Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA YT Parkın nümayəndələri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər
26.02.2019 16:36
  • A-
  • A
  • A+

AMEA YT Parkın nümayəndələri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər

Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilib. AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) nümayəndələri Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşündə iştirak ediblər.

YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov, infrastruktur üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Elxan Bayramov, strateji inkişaf üzrə direktor müavini Məmməd Bağırzadə və müəssisənin digər nümayəndələri Xocalı soyqırımı qurbanlarının abidəsi önünə tər çiçəklər düzüb, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: