Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının diplomu və fəxri döş nişanı alimlərə təqdim olunub
02.07.2020 13:34
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının diplomu və fəxri döş nişanı alimlərə təqdim olunub

Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, 2020-ci il üçün elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatı AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, həmin müəssisənin laboratoriya rəhbərləri, fizika elmləri doktorları Nadir Abdullayevİmaməddin Əmiraslanov və böyük elmi işçi Ziya Əliyevə verilib. Alimlər “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri” mövzusunda elmi məqalələr toplusuna görə bu mükafata layiq görülüblər.

İyulun 1-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Dövlət Mükafatı laureatının diplomu və fəxri döş nişanını alimlərə təqdim edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: