AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) 90 illik yubileyi münasibətilə “Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı olan AMEA üzvləri” adlı kitab nəşr olunub.
“Elm” Nəşriyyatında çapdan çıxmış kitabda 1945-ci ildən indiyədək NKPİ-də işləmiş və hazırda fəaliyyət göstərən AMEA üzvləri barədə dolğun məlumat yer alıb.
Kitabda Azərbaycan Elmlər Akademiyasının və AMEA-nın 20 həqiqi (akademik) və 12 müxbir üzvü haqqında məlumat verilir.
Yeni nəşr şagirdlər, tələbələr, tədqiqatçılar və müəllimlər üçün dəyərli mənbədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.