Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim beynəlxalq onlayn konfransda Farabinin fəlsəfi irsini şərh edib
05.06.2020 12:22
  • A-
  • A
  • A+

Azərbaycanlı alim beynəlxalq onlayn konfransda Farabinin fəlsəfi irsini şərh edib

AMEA-nın Fəlsəfə İnstitutunun Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, professor Sakit Hüseynov Qazaxıstanın Almatı şəhərində “Farabi irsi” mövzusunda keçirilmiş beynəlxalq onlayn konfransda iştirak edib.

S.Hüseynov beynəlxalq konfransın plenar iclasında “Orta əsrin böyük filosofu Əbu Nəsr əl-Farabi və müasirlik” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanlı alim məruzəsində Farabinin fəlsəfi irsini və onun Aristotelin, Platonun fəlsəfi təliminə münasibətini ümumi şəkildə izah edib. O, Farabinin fəlsəfi irsini şərh edərək, onun yaradıcılığının orta əsrlər Azərbaycan filosoflarından Əfzələddin Xunəci (1193-1248), Siracəddin Urməvi (1198-1283) və başqalarının təliminə təsirindən danışıb.

Alim müasir dövrdə də Azərbaycan alimlərinin əsərlərində Farabi yaradıcılığından istifadə edildiyini diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: