Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Dilçilik İnstitutunun əməkdaşı Bolqarıstanda yay seminarında iştirak edib
20.08.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Dilçilik İnstitutunun əməkdaşı Bolqarıstanda yay seminarında iştirak edib

Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində əcnəbi bolqarşünas və slavyanşünaslar üçün nəzərdə tutulan bolqar dili və mədəniyyəti üzrə 52-ci yay seminarı keçirilib.

Bu il ilk dəfə seminarda azərbaycanlı alim və tələbələr də iştirak ediblər.

Seminarda, ümumilikdə, 29 ölkəni (Türkiyə, İngiltərə, Almaniya, Çexiya, Rusiya, Sloveniya, İtaliya, Hindistan, Xorvatiya, Ukrayna, Moldova və s.) 92 nümayəndə təmsil edib.

Yay seminarında AMEA Dilçilik İnstitutunun Sosiolinqvistika və dil siyasəti şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Solmaz Süleymanova və BSU-nun tərcümə və beynəlxalq əlaqələr və regionşünaslıq fakültələrinin tələbələri də iştirak ediblər.

İştirakçılar Rila dağ massivində yerləşən və eramızın 930-cu ilində tikilmiş Rila kişi monastırında, Avropanın ən qədim (6000 il əvvələ məxsus) şəhəri sayılan, hazırda Bolqarıstanın ikinci böyük şəhəri olan Plovdivdə, eləcə də Sofiya və onun ətrafında yerləşən bir sıra kilsələr və muzeylərdə də olublar.

Qruplarda keçirilən dərslərdə ölkələrin təqdimatı keçirilib. Azərbaycanlı seminar iştirakçıları ölkəmizi layiqincə təmsil ediblər. Qeyd edək ki, Azərbaycan üçün 3 təqaüd (hər biri 620 avro məbləğində) ayrılmışdı.

Azərbaycanlı nümayəndələr yay seminarını uğurla bitirərək diplomlarla təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: