Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Sumqayıt Dövlət Universitetinin tələbələri Polimer Materialları İnstitutunda təcrübə keçirlər
27.02.2019 09:55
  • A-
  • A
  • A+

Sumqayıt Dövlət Universitetinin tələbələri Polimer Materialları İnstitutunda təcrübə keçirlər

Sumqayıt Dövlət Universitetinin (SDU) Kimya və biologiya fakültəsinin IV kurs tələbələri AMEA-nın Polimer Materialları İnstitutunda (PMİ) təcrübəyə başlayıblar.

Mayın 25-dək davam edəcək təcrübə prosesində məqsəd tələbələrin elmi işə cəlb olunması, onlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişlərin formalaşdırılmasıdır.

Təcrübədən öncə tələbələr təhlükəsizlik qaydaları ilə təlimatlandırılıb, sonra SDU-nun institutun nəzdində 2016-cı ildən fəaliyyət göstərən Yüksəkmolekullu Birləşmələr Kimyası və Ekologiya Elm və Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

PMİ-nin laboratoriyalarda tələbələrə mühazirələr keçirilib, istifadə olunan cihaz və avadanlıqların iş prinsipləri, onların təyinatı haqqında məlumatlar verilib, aparılan elmi tədqiqatlara uyğun tərcübələr nümayiş etdirilib. Təcrübə müddətində tələbələrə universitetdə əldə etdikləri bilikləri elmi tədqiqatlarla əlaqələndirmək üçün hər cür şərait yaradılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: