Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Naxçıvan Bölməsində xeyli sayda arxiv sənədləri tədqiqata cəlb edilib
03.04.2020 14:15
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində xeyli sayda arxiv sənədləri tədqiqata cəlb edilib

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Musa Quliyev tərəfindən xeyli sayda arxiv sənədləri tədqiqata cəlb edilib.

Sənədlər arasında 3-cü Kalbalı xan Naxçıvanski-Kəngərlinin 1918-20-ci illərdə apardığı döyüşlər, bundan başqa, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində işləyən və 1937-ci il repressiya qurbanlarından olan Heydər ağa Şahtaxtinski, general İsmayıl xan, məşhur hərbiçi Novruz ağa, Azərbaycanın Əməkdar müəllimi Həbib Naxçıvanski, eləcə də maarifçi-demokrat Qurbanəli Şərifzadə və görkəmli ədəbiyyatşünas alim Əziz Şərifin atasına aid arxiv materialları var.

Qeyd edək ki, elmi araşdırmalara cəlb edilən sənədlər və fotolar Azərbaycan Respublikasının Dövlət Tarix Arxivindən, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivindən, Gürcüstan Milli Arxivindən, Gürcüstan Milli Mərkəzi Kitabxanasından, Rusiya Dövlət Hərbi-Tarix Arxivindən əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: