Əlizadə Akif Ağa Mehdi oğlu

Anadan olduğu yer Azərbaycan Respublikası, Bakı şəhəri 
Təvəllüdü 25.02.1934 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Sənaye İnstitutu (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti), geoloji-kəşfiyyat fakültəsi
Elmi dərəcəsi Geologiya-mineralogiya elmləri doktoru 
Elmi rütbəsi Professor
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 

25.00.02

Paleontologiya və stratiqrafiya

“Cənub-Şərqi Qafqazın alt təbaşir belemnitləri və onların stratiqrafik əhəmiyyəti”
Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 

25.00.02

Paleontologiya və stratiqrafiya

“Azərbaycanın təbaşir belemnitləri”
Müxbir üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı


1980
Geologiya
Həqiqi üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı


1989
Geologiya
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 255, 9 monoqrafiya
Xaricdə çıxmış elmi əsərlərinin sayı 54
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 32
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı
Kadr hazırlığı:

-   fəlsəfə doktorlarının sayı

-   elmlər doktorlarının sayı

 

15 

Əsas elmi nailiyyətləri Ak.A.Əlizadə görkəmli alim-geoloq və elmin böyük təşkilatçılarından biridir. Ak.A.Əlizadənin başlıca elmi maraq dairəsi təbaşirin stratiqrafiya və paleontologiyası məsələlərini əhatə edir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycanın təbaşir çöküntülərinin stratiqrafik sxemləri işlənilib hazırlanmış, geoloji proseslər, çökmə və vulkanogen-çökmə formasiyaları, təbaşir dovründə faunanın inkişafı və s. məsələlərə dair müasir baxışları əks etdirən zəngin paleontoloji-stratiqrafik materiallar araşdırılmış və ümumiləşdirilmişdir.

Alimin çoxillik tədqiqatlar əsasında yazılmış əsərlərində Azərbaycanın təbaşir mollyuska faunasının (belemnitlər) kompleksləri barədə təlimin başlıca müddəaları irəli sürülmüş, bu qədim canlıların təsnifatı və filogeniyası verilmiş, paleobiocoğrafi rayonlaşdırma prinsipləri işlənib hazırlanmış, ekologiya və paleopatologiyaya dair məsələlər işıqlandırılmışdır.

Təbaşir dövründə Aralıq dənizi hövzələrində fəqərəsizlərin zaman-məkan daxilində paylanma mərhələlərinin müəyyən edilməsində və bu əyalətdə müvafiq paleobiocoğrafi taksonların ayrılmasında öncüllük Ak.A.Əlizadəyə məxsusdur. Morfogenezin tarixi baxımdan tədqiqi, populyasiyaların dəyişmə tendensiyasının təyini, irsi morfoloji dəyişkənliklərin aşkar edilməsi alimə müxtəlif belemnoideya qrupların təkamülündə ümumi istiqaməti bərpa etməyə imkan vermişdir.

Ak.A.Əlizadə Qafqazın təbaşir hövzələrinin bio-geokimyəvi rayonlaşdırılması metodlarının işlənilməsi və təkamül amili kimi paleohövzələrdə geokimyəvi şəraitin öyrənilməsi sahəsində fundamental tədqiqatlar aparmışdır. Fossil orqanizmlərin skelet hissələrinin mikrostruktur, kimyəvi tərkib və kristallokimyəvi xüsusiyyətlərinin təhlilinə əsasən, o, müxtəlif kimyəvi elementlərin miqrasiya və toplanma qanunauyğunluqlarını, ayrı-ayrı taksonların paleofizioloji xüsusiyyətlərini müəyyənləşdirmiş, təbaşir dəniz fəqərəsizlərinin geokimyəvi ekologiyasını təsvir etmişdir. Alim ilk dəfə olaraq izotop paleotermometriya üsulu ilə O18 və O16 izotoplarının nisbətinə görə Azərbaycanın təbaşir hövzələri üçün paleotemperatur qiymətlərini təyin etmişdir.

Hərtərəfli erudisiya sahibi kimi o, regional geologiya, tektonika, filiz geologiyası və hidrogeologiyaya aid məsələləri də eyni dərəcədə səlahiyyətlə həll edir. Son illər alimin fəaliyyəti yeni prioritet elmi istiqamətə - geoekologiyaya yönəldilmişdir.

Elm dünyası A.P.Pavlov və Q.Y.Krımholtsla yanaşı Ak.A.Əlizadənin də daxiliqabıqlı mollyuskaların öyrənilməsində rolunu xüsusi qeyd edir («Paleontologiyanın əsasları», M. «Nedra», 1990, səh. 101). Heç də təsadüfi deyildir ki, təbaşir belemnitlərinin öyrənilməsində Azərbaycan aliminin xidmətlərini nəzərə alaraq onun adı ilə belemnitlərin yeni ailəsi – «Akifibelidlər» adlandırılmışdır (1984-cü il).

Azərbaycanın təbaşir çöküntülərinin paleontologiya və stratiqrafiyası üzrə fundamental işlərə görə (bir qrup müəlliflərlə) akademik Ak.A.Əlizadə Azərbaycan Respublikası Dövlət mükafatı laureatı adına layiq görülmüşdür (1991-ci il).

Ak.A.Əlizadənin təşəbbüsü və rəhbərliyi ilə Geologiya və Geofizika İnstitutunda Azərbaycan Dövlət Neft Akademiyasının (2012-ci il) və Bakı Dövlət Universitetinin (2013-cü il) baza kafedraları yaradılmışdır.

Elmlə təhsilin inteqrasiyasını təmin etmək, elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını artırmaq məqsədilə Ak.A.Əlizadənin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasında magistratura pilləsi yaradılmışdır (2014-cü il).

Elmi əsərlərinin adları 1. Геология Азербайджана. Т.1. Стратиграфия. Часть 2. Мезозой и Кайнозой. Глава IV. Меловая система. Баку, Nafta-Press. 2007. C. 107-228. (Cоавторы: Х.Алиюлла, Р.Н.Мамедзаде, А.Г.Халилов и др.).

2. Науки о Земле: возможно ли устойчивое развитие? Изв. НАН Азербайджана. Науки о Земле. 2007. № 1, С 3-20.

3. Минералы Азербайджана. Энциклопедия. Баку, Nafta-Press. 2008. 361 с. (Соавторы: М.И.Чираго¬в, С.Ф.Ве¬ли-заде, Г.Велиев).

4. Флагман фундаментальной геологической науки Азер¬байджана. Изв. НАН Азербайджана. Науки о Земле. 2008. № 2, С. 3-17.

5. Новые горизонты геологической науки Азербай¬джана. Изв. НАН Азербайджана. Науки о Земле. 2010. № 1, С. 3-24.

6. О необходимости междисциплинарных научных исследований на Каспийском море. Изв. НАН Азербайджана. Науки о Земле. 2010. № 4, С. 3-5.

7. Biologic Accumulation Levels of Chemical Elements in Mollusk Shelles of Deep Biofacies Marmara Sea, Turkey. International Scientific journal Stratigraphy and Sedimentology of Oil-Gas Basins. 2010. № 1, P. 3-18. (Co-authors: S.Aliyev, A.Sari).

8. Mineralogical Investiqation of Mollusk Skeletals in south and Southwest Marmara Basin,Turkiey. International Scientific journal Stratigraphy and Sedimentology of Oil-Gas Basins. 2010. № 2, P. 3-12. (Co-authors: S.Aliyev, A.Sari).

9. Kinematics of the Main Caucasus Thrust near Baku, Azerbaijan. AGU Fall Meeting Abstracts, 2011, 1, 02 (Co-authors: M.A.Floyd, F.A.Kadirov, I.Guliyev, R.E.Reilinger, S.Kuleli et al.)

10. Geologiya İnstitutu Azərbaycanın müstəqilliyinin 20 ili ərzində. Bakı, Nafta-Press, 2011. 112 c. (azər¬baycan, rus və ingilis dillərində).

11. Intelligent seismoacoustic system for monitoring the beginning of anomalous seismic process.. Seismic instruments, 2011. vol. 47, № 1. (Co-authors: T.A.Aliyev, G.D.Etirmishli, G.A.Guluev, F.G.Pashaev, A.G.Rzaev).

12. Depositional environment and chemostratigraphy of the Pliocene Productive Series, South Caspian basin. Modern problems of geology and geophysics of Caucasus. Bakı, Nafta-Press, 2012. P. 7-26. (Co-authors: E.Aliyeva).

13. Kinematics of the eastern Caucasus near Baku, Azerbaijan. Natural hazards, 2012, 63 (2), 997-1006 (Co-authors: F.Kadirov, M.Floyd, I.Guliyev, R.Reilinger, S.Kuleli et al.)

14. Late pleistocene-holocene Caspian sea level and climate changes. The EDGE of Sea: Sediments, Geomorphlogy, Tectonics, and Stratigraphy in Quaternary Studies. 2012. (26-30, Septembr. Sassari, Sardinia, Italy). (Co-authors: E.Aliyeva et al.).

15. The Elemental Stratigraphy of the South Caspian Lower Pliocene Productive Series. STRATI, 2013, 827-831 (Co-authors: E.Aliyeva, D.Huseynov, I.Guliyev).

16. Палиностратиграфия и условия формирования майкопской свиты Шамаха-Гобустанской области Азербайджана. Вестник Пермского Университета, серия геология. 2014, вып. 4 (25), С. 8-21. (Соавторы: Е.Н.Тагиева, Ш.Ш.Байрамова).

17. Методологические проблемы исследования геосистем. Вопросы философии. 2015. № 6, С. 85-89. (Соавторы: Х.А.Али-заде, Е.Н.Лятифова).

18. Geosciences of Azerbaijan. Volume I: Geology. Springer. 2016. 237 p. (Co-authors: I.S.Guliyev, F.A.Kadirov, L.V.Eppelbaum).

19. Geosciences of Azerbaijan. Volume II: Economic Geology and Applied Geophysics. Springer. 2016. 340 p. (Co-authors: I.S.Guliyev, F.A.Kadirov, L.V.Eppelbaum).

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti;

Qafqaz regional idarələrarası stratiqrafik komissiyanın sədri (Qaf. RİSK);

AR Prezidenti yanında Elmin İnkişafı Fondunun və AR Dövlət Neft Şirkətinin Elm Fondunun himayədarlar şurasının üzvü.

AR Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının sədri.

Pedaqoji fəaliyyəti Bakı Dövlət Universiteti, Geologiya fakültəsi 
Digər fəaliyyəti  
Təltif və mükafatları “Fədakar əməyə görə” medal - 1970;

“Şərəf nışanı” ordeni - 1986;

Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi - 1991;

Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı - 1991;

Azərbaycan Respublikasının “Şöhrət” ordeni – 2004;

Azərbaycan Respublikasının “Şərəf” ordeni – 2008;

Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü – 2014;

Rusiya Təbiət Elmləri Akademiyasının “Elm və mədəniyyət fədakarı” Fəxri nişanı – 2014;

Azərbaycan Respublikasının "İstiqlal" ordeni – 2014.

İş yeri və ünvanı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, AZ1001, Azərbaycan Respublikası, Bakı ş., İstiqlaliyyət küçəsi, 30;

AMEA Geologiya və Geofizika İnstitutu, AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 119

Vəzifəsi AMEA prezidenti, Geologiya və Geofizika İnstitutunun direktoru
Xidməti tel. (+994 12) 4923529 
Mobil tel.  
Ev tel.  
Faks (+994 12) 4925699 
Elektron poçtu president@science.az