Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev beynəlxalq konfransın proqram komitəsinə üzv seçilib
23.09.2019 10:30
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev beynəlxalq konfransın proqram komitəsinə üzv seçilib

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev “Siqnalların Emalı və Süni İntellekt Sahəsində Nailiyyətlər” mövzusunda II beynəlxalq konfransın (Second International Conference on Advances in Signal Processing and Artificial Intelligence – ASPAI 2020) beynəlxalq proqram komitəsinin üzvü seçilib.

1-3 aprel 2020-ci il tarixlərində Almaniyanın paytaxtı Berlin şəhərində keçiriləcək konfransın gündəliyinə süni intellekt alqoritmləri, intellektual sistem arkitekturaları, hibrid intellektual və ekspert sistemlər, süni neyron şəbəkələri, qeyri-səlis məntiq, nitqin tanınması və s. mövzular daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: