Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun fəaliyyəti karantin rejiminin tələblərinə uyğun bərpa edilib
07.05.2020 16:16
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun fəaliyyəti karantin rejiminin tələblərinə uyğun bərpa edilib

Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar AMEA əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 2020-ci il 4 may tarixli sərəncamına əsasən Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun işçilərinin fəaliyyəti qismən bərpa olunub.

İnstitut rəhbərliyinin göstərişi ilə karantin rejimində fəaliyyətin təmin edilməsi üçün Kadrlar şöbəsi gündəlik işə çıxmaları vacib əməkdaşların sayını (ümumi əməkdaşların sayının 30 faizindən çox olmaması şərtilə) müəyyənləşdirib və onların adı “icaze.e-gov.az” portalına yerləşdirilib.

İnstitutun inzibati binasının iş otaqları dezinfeksiya edilib, əməkdaşlara pandemiya və karantin şəraitinin qaydalarına həm işdə, həm də ictimai yerlərdə ciddi riayət etmələri tövsiyə olunub.

Elmi müəssisənin rəhbərliyinin və şöbə müdirlərinin iştirakı ilə telekonfrans keçirilib, koronavirus pandemiyası dövründə təşkilatın fəaliyyəti təhlil edilib, qarşıda duran məsələlər barəsində fikir mübadiləsi aparılıb, görüləcək işlərin istiqamətləri müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: