Abbasov Vaqif Məhərrəm oğlu

Anadan olduğu yer Azərbaycan Respublikası, Tərtər rayonu, Cəmilli kəndi
Təvəllüdü 05.10.1952
Bitirdiyi ali təhsil müəssisəsi V.İ.Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutu, (indiki Dövlət Pedaqoji Universiteti) Kimya fakültəsi
Elmi dərəcəsi Kimya elmləri doktoru
Elmi rütbəsi Professor 
Namizədlik (PhD)

dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı



02.00.13

Neft kimyası

Sintetik neft turşuları əsasında antistatik aşqarların sintezi və sınaqları

Doktorluq dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı  

- mövzunun adı 




02.00.13

neft kimyası

Olefinlər və bəzi turşular əsasında amin və xrom kompleksləri–korroziya inhibitorları və karbohidrogen yanacaqlara antistatik aşqarlar kimi
Müxbir üzv seçilməsi

- tarix

- ixtisasın adı


2001

neft kimyası

Həqiqi üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı

2014

neft kimyası
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-   Xaricdə çıxmış elmi əsərlərinin sayı

-        Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

998

 

299

 

109

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 51
Kadr hazırlığı:

-   fəlsəfə doktorlarının sayı

-   elmlər doktorlarının sayı


33

10

Əsas elmi nailiyyətləri

1982-ci ildə onun rəhbərliyi ilə çoxfunksiyalı VFİKS-82 adlı korroziya inhibitoru yaradılmış və SSRİ-nin neft mədənlərində istifadə olunmağa başlanmışdır, 1986-cı ildə bu inhibitorun qış modifikasiyası Azəri yaradılıb və istifadəyə verilib.

1983-1997-ci illərdə 21389 ton VFİKS-82, 1989-1997-ci illərdə 6600 ton Azəri inhibitoru istehsal olunaraq Rusiya Federasiyasında, Ukraynada, Azərbaycanda və Qazağıstanda istifadə olunmuşdur.

1990-cı ildə SSRİ Elm və Texnika Komitəsi onun xarici ölkələrə satılması üçün lisenziya vermişdir.

1984-cü ildə AP-L34-1 antistatik aşqarı yaradılmış, Perm Aviasiya Mühərrikləri zavodunda və Tbilisi Aviasiya zavodunda sənayedə istifadəyə qəbul olunmuşdur.

V.M.Abbasov əməkdaşları ilə birlikdə 1986-cı ildə "Kaspi" adlı hidrogensulfid korroziyası inhibitoru yaratmış, indiki Heydər Əliyev adına Neft emalı zavodunda katalitik riforminq qurğusunda tətbiqini həyata keçirmişdir. Bu inhibitor zavodda benzinin stabilləşmə kalonunun müdafiəsi üçün istifadə olunur.

1990-cı ildə "Kaspi-2" adlı yeni korroziya inhibitoru yaradılıb, Qazağıstanın Tengiz yatağında sənaye sınağlndan keçib və həmin yataq üçün nəzərdə tutulmuş texniki tələblərdən də yüksək nəticə alınıb.

1995-ci ildə dünyada analoqu olmayan "Kaspi-X" inhibitoru yaradılıb və indiki H.Əliyev adına Neft emalı zavodunda həmin ildən tətbiqinə başlanıb.

1995–2013-cü illərdə 18530 ton Kaspi-X istehsal olunmuş və istifadə edilmişdir. Hazırda inhibitorun istifadəsi davam edir. Kaspi-X inhibitoru 2010-cu ildən eyni zamanda Azərneftyağ Neft Emalı Zavodunda da istifadə olunur.

1998-ci ildə "Xəzər" deemulqatoru yaradılıb və indiki H.Əliyev adına Neft emalı zavodunda neftin duzsuzlaşdırılması və susuzlaşdırılması üçün istifadəsinə başlanılıb. 1998-2013-cü illərdə bu reagent 2748 ton istehsal olunub və istifadə edilib. Bu deemulqator hazırda da istifadə olunur.

2003-cü ildə müalicəvi Naftalan neftinin təmizlənmə texnologiyası işlənib hazırlanıb, "Ağ Naftalan yağı"nın istehsalı təşkil olunub, bu yağ Azərbaycan Respublikasında dərman preparatı kimi qeydiyyatdan keçib DV № 15-00133. "NKPİ-34-2" yanğından mühafizə üçün köpükəmələgətiricisi yaradılıb. 2009-2014-cü illərdə 445,94 ton istehsal edilib və istifadə olunub. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu reagentin istehsalı və istifadəsi üçün lisenziya verib.

2003-cü ildən “Bakı” ərphəlledicisi yaradılıb, neft emalı zavodlarında qapalı soyutma konturlarını ərpdən təmizləmək üçün istifadəyə qəbul olunub. Hazırda H.Əliyev adına Neft emalı zavodunda və "Azərneftyağ" Neft emalı zavodunda istifadə olunur. 2003-2014-cü illərdə 119,76 ton istehsal edilib və istifadə olunub.

2009-cu ildə "Kaspi-X(M)" inhibitoru yaradılıb, H.Əliyev adına Neft emalı zavodunda kimyəvi təmizlənmiş suyun nəqli sistemində korroziyadan müdafiə üçün tətbiqinə başlanılıb.

2009-2013-cü illərdə 286 ton "Kaspi-X(M)" istehsal olunub və istifadə edilib. 2011-ci ildə Xəzər-24 deemulqator-inhibitoru yaradılıb, "Azərneftyağ" İstehsalat Birliyində Almaniyadan alınan "Disolvan" deemulqatoru ilə müqayisəli olaraq sənaye sınağından keçib və tətbiq üçün daha əlverişli olduğu müəyyən edilib.

2011-ci ilin noyabr-dekabr aylarında bu deemulqatorun Abşeron Neft Qaz Çıxarma idarəsində sənaye sınağından keçirilib və yüksək nəticə əldə olunub.

2000-2013-cü illərdə aparılan elmi tədqiqat işləri nəticəsində yüksək keyfiyyətli konservasiya mayelərinin və sürtkülərinin yaradılmasının nəzəri əsasları işlənib hazırlanıb. Təbii neft turşuları və sintetik neft turşuları əsasında yüksək müdafiə qabiliyyətli konservasiya mayelərinin yaradılması mümkünlüyü aşkar olunub. Yüksək müdafiə qabiliyyətini təmin edən sinergetik kompozisiyalar yaradılıb.

1998-2013-cü illərdə aparılan tədqiqatlar nəticəsində CO2 korroziyasını ləngidən yüksək səmərəlilikli inhibitorlar yaradılıb və onların CO2 korroziyasının kinetikasına təsiri öyrənilib. İnhibitorların qatılığından, quruluşundan, həlledicinin təbiətindən asılı olaraq inhibitor effektinin dəyişmə xarakteri öyrənilib.

2014-cü ildə iki qida elementli (N və P), nitratı və ballast olmayan yeni gübrə yaradılmış, çöl sınaqları keçirilmiş, pambıqda, qarğıdalıda, buğdada, arpada yüksək məhsuldarlıq əldə olunmuşdur.

2015-ci ildə bitumen adgeziya qabiliyyətini artıran V-2 aşqarı yaradılıb, təcrübə-sənaye istehsalı təşkil olunub və hazırda “Azəryol” ASC-nin müqaviləsi əsasında Azərbaycanda yol tikintisində istifadə olunur. 2016-cı ildə 110 ton istehsal olunmuş və istifadə edilmişdir.

2016-cı ildə “Ağ Naftalan Yağı”nın alınmasının az enerji tutumlu, aşağı yağın təhlükəli, həlledici istifadə olunmayan, iqtisadi əlverişli alınma texnologiyası işlənib hazırlanmışdır. “Ağ Naftalan Yağı”nın alqı-satqısı üzrə AMEA-nın Təcrübə-Sənaye Zavodu ilə birlikdə Səudiyyə Ərəbistanının şirkəti ilə müqavilə bağlanmışdır.

Elmi əsərlərinin adları

1. В.М.Аббасов, А.Н.Гасанов, Д.Н.Мамедов и др. Отличительные особенности лечебной нафталанской нефти от некоторых промышленных нефтей Азербайджана. Процессы Нефтехимии и нефтепереработки. 2005, 3(22), с.32-34.

2. Аббасов В.М., Алиева Л.И. и др. Разработка оптимального режима нитрования высших линейных олефинов оксидом азота. Практика противокоррозионной защиты. Москва, 2011, №3 т.61, С.64-70.

3. Vagif M. Abbasov, Hany M. Abd El-Lateef et al. Inhibitive Effect of Some Natural Naphthenates as Corrosion Inhibitors on the Corrosive Performance of Carbon Steel in CO2 -Saturated Brine. // International Journal of Scientific Research in Environmental Sciences (IJSRES), Volume 1, 2013, p.166-178.

4. I.T.Ismayilov, Hany M.Abd EI-Lateef, V.M.Abbasov et al. Inhibition Effects Of Some Novel Surfactants Based On Corn Oil Diethanolamine On Mild Steel Corrosion In Chloride Solutions. //International Journal of Thin Films Science and Technology. 2013,N.2, P.91-105.

5. Аббасов В.М., Зеиналов З.В. Алиева Л.И и др. Жидкофазное окисление нафтеновых углеводородов, выделенных из нефтяных фракций с участием пентаядерных комплексов Со и Ni. //Химическая промышленность сегодня. 2013. N3. С.21-29.

6. V.M.Abbasov, Hany.M.Abd. EL-Lateef, L.İ.Aliyeva, et al. Evaluation of New complex surfactants based on vegetable oils as corrosion inhibitors for Mild Steel in CO2-Saturated 1/0% Nall Solutions // Journal of Materials Physics and Chemistry (USA). 2013.Vol.1. N.2. P.19-26.

7. Аббасов В.М., Гасымов З.З., Набибекова Х.А. Изучение влияния присадки АП-Л34-1 на антистатические свойствa светлых нефтепродуктов. «Транспорт и хранение нефтепродуктов углеводо-родного сырья», Москва, 1988, N4. С. 25-28

8. Аббасов В.М. Перспективные направления синтеза ингибиторов сероводородной коррозии для сред с аномальным содержанием H2S и CO2 «Азербайджанское нефтяное хозяйство», N11-12, 1994, с.45-50.

9. Аббасов В.М., Мамедов И.А. Исследование механизма защитного действия ингибиторов коррозии в двухфазной системе. «Защита от коррозии и охрана окружающей среды», 1995, N10, с.6-8.

10. Аббасов В.М., Исаев Г.А., Джафарова Р.А. Структурно-групповой состав ароматических углеводородов нафталанской нефти и ее люминесценция. «Азербайджанское нефтяное хозяйство», 1999, N2, с.24-26.

11. Аббасов В.М., Г.А.Исаев. Лечебная нефть Нафталана «Азербайджан: проблемы развития», 1996, 5 июня- N 22(43), с. 16-19.

12. Аббасов В.М., А.С.Абдуллаев, Г.С.Гарайев, Н.Д.Ялийев, Э.Я.Исайева, З.В.Аббасова. Naftalan neftinin naften karbohidrogenlərinin açıq sınıq yaralarının müalicəsində tətbiqi. IV Bakı Beynəlxalq Məmmədəliyev adına neft-kimya konfransının məruzələrinin tezisləri. 2000, 19-22 sentyabr, c.327.

13. Аббасов В.М., Г.А.Исаева, М.М.Аббасова. Результаты исследований лечебной Нафталанской нефти из различных скважин. Процессы нефтехимии и нефтепереработки. 2000, N2, с.26-29.

14. Аббасов В.М., Г.А.Исаева. Лечебная Нафталанская нефть: вчера, сегодня и в перспективе. Процессы нефтехимии и нефтепереработки. 2000, N3, с.31-35.

15. Аббасов В.М., Самедов А.М., Алиева Л.И., Самедов М.А. Антикоррозионные свойства солей нефтяных-кислот в условиях морской нефтедобычи. Практика противокоррозионной защиты, №1 (51), 2009,с.10-14.

16. Аббасов В.М., Шаи-Минг Пенг, Р.Г.Исмаилов, Л.М.Эфендиева, Зейналов Э.Б., Агамалиев З.З. Получение нафтеновых кислот при каталитическом участии пятиядерного комплекса. Процессы нефтехимии и нефтепереработки, 10, 3-4 (39-40), 2009, С.252-254.

17. Аббасов В.М., Зейналов Э.Б., Агамалиев З.З. и др. Оптимизация получения СНК окислением дизель-ной фракци смеси бакинских нефтей. Москва, Нефтепереработка и нефтехимия, 2010, №11, С.42-46.

18. Н.Р.Абдуллаева, Т.А.Исмаилов, Р.С.Магеррамов, Т.А.Мамедова, Х.Р.Велиев, В.М.Аббасов. Синтез и исследование антистатических присадок к дизельным топливам на основе нефтяных кислот. Нефтехимия. Москва. 2011. №5. С.88-94.

19. V.M.Abbasov, F.İ.Səmədova, Q.M.Qasımov, L.İ.Əliyeva, C.Q.Quliyev. Neft və neft-kimya məhsullarına Azərbaycan Respublikasının dövlət standartları. Bakı. “Elm”. 2012. 191 C. Kitab

20. M.Hany Abd-El-Lateef, V.M.Abbasov, L.I.Aliyeva. “Novel corrosion inhibitors for protection from CO2 corrosion”. LAP Lambert Academic Publishing.- Germany. 2012. 228 P. Kitab

21. V.M.Abbasov, Hany M. Abd.El-Lateef, L.I.Aliyeva, T.I.Ismayilov. “Corrosion inhibition of carbon steel in oil flied formation water containing CO 2 by some surfactants from the type of fatty acids”.// “International Porous and Powder Materials” adlı konfrans.-3-6 sentyabr 2013.-İzmir Türkiyə.-S 30.

22. V.M.Abbasov, Adel.A.Mazzouk, A.H.Talybov, S.Z.Kasimova, O.A.Aydemirov. “Synthesis of 2,4,5-Triphenyl imidazole Derivatives using 1,4-Dimethyl Pipra- rinium Hydrogen Sulfate as Green, Reusable Catalyst”.// International Porous and Powder Materials” adlı konfrans.-3-6 sentyabr 2013.-İzmir Türkiyə.-S 26.

23. G.A.Muhtarova, N.Kh.Efendiyeva, Z.A.Gasimova, H.C.İbrahimov, V.M.Abbasov. “İnfluence of Regime Parameters to the Hydrocracking process of Goudron in the presence of suspended nanosized catalysts”. // International Porous and Powder Materials” adlı konfrans.-3-6 sentyabr 2013.-İzmir Türki- yə.-S 52.

24. Hany M. Abd.El-Lateef, V.M.Abbasov, L.I.Aliyeva, A.A.Qasimov, I.T.Ismayilov. “Inhibition of carbon steel corrosion in CO 2 -saturated brine us- 58 ing some newly surfactants based on palm oil: Experimental and theoretical in- vestigations”.// Journal of Material Chemistry and Physics.- 29 July 2013.-P 1- 10.

25. В.М.Аббасов, Р.П.Джафаров, Е.Ш.Абдуллаев, Е.Дж.Агазаде, Э.К.Гасанов. «Оптимизация процесса создания консервационных жидкостей на основе амидоаминов и нитропродуктов». // Мир нефте-продуктов, № 8, 2013, С.17-20.

26. H.M.Abd El-Lateef, V.M.Abbasov, L.I.Aliyeva, S.A.Mamedxanova. “Prediction and measurements of corrosion inhibition of mild steel C1018 using some natural naphthenate surfactants in CO2-saturated NaCl solution”. // The 17th International Conference on Petroleum, Mineral Resources & Development. -Egypt. -9-11 February 2014.-P158

27. V.M.Abbasov, I.T.Ismayilov, Hany M. Abd El-Lateef, S.F.Akhmadbe-yova. “Anti-corrosive activities of some novel surfactants based on vegetable oils”. // European Chemical Bulletin.- 2014.- Volume 3.- № 5.- P 437-440.

28. Vagif M.Abbasov, Hikmet J.Ibrahimov, Gulbeniz S.Mukhtarova, Rukhasare I.Huseynova, Khadice Y.Eyyubova. “The investigation of the hydrocracking process of tar with heavy gas oil of catalytic cracking in the presence of high-dispersed halloysite”. // “TERMAN 2014 and 3rd Rostocker Symposium on Thermophysical Properties for Technical Thermodynamics”.- 12-15 June 2014.- Izmir, Turkey.-P 67.

29. V.Abbasov, T.Mammadova, N.Andrushenko, Nadira Hasankhanova, Y.Lvov, E.Abdullayev. “Hallosyde - Y - zeolite blends as novel mesoporous catalysts for the cracing of waste vegetable oils with vacuum gasoil”. // Fuel.- USA.- January.- 2014.- p.552-555.

30. V.M.Abbasov, H.I.Ibrahimov, G.S.Mukhtarova, R.I.Huseynova, Kh.T.Eyyubova. “Hydrocracking process of tar with heavy oil of catalytic cracking in the presence of nanostructural calalyst”. // 13th Ibn Sina International Conference on pure and applied heterocyclic chemistry “Heterocyclic Chemistry for Sustainable Future”.- Hurgada.- Egypt.-14-17 February 2015.-P 60.

31. V.M.Abbasov, H.C.Ibragimov, A.D.Guliyev, T.A.Ibragimova, L.M.Efendieva, V.A.Nagiyev, S.A.Seidova. “Metal containing composites based on styrene copolymers and butoxymethyl methacrylate as a catalyst in the oxydation of the diesel fraction”. // Journal of Advances in Chemistry.- Vol 11.- N 5.- P3554-3558.

32. В.М.Аббасов, Т.А.Мамедова, Л.М.Эфендиева, Л.Г.Нуриев, Ф.Н.Сеидахмедова, Ч.Г.Салманова. «Этиленгликолевые эфиры синтетических нефтяных кислот как добавки к дизельному топливу». // Автогазозаправочный комплекс Альтернативное топливо.- №3.(96).- 2015.- С 17-21.

33. V.M.Abbasov, M.H.Amiraslanova, E.K.Hasanov, L.I.Aliyeva, Y.I.Aghazadeh, Sh.Z.Safarova. “Conservation liquids on the bases of turbine oil of grade T-30 and corrosion inhibitor”. // Journal of Advances in Chemistry.- vol11.- N7.- P 3715-3722.

34. V.M.Abbasov, A.G.Talibov, G.N.Badalova, N.I.Mursalov, Sh.Z.Jabrailzadeh. “Application of ionic liquids as catalysts for the synthesis of 3,4- dihydropyrimidine- 2(1H) - one derivatives”. // Thesis of the 1st International Conference on Engineering and Natural Sciences.- Macedoniya.- Scopje.- 2015.- p.16.

35. T.A.Mamedova, M.M.Abbasov, N.E.Movsumov, T.S.Latifova, E.N.Askerova, N.E.Asgerli, R.T.Samedov, V.M.Abbasov, S.A.Salmanova. “The Activation of the Catalytic Cracking Process of Vacuum Gasoil with Vegetable Oils under the Influence of Magnetic Field”. // International Journal of Emerging Engineering Research and Technology, Volume 4, Issue 1, January 2016, P. 100-104

36. В.М.Аббасов, М.Д.Ибрагимова, В.А.Нагиев, Х.А.Абдуллаева, А.Р.Гамидова. «Олигометиленаренсульфонаты на основе легкого газойля каталити ческого крекинга-химическая добавка для строительного раствора» //Процессы нефтехимии и нефтепереработки, № 1 (65), 2016, С 19-23

37. V.Abbasov, T.Mammadova, N.Aliyeva, M.Abbasov, N.Movsumov, A.Joshi, Y.Lvov, E.Abdullayev “Catalytic cracking of vegetable oils and vacuum gasoil with commercial high alumina zeolite and halloysite nanotubes for biofuel production” //Fuel// USA, 2016, P 55-63

38. Аббасов В.М., Самедова Ф.И., Гасанова Р.З., Абдуллаев Э.Ш., Юсифов Ю.Г.,Мамедов Ф.Ф., Касумова Л.Х., Шащкаева М.А. «Разроботка базовых основ моторных масел из бакинских нефтей» //Нефтегазовые технологии Москва, №6, 2016, С. 36-39

39. V.Abbasov, H.Ibrahimov, G.Mukhtarova, E.Abdullayev “Acid treated halloysite clay nanotubes as catalyst supports for fucl production by catalytic hydrockaking of heavy crude oil” //Fuel November 2016, P.555-558

40. В.М.Аббасов, Л.И.Алиева, Х.М.Алма, Л.Г.Нуриев, Л.М.Эфендиева. «Жидкофазное окисление нефтяной нафтеновой фракции в присутствии наноструктурированного графена» //Конф. «Наноструктуры в конденсиро-ванных средах». Минск 2016

41. Аббасов В.М., Ибрагимова М.Д., Азизов А.Г., Нагиев В.А., А.Р. Гамидова, Х.А. Абдуллаева. «Пластифицирующая добавка для строительного раствора на основе легкой флегмы каталитического крекинга». //IX Бакинская Международная Мамедалиевская конференция по нефтехимии 4-5 октябрь, Баку, 2016, С.93

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

1.  "ASSOKOR" Assosiasiyasının Rəyasət Heyətinin üzvü. - 1988-1992

2.  Təhsil Nazirliyi nəzdində məktəblilərin kimya olimpiadasını keçirən münsiflər heyətinin sədri -1992-2013

3.  Tələbə Qəbulu üzrə Dövlər Komissiyasında kimya üzrə ekspert şurasının və seminarın sədri - 2001-2013 ilin oktyabrına qədər

4.  Yeni Azərbaycan Partiyasının üzvü – 2002-ci il və ilk təşkilatda (institutda) sədr -2001-2005-ci illərdə.

5. V.S.Altunin adına Beynəlxalq Ekologiya və Təbiətdən istifadə Akademiyasının həqiqi üzvü – 2003

6.  Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü - 2013

7. Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü -2013

8.Türk Dünyası Tədqiqatları Beynəlxalq Elmlər Akademiyasının Akademik üzvü – 2013

Pedaqoji fəaliyyəti

1.“Kimya məktəbdə” elmi-metodiki jurnalın həmtəsisçisi və baş redaktoru. (2003-cü ildən);

2. Məktəblilərin kimya olimpiadasının respublika turunu keçirən münsiflər heyətinin sədri (1992-2013-cü illər);

3. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası nəzdində kimyadan Ekspert Şurasının və Seminarın sədri (2001-ci ildən 2013-cü ilin sentyabrına qədər); 

4.  Təhsil Nazirliyinin Elmi Metodiki Şurasının "Kimya və kimya texnologiyası" bölməsinin sədri (2001-2013-cü illər);

5. VIII-XI siniflər üzrə kimya dərsliklərinin birinci müəllifi.

Digər fəaliyyəti

1.  NKPİ-nin Elmi Şurasının sədri (2011-ci ilin noyabr ayından); 

2.  NKPİ-nin nəzdində D 01.031 Dissertasiya Şurasının sədri;

3.  AR İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü (2005-2011-ci ilin mart ayı);

4.  "Neftkimyası və neftemalı prosesləri" jurnalının baş redaktorunun müavini. (2003-cü ildən) 

5. AMEA-nın "Elm dünyası" jurnalının baş redaktorunun müavini. (2013-cü ildən).

Təltif və mükafatları

1. SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalı - 1987;

2.  "SSRİ-nin qabaqcıl ixtiraçısı" döş nişanı - 1987;

3.  SSRİ Neft-Kimya sənaye nazirliyinin Fəxri fərmanı - 1989;

4.  Akad. Y.H.Məmmədəliyev adına medalı - 1996;

5.  AMEA-nın Fəxri fərmanı-2000

6.  Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı - 2004;

7. "Azərbaycanın əməkdar müəllim" I fəxri adı– 2005;

8. "Şöhrət" ordeni – 2005;

9. İslam ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) "Elm və texnologiya" üzrə mükafatı - 2009. 

10. NKPİ elm və təhsil sahəsində nailiyyətlərə görə Avropa Biznes Assambleyası (Oksford, İngiltərə) tərəfindən "Avropa Keyfiyyəti" mükafatı - 2009. 

11. "The Name in Science" (Elmdə Ad) fəxri adı - 2013

12. Dünya elminə verdiyi töhvələrə görə Beynəlxalq Sokrat Komitəsinin Şöhrət medalı  - 2013 (İngiltərə); 

13.Uluslararası Altın Yıldız Madalyasına layiq görülmüşdür (Türkiyə, Ankara) -2013

14. Təbiətşünaslıq elmləri üzrə Avropa Akademiyasının Kuratorluq və Elmi Şurasının qərarı ilə elmi tədqiqatlarda xüsusi xidmətlərinə görə Əsas qızıl Cəngavər ulduzu – 2013

15. Atatürk Uluslararası Ödülü – 2014-cü ildə.

Əsas iş yeri və ünvanı AMEA Akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, AZ1025, Azərbaycan Respublikası, Bakı ş., Xocalı pr., 30 
Vəzifəsi NKPİ-nin direktoru və Çoxfunksiyalı reagentlərin kimyası və texnologiyası şöbəsinin müdiri
Xidməti tel. (+994 12) 4902476; (+994 12) 4903703
Mobil tel . (+994 50) 3316240
Ev tel. (+994 12) 4410212 
Faks (+994 12) 4903520 
Elektron poçtu vagif_abbasov@hotmail.com;  

azmea_nkpi@azdata.net