www.science.az
25.07.2014 00:00

Elmi İnnovasiyalar Mərkəzi ilə Samara İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb

AMEA Elmi İnnovasiyalar Mərkəzinin (EİM) baş direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov və Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin filialı olan Samara İnstitutunun direktoru Yelena Nikolayevna Şeremetyeva arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.

İmzalanmış müqavilə birgə elm və təhsil proqramları, layihələrin həyata keçirilməsi, ali və ali məktəbdən sonrakı peşə təhsilli innovasiya sisteminin səmərəli fəaliyyət göstərməsi, eləcə də ali təhsilli və yüksək ixtisaslı mütəxəssislərin ixtisasının artırılması, yüksək ixtisaslı elmi kadrların hazırlanması, elm və peşə təhsilinin inteqrasiyasına kömək edəcək.

Qeyd edək ki, EİM 2014-cü ilin əvvəllərində Qazaxıstan Respublikası “Elmi Texniki İnformasiya Milli Mərkəzi” Səhmdar Cəmiyyəti ilə də müqavilə imzalayıb.

Mərkəzin yaxın günlərdə bir neçə xarici təşkilatla elm və təhsil sahəsində qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalaması nəzərdə tutulur. >Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Belarus Dövlət İqtisad Universiteti müqavilə imzalanacaq xarici təşkilatlar sırasındadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.