Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Ülvi gəncliyin sirləri" kitabı çapdan çıxıb
09.09.2019 17:04
  • A-
  • A
  • A+

"Ülvi gəncliyin sirləri" kitabı çapdan çıxıb

Fəlsəfə İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin "Ülvi gəncliyin sirləri" kitabı çapdan çıxıb.

Kitabın elmi redaktoru Türkiyənin İstanbul 29 May Universitetinin professoru Süleyman Xeyri Bolay, redaktoru isə Şəhla Məcidovadır.

Nəşrdə gənc yaşlarında tarixdə iz qoya bilmiş peyğəm­bər­lərin, sərkərdələrin, tarixi şəxsiyyətlərin, şairlərin, mifik qəh­rə­man­ların həyat və fəaliyyəti əsasında gəncliyin əhəmiyyətli xü­susiyyətinin fəlsəfi şərhi verilib. Müəyyən qanuna­uyğun­lu­ğu izləmək məqsədi ilə tədqiqat üç əsas istiqamət - zaman, din və reallıq üzrə aparılıb. Belə ki, gənc­li­yin dəyişilməz prin­sip­lərini göstərmək və təhlil etmək üçün burada qə­dim və müasir dövr, dini və ictimai sahələr, real şəxsiyyətlər və mifik qəhrə­man­lar yer alıb.

Kitabda Azərbaycanda artıq kifayət qədər məlum olan və təd­qiq edilən dini və tarixi şəxsiyyətlərlə yanaşı, ilk dəfə Ye­re­mi­ya pey­ğəm­bər, Fateh Sultan Məhməd, uyğur şairi Lütfullah Mütəllib və digər şəxsiyyətlər də araşdırılıb ki, bu da gə­ləcək tədqiqatlar üçün bir ideya mənbəyi rolunu oynaya bilər.

Vəsait geniş oxucu kütləsi, xüsusilə gənclər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: