Hüseyn Cavidin Ev Muzeyi

 

Veb-sayt www.huseyncavid.az
Ünvan AZ1001, Bakı şəhəri, İstiqlaliyyət küç., 26
Tel. (+994 12) 4920657
(+994 12) 4927049  
Elektron poçtu huseinjavid@gmail.comdirektor@cavidmuzeyi.science.az 
Direktor Filologiya üzrə elmlər doktoru 

Gülbəniz İbrahim qızı Babaxanlı

Xidməti tel.: (+994 12) 4920657, (+994 12)4927049

Mobil tel.:  (+994 50) 2447049

Elmi katib Sərvər Əli oğlu Şirinov

Xidməti tel.: (+994 12) 4920657

Mob. tel.: (+994 77) 3944446

E-poçt: server.shirinov@mail.ru

Yaranma tarixi  Hüseyn Cavidin Ev Muzeyinin yaradılması haqqında 604 saylı ilk qərar Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Nazirlər Soveti tərəfindən 25 noyabr 1981-ci ildə qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 1995-ci il 160 saylı qərarı ilə Hüseyn Cavidin Ev Muzeyi M.Füzuli adına Əlyazmalar İnstitutunun binasının 3-cü mərtəbəsində yerləşən və şairin 1920-ci ildən 4 iyul 1937-ci ilə qədər yaşadığı, əsərlərinin əksəriyyətini yaratdığı mənzildə yerləşdirilmişdir. 
Əsas fəaliyyət istiqamətləri Hüseyn Cavid və ümumiyyətlə cavidlər irsinə aid materialların toplanması, qorunması, tədqiqi və təbliği. 
Əsas elmi nəticələr

Muzey son səkkiz ildə aşağıdakı kitabları nəşr etdirmişdir:

1. “Hüseyn Cavid: həyat və sənət yolu” (biblioqrafik göstərici). Bakı, Elm, 2006.

Kitabda Hüseyn Cavidin həyat və yaradıcılığının ən önəmli tarixləri, sənətkarın əsərlərinin nəşri və haqqında yazılmış materialların siyahısı toplanmışdır. 

2. Hüseyn Cavid, əsərləri 5 cilddə. Bakı, Elm, 2007.

Hüseyn Cavidin külliyyatının mərhum Turan Cavid tərəfindən hazırlanmış beşcildliyi bir daha nəzərdən keçirilərək gözdən qaçan yanlışlıqların təshihi ilə nəfis tərtibatda nəşr edilmişdir.

3. “Hüseyn Cavid irsi və müasir dövr” Beynəlxalq elmi konfransın materialları. 

26.11.2007. H.Cavidin 125 illiyinə həsr edilmiş Beynəlxalq elmi konfransının materiallarını əhatə edən topluya Azərbaycan, Türkiyə və İran alimlərinin Cavid irsi haqqında araşdırmaları daxil edilmişdir.

4. “Məhəbbətdir ən böyük din”,  Bakı, 2007.

Hüseyn Cavid yaradıcılığından seçmə şeirlər ilk dəfə olaraq fransız dilinə tərcümə edilmiş və “Məhəbbətdir ən böyük din” adı altında iki dildə çapdan çıxmışdır.

5. “Cavid hikməti” seçmə aforizmlər.  Bakı, Elm, 2008.

Hüseyn Cavidin külliyyatının son beşcildlik nəşri əsasında tərtib edilmiş aforizmlər böyük mütəfəkkir şairin insanlıq, haqq, ədalət, vətən, millət, qadın, məhəbbət və ən müxtəlif insan münasibətləri haqqında müdrik sözlərini və kəlamlarını əhatə edir.

6. Gülbəniz Babaxanlı. “Poetik sözün arsenalı”. Bakı, Elm, 2008. 

Kitabda Azərbaycan ədəbiyyatının ən keşməkeşli dövrlərindən olan keçən yüzilliyin 20-50-ci illərində yaranmış epik poemaların, eyni zamanda H.Cavidin “Azər” poemasının qaynaqları araşdırılır.

7. Ərtoğrol Cavid - 90, multimedia diskləri. Bakı, 2009.

Bəstəkar, tədqiqatçı, şair, rəssam Ərtoğrol Cavidin 90 illik yubileyi münasibətilə muzeyin arxivində yerləşən musiqi əsərləri bir yerə toplanaraq multimedia diskləri (CD və DVD) hazırlanmışdır.

8. “Hüseyn Cavidin Ev Muzeyi”. Bakı 2009.

Kitabda Hüseyn Cavidin Ev Muzeyinin yaranma tarixindən, Ümummilli Liderimiz Heydər Əliyevin H.Cavid irsinin qorunması və təbliği sahəsindəki əvəzolunmaz xidmətlərindən, muzeyin açılış mərasimində Turan Cavidlə Heydər Əliyevin görüşündən, muzeyin son illərdəki fəaliyyətindən, eksponatların tarixindən bəhs edən məlumatlar öz əksini tapmışdır.

9. Hüseyn Cavid və Abdulla Şaiq “Ədəbiyyat dərsləri”. Bakı, Çaşıoğlu, 2010. 

1919-cu ildə nəşr edilmiş kitabın yenidən transliterasiya olunan variantı.

10. H.Cavid “Topal Teymur”. Bakı, Elm, 2010.

Kitab “Topal Teymur” dramının yazılmasının 85 illiyi münasibəti ilə çap olunub. 

11. “Cavid hikməti” seçmə aforizmlər. Bakı, 2010. Miniatür kitab.

12. Gülbəniz Babaxanlı. “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid”. Bakı, 2010.

Filologiya üzrə fəlsəfə doktoru, H.Cavid Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlının bu monoqrafiyası dahi şairimiz H.Cavidin yaradıcılığına həsr olunmuş məqalə və monoqrafiyaları elmi təhlil obyektinə çevirir.

13. “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” 10 cilddə. Bakı, Çaşıoğlu, 2011.

Çoxcildlik AMEA H.Cavidin Ev Muzeyi tərəfindən AR Nazirlər Kabinetinin sərəncamı ilə nəşr olunmuşdur. Layihənin müəllifi və tərtibçi: Gülbəniz Babaxanlı.

Çoxcildliyə həmin dövrdə Azərbaycanın müxtəlif bölgələrindən toplanmış folklor materialları və Ərtoğrol Cavidin həmin materialları tədqiq edərək yazdığı elmi rəylər, məqalələr daxil edilmişdir.

14. “Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında” Beynəlxalq elmi konfransın materialları (Hüseyn Cavid-130) 22-24 oktyabr, Bakı, 2012, 346s.

Redaksiya heyəti: Akademik Mahmud Kərimov, akademik İsa Həbibbəyli, AMEA-nın m.ü. Kamal Abdulla, fil.ü.e.d. Gülbəniz Babaxanlı, AMEA-nın m.ü. Teymur Kərimli, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli.

Topluda Azərbaycan, Türkiyə, Amerika, Almaniya, Finlandiya, Krım, və Özbəkistan alimlərinin Cavid yaradıcılığı haqqında araşdırmaları nəşr olunmuşdur.

15. Çoxcildli “Cavidşünaslıq” araşdırmalar toplusu 10 cilddə. Bakı, Proqres, 2012. Nəşri davam edən bir topludur. Artıq 10 cildi çap olunmuşdur.

Topluya 1912-ci ildən başlayaraq bugünə kimi Hüseyn Cavid haqqında yazılmış bütün elmi, publisistik və bədii əsərlər bir yerə toplanaraq çap olunması nəzərdə tutulur.

16. H.Cavidin “Şeyda” əsəri 10 dildə (rus, ingilis, alman, fransız, polyak, belarus, bolqar, ukrayna, çex, yunan). Bakı, 2012-2013.

Kitabın nəşrinə məsul şəxslər AMEA-nın m.ü. Kamal Abdulla, fil.ü.e.d. Gülbəniz Babaxanlıdır. Ön sözün müəllifi fil.ü.e.d. Gülbəniz Babaxanlıdır. Redaktorlar: AMEA-nın m.ü. Kamal Abdulla, fil.ü.e.d. Gülbəniz Babaxanlı.

17. “Sözləri Hüseyn Cavidindir” adlı mahnı albomu. Bakı, Proqres, 2012. Tərtibçi: Fil.ü.e.d. Gülbəniz Babaxanlı.

“Sözləri Hüseyn Cavidindir” adlı mahnı albomuna Hüseyn Cavidin sözlərinə yazılmış 20 mahnı daxil edilmişdir.

18. “Türk dünyasını işıqlandıranlar: M.Akif Ersoy, Hüseyn Cavid”. Bakı, 2013.

Beynəlxalq elmi konfransın materialları. 16-18 may 2013-Bakı. Konfrans materialları AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən çap olunmuşdur.

19. Gülbəniz Babaxanlı. “Heydər Əliyev və Hüseyn Cavid” (monoqrafiya). Bakı, 2013.

AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru fil.ü.e.d. Gülbəniz Babaxanlının Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyasının redaktoru fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərlidir.

Fil.ü.e.d. Gülbəniz Babaxanlının bu kitabında dahi sənətkar Hüseyn Cavid irsinə Ümummilli Lider Heydər Əliyevin göstərdiyi diqqət və qayğıdan bəhs olunur.

20. Timuçin Әfәndiyev. Hüseyn Cavid: ideal həqiqət axtarışı. Bakı, 2013.

Nəşrə hazırlayanı və redaktoru: fil.ü.e.d. Gülbəniz Babaxanlı;

Filologiya elmləri doktoru, professor, Timuçin Əfəndiyevin 1985-ci ildə çap olunmuş “Hüseyn Cavidin ideyalar aləmi” adlı monoqrafiyasının təkrar nəşri oxuculara təqdim edilir. Kitabda Cavid dramaturgiyasının estetik problemlərindən bəhs olunur.

21. “Turan Cavid. Ömür salnaməsi”. Bakı, Proqres, 2014, 450 s.

Kitabın layihə müəllifi və tərtibçisi: AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı, elmi məsləhətçisi: AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, redaktoru: AMEA Humanitar Elmlər Bölməsininin akademik katibi, akademik Teymur Kərimlidir. 

100-ə yaxın müxtəlif mətn, 300-dən artıq foto və sənədin yer aldığı bu nəşrdə Turan Cavidin bütün həyat və yaradıcılığına işıq salınmışdır. İlk dəfədir ki, Turan Cavid haqqında bu materiallar sistemli və kompleks şəkildə toplanaraq nəşr halına gətirilmişdir. 

22. “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinin 11, 12, 13-cü cildləri. Layihənin müəllifi və tərtibçi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı. Bakı: Proqres, 2015.

XI cild - ““Balaman məktəbi” dərsliyi və Ərtoğrol Cavid”. 

Azərbaycan musiqişünası Saleh Əbdülləlimovun musiqi məktəbləri üçün tərtib etdiyi “Balaman məktəbi” adlı dərsliyin ilk nəşridir. Orijinalı Hüseyn Cavidin Ev Muzeyində saxlanılan bu dərslik muzeyin əməkdaşları tərəfindən elmi və ixtisas redaktəsindən keçirilmiş, nəşrə hazırlanmış, dərslikdəri notlar müvafiq proqram təminatı vasitəsilə ilk dəfə elektronlaşdırılmış və komplektləşdirilmişdir.

XII cild - “Ərtoğrol Cavidin nota köçürdüyü xalq mahnıları”.

Xalq muğamlarının toplanması və nota salınması sahəsində böyük zəhməti olmuş Ərtoğrol Cavidin xanəndə Cabbar Bağdadbəyovun ifasında dinlədiyi muğam elementlərinin nota salınmış versiyası əks olunmuşdur.

XIII cild - “Ərtoğrol Cavidin yarımçıq qalmış əsərləri”. 

Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyində mühafizə edilən, Ərtoğrol Cavidə məxsus bir sıra yarımçıq musiqi əsərləri toplanmışdır.

23.“Hüseyn Cavid əsərlərinin gənc nəslin tərbiyəsində rolu” (Hüseyn Cavidin 133 illiyinə həsr olunmuş respublika elmi konfransın materialları).- Bakı, 23 oktyabr 2015-ci il. Redaksiya heyəti: Akademik İsa Həbibbəyli, akademik Teymur Kərimli, fil.ü.e.d. Gülbəniz Babaxanlı.

Azərbaycanın mütəfəkkir şairi, görkəmli dramaturq Hüseyn Cavidin 133 illiyinə həsr edilmiş respublika elmi konfransının materiallarını əhatə edən topluda Azərbaycan alimlərinin, gənc tədqiqatçıların Hüseyn Cavid yaradıcılığı haqqında araşdırmaları nəşr olunmuşdur.

24.   “Dədəm Qorqud belə demiş”. 3 dildə: Azərbaycan, ingilis və rus. Tərtibçi: fil.ü.e.d. Gülbəniz Babaxanlı.- Bakı, 2016.- 192 s.

Kitabda Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanındakı aforizmlər, hikmətli sözlər, müdrik kəlamlar ədəbiyyatşünas-alim, əməkdar mədəniyyət işçisi G.Babaxanlı tərəfindən seçilərək ilk dəfə olaraq  Azərbaycan, ingilis və rus dillərində dərc olunmuşdur.

Nəşrin elmi redaktoru, AMEA-nın vitse-prezidenti, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli kitaba “Qorqud atanın müdrükliyi” adlı ön söz yazmışdır. Toplunun elmi məsləhətçisi AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, kitabda verilmiş illüstrasiyaların müəllifi xalq rəssamı, Əməkdar mədəniyyət işçisi Fəxrəddin Əlidir.

İşçilərinin ümumi sayı 39
Struktur bölmələri

Elmi şura

-       sədr

-       katib

-       üzvləri


fil.ü.e.d. Gülbəniz Babaxanlı

Natiq Mürsəlov

fil.ü.e.d. Gülşən  Əliyeva

fil.ü.e.d. Paşa Kərimov 

fil.ü.e.d. Xatirə  Bəşirli 

fil.ü.f.d. Şəmil Sadıqov 

tar.ü.f.d. Elvin Talışxanov

Cəmilə Rzayeva

Lalə Əliyeva

Gənc alimlər və mütəxəssislər şurası

-       sədr

-       katib

-       üzvləri

Natiq Mürsəlov

Fəridə Əliyeva

Lalə Əliyeva

Bəsti Məmmədova

Naira Abdullayeva

Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         katib

-         büro üzvləri

Elina Sadıxova

 
İctimaiyyətlə əlaqələrə məsul şəxs Natiq Mürsəlov
Elmlər doktorları 
Fəlsəfə doktorları