Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Hüseyn Cavidin “Uçurum” əsərinin çap olunmasının 100 illiyi münasibətilə onlayn elmi sessiya keçirilib
23.04.2020 12:11
  • A-
  • A
  • A+

Hüseyn Cavidin “Uçurum” əsərinin çap olunmasının 100 illiyi münasibətilə onlayn elmi sessiya keçirilib

AMEA-nın Hüseyn Cavidin Ev Muzeyi tərəfindən görkəmli şair-drammaturq H.Cavidin “Uçurum” əsərinin çap olunmasının 100 illiyi münasibətilə onlayn elmi sessiya keçirilib.

Tədbirdə muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı bildirib ki, elmi sessiyanın məqsədi “Uçurum” əsərinin yenidən nəşrə hazırlanmasını müzakirə etməkdir. Pyesin yazılması, nəşri və səhnələşdirilmə tarixi barədə məlumat verən G.Babaxanlı 100 illiyi münasibətilə əsərin ayrıca kitab formasında çap edilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Direktor qeyd edib ki, “Uçurum” faciəsinin yazılması və çap edilməsi ilə Hüseyn Cavid yaradıcılığının birinci mərhələsi başa çatıb. Mövzusu Türkiyə həyatından götürülmüş bu əsərdə ədib süni avropalaşmanı, yad təsirlərin milli mənəviyyatla uzlaşmayan eybəcərliklərini əks etdirib. G.Babaxanlı vurğulayıb ki, 100 ildən çox vaxt keçməsinə baxmayaraq, bu mövzuların günümüzdə də aktual olması Hüseyn Cavidin yaratdığı əsərlərin ölməzliyinin bariz nümunəsidir.

Daha sonra çıxış edən muzeyin elmi katibi İlahə Novruzova bildirib ki, əsərin ilk dəfə çap edilməsinin 100 illiyi münasibətilə ədəbi tarixi xronika yazılır. O, xronikanın əsərin yeni nəşr ediləcək kitabına da əlavə ediləcəyini söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: