mədəniyyətinin formalaşması problemləri
  • İnternetin tənzimlənməsi problemləri
  • İnformasiya təhlükəsizliyinin təmin olunması problemləri
  • Virtual məkanda Azərbaycan dilinin tətbiqi problemləri
  • E-dövlətin formalaşması problemləri
  • E-elmin formalaşması problemləri
  • Biometrik texnologiyalarının araşdırılması
  • İnformasiya və bilik iqtisadiyyatının formalaşması problemləri
  • İnternetşünaslığın formalaşmasının müxtəlif aspektli problemləri
  • Superkompüter texnologiyalarının (bulud, grid və s.) çoxaspektli problemləri
  • Sosial şəbəkələrin aşkarlanması, analizi və idarə olunması  problemləri
  • İnternet-coğrafiyanın formalaşması problemləri
  • İnformasiya müharibəsi texnologiyalarının araşdırılması
  • Elektron tullantıların ekoloji və sosial-iqtisadi problemləri
  • Elmmetriyanın formalaşması və inkişafı problemləri
  • Terminoloji informatikanın formalaşması problemləri
  • Elektron tibbin formalaşması problemləri
  • Böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri 
Əsas elmi nəticələr
  • Kompüter şəbəkələrində paylanmış informasiya emalı sistemlərinin layihələndirmə modelləri və metodları, kompüter şəbəkəsi mühitində paylanmış virtual hesablama mühitlərinin  (superkompüter və Cloud Computing) sintezi və təhlükəsizliyi üçün metodlar, alqoritmlər və arxitektur-texnoloji prinsiplər, audioinformasiyanın paylanmış emalı sistemlərinin sintezi üçün metod və alqoritmlər işlənmişdir.
  • Yeni informasiya texnologiyaları əsasında müəyyən sinif xüsusi təyinatlı aparatların uçuş informasiyasının operativ emalı və intellektual təhlili sistemi hazırlanmış, uçuş aparatlarının qurğularının diaqnostikası üçün metod və alqoritmlər işlənmişdir.
  • Qlobal kompüter şəbəkələrinin kommunikasiya resurslarının virtuallaşması, onların qlobal vəziyyətinin qiymətləndirilməsi və müxtəlif meyarlara əsasən səmərəlilik göstəricilərinin optimallaşdırılması üçün modellər, P2P texnologiyası əsasında qlobal şəbəkə mühitində informasiya mübadiləsinin optimal idarə edilməsi, CDN texnologiyasının köməyilə nizamsız struktura malik informasiya fəzalarının optimal strukturlaşdırılması, dinamiki formalaşan intellektual kontent-serverlər şəbəkəsinin sintezi üçün optimallaşdırma modelləri və alqoritmləri işlənmişdir.
  • E-dövlətin idarə edilməsində əks əlaqə mexanizmi kimi GIS texnologiyalar və informasiya fəzasının kontent analizi metodları təklif edilmiş,  e-dövlətin informasiya təhlükəsizliyinin təmin olunması və idarə edilməsi, e-dövlət mühitində informasiya axtarışı, emalı və sənəd dövriyyəsi sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədilə mətn tipli sənədlərin intellektual analizi üçün modellər və alqoritmlər işlənmişdir. E-dövlətin tərkib hissəsi olan e-elmin formalaşmasının, idarə edilməsi, qiymətləndirilməsi, informasiya təhlükəsizliyinin təmin edilməsi üçün modelləri və metodlar təklif edilmişdir.
  • Veb analitika sahəsində mühüm nəticələr alınmışdır. Belə ki, İnternetdən istifadənin intellektual analizi və İnternet axtarış sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, veb sistemlərin təhlükəsiziliyinin təmin olunması, veb-də müxtəlif təbiətli sosial şəbəkələrinin aşkarlanması və analizi üçün yanaşma, metod və alqoritmlər, veb-resursların ccTLD və gTLD domen göstəricilərinə görə təsnifatının aparılması, onlar arasında coğrafi və semantik əlamətlərə əsasən informasiya münasibətlərinin müəyyənləşdirilməsi, informasiya idxalı və ixracı həcminin qiymətləndirilməsi, statistikasının aparılması üçün konseptual model və indikatorlar sistemi təklif olunmuşdur.
  • Korporativ şəbəkələrin informasiya təhlükəsizliyinin dayanıqlığını təmin edən adaptiv virtual xüsusi şəbəkələrin sintezinin elmi-nəzəri, metodoloji və arxitektur əsasları işlənib hazırlanmış, adaptiv şəbəkələr üçün dəyər və zaman göstəricilərinə görə paylanmış optimal autentifikasiya sistemi işlənmiş və korporativ şəbəkələrdə aktiv təbiətli təhlükələrlə mübarizə vaxtı qərarların qəbul edilməsinin nəzəri-oyun modeli təklif olunmuşdur. Həmçinin kompüter şəbəkələrinin informasiya təhlükəsizliyinə olan təhlükələrin aşkarlanması, informasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsi və idarə olunması üçün modellər təklif edilmişdir.
  • Ad hoc və sensor şəbəkələrin sintezi və onların xidmət keyfiyyəti göstəricilərinin yaxşılaşdırıl-ması üçün modellər, metodlar, alqoritmlər və protokollar işlənmişdir.
  • Elektron imza infrastrukturunun yaradılması üçün sonlu meydanlar üzərində elliptik əyrilər əsasında kriptoqrafik metod və alqoritmlər işlənmişdir. Biometrik eyniləşdirmə sistemlərinin yaradılması və onların təhlükəsizliyinin qiymətləndirilməsi, biometrik şablonların mühafizəsi və biometrik sensorların interoperabelliyinin təmin edilməsi üçün bir sıra metod və alqoritmlər, biometrik texnologiyaların və asimmetrik kriptoqrafik sistemlərin praktiki üstünlükləri birləşdirilməklə biometrik kriptosistemlərin sintezi metodları təklif edilmiş, fotoportretlər əsasında insan sifətinin tanınması üçün metod və alqoritmlər işlənmişdir.
  • Qeyri-səlis relyasion strukturlu biliklərin emalı texnologiyasının metodları və alqoritmləri işlənmiş, qeyri-səlis məntiqin tətbiqi ilə əmək bazarında İKT mütəxəssisləri seqmentinin təhlili aparılmış, İKT mütəxəssislərə tələb və təklifin formalaşdırlması prinsipləri və qarşılıqlı münasibətlərinin funksional modelləri təklif edilmiş, təşkilatda insan resursunun idarə olunmasında qərarların qəbulunun intellektual dəstəklənməsi üçün qeyri-səlis məntiq və qərarların qəbulu nəzəriyyələrinə əsaslanan metodlar işlənmişdir.
  • İnformasiya cəmiyyətində bazar iqtisadiyyatının transformasiyası məsələləri araşdırılmış, İKT-yə və biliklərə əsaslanan iqtisadiyyatın inkişaf səviyyəsinin qiymətləndirilməsi metodologiyasının əsasları işlənmiş, Azərbaycanda informasiya iqtisadiyyatının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təkliflər verilmişdir. 
İşçilərinin ümumi sayı 400
Struktur bölmələri 1 saylı şöbə
2 saylı şöbə
3 saylı şöbə
4 saylı şöbə
5 saylı şöbə
6 saylı şöbə
Beynəlxalq əlaqələr şöbəsi
8 saylı şöbə
9 saylı şöbə
10 saylı şöbə
11 saylı şöbə
12 saylı şöbə
13 saylı şöbə
15 saylı şöbə
16 saylı şöbə
17 saylı şöbə
18 saylı şöbə
Tədris-İnnovasiya Mərkəzi
Təhsil şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi

Elmi şura

-       sədr

-       katib

-       üzvləri

 

Rasim Əliquliyev

Mədinə Səidova

Əli Abbasov
Rəşid Ələkbərov
Təhmasib Fətəliyev
Məkrufə Hacırəhimova
Rəna Qasımova
İradə Ələkbərova
Yadigar İmamverdiyev
Ramiz Şıxəliyev
Cavid Ağaşov
Səyyar Abdullayev
Bikəs Ağayev
Əlövsət Əliyev 
Tofiq Kazımov
Şəfəqət Mahmudova
Rəsmiyyə Mahmudova
Firudin Ağayev
Şakir Mehdiyev
Ramiz Alıquliyev
Məsumə Məmmədova
Zərifə Cəbrayılova
Gülnarə Nəbibəyova
Əfruz Qurbanova
Anar Səmidov
Kəmalə Haşımova
Fərhad Yusifov
Sabirə Allahverdiyeva
Babək Nəbiyev
Rasim Mahmudov
Nərmin Adıgözəlova 
Gənc alimlər və mütəxəssislər şurası

-       sədr

-       katib

-       üzvləri

 

Nərmin Adıgözəlova

Məmməd Həşimov

Fərqanə Abdullayeva
Səbinə Kərimova
Tünzalə Əliyeva
Zülfiyyə Hənifəyeva
Marina Məmmədova
Oqtay Ələkbərov
Tural Mustafayev
Babək Nəbiyev
Lyudmila Suxostat
Orxan Mehdiyev 
Dissertasiya şurası

 

 

-       sədr

-       sədr müavini

 -       üzvləri









 

 

 

 

 

 

-       sədr

 

-       elmi katib

 

 -       üzvləri

3338.01 -  “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə


texnika elmləri doktoru, professor Əliyev Ələkbər Əli Ağa oğlu 

texnika elmləri doktoru, professor Ağayev Nadir Bafadin oğlu

texnika elmləri doktoru, professor Babayev İqbal Alıcan oğlu 

texnika üzrə fəlsəfə doktoru, dosent Cəbrayılova Zərifə Qasım qızı  

texnika üzrə fəlsəfə doktoru, dosent Ələkbərov Rəşid Qurbanəli oğlu 

texnika elmləri doktoru, Mütəllimov Mütəllim Mirzəəhməd oğlu  

texnika elmləri doktoru, professor Süleymanov Akif Şamil oglu 

3339.01 – “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor Əliquliyev Rasim Məhəmməd oğlu 

texnika üzrə fəlsəfə doktoru, dosent Şıxəliyev Ramiz Hüseyn oğlu 

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor Abbasov Əli Məmməd oğlu  

AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Alıquliyev Ramiz Məhəmməd oğlu 

AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Əliyev Fikrət Əhmədəli oğlu 

texnika üzrə fəlsəfə doktoru, dosent İmamverdiyev Yadigar Nəsib oğlu 

AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məmmədova Məsumə Hüseyn qızı

Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         katib

-         büro üzvləri

 

Səyyar Abdullayev

Fərhad Yusifov

Fətəliyev Təhmasib

Səmidov Anar

Məcidova Təranə

Cəbrayılova Zərifə

Əsgərov Firudin

Elmlər doktorları 
Fəlsəfə doktorları