Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu pandemiya dövründə öz fəaliyyətini uğurla davam etdirib
24.06.2020 10:27
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu pandemiya dövründə öz fəaliyyətini uğurla davam etdirib

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun (KQKİ) əməkdaşlarının 2020-ci ilin birinci yarısındakı fəaliyyəti qənaətbəxş olub.

Belə ki, elmi-tədqiqat planına uyğun olaraq aparılan araşdırmaların nəticəsi əsasında 30-a yaxın məqalə hazırlanaraq yerli və xarici jurnallara göndərilib. Bundan əlavə, sözügedən müəssisənin alimlərinin 50-yə yaxın (30-u respublikada, 20-si xaricdə) məqaləsi dərc olunub. Dərc olunan məqalələrdən 18-i “Web of Science“ bazasına daxil olan impakt faktorlu jurnallarda (“Quantum materials”, “APL materials”, “Journal of organometallic chemistry”, “Journal of molecular liquids”, “Journal of physics D-applied physics”, “Semiconductors” və s.) yer alıb. Dünya alimləri tərəfindən həmin məqalələrə 400-ə yaxın istinad edilib.

Eyni zamanda, KQKİ-nin əməkdaşları xarici və respublika konfranslarına ümumilikdə 50-dən yuxarı tezis təqdim ediblər və iki beynəlxalq onlayn konfransda məruzə ilə çıxış ediblər. Bu dövrdə müəssisəyə Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən 2 patent  verilib.

İnstitutda fəaliyyət göstərən iki beynəlxalq laboratoriya pandemiya dövründə elmi-tədqiqatlarının nəticələrini xarici həmkarları ilə onlayn rejimdə mütəmadi müzakirə edib, həmin nəticələr əsasında birgə məqalələr hazırlayaraq nüfuzlu jurnallara göndəriblər.

Bu dövrdə müəssisənin “Azərbaycan kimya jurnalı” və “Kimya problemləri jurnalı” öz fəaliyyətlərini onlayn formada davam etdirib və sözügedən nəşrlərin iki nömrəsi çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: