Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Aqrar sahənin inkişafı üzrə innovativ tədbirlər paketinin hazırlanmasına dair müzakirələr aparılıb
25.02.2019 12:30
  • A-
  • A
  • A+

Aqrar sahənin inkişafı üzrə innovativ tədbirlər paketinin hazırlanmasına dair müzakirələr aparılıb

AMEA-nın Şəki Regional Elmi Mərkəzi (ŞREM) tərəfindən Oğuz rayonunda “Azərbaycanın şimal-qərb bölgəsi timsalında aqrar sahənin inkişafı üzrə innovativ tədbirlər paketinin və aqro-ekoloji inkişaf modelinin işlənib hazırlanması” adlı layihə çərçivəsində seminar keçirilib. 

Tədbirdə AMEA ŞREM-in elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov “Azərbaycanın şimal-qərb bölgəsində ipəkçiliyin inkişafı perspektivləri”, mərkəzin Tut ipəkqurdunun seleksiyası şöbəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Qüdrət Bəkirov “İpəkqurdunun yemlənməsində aqrotexniki qaydalar. İpəkqurdunun xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri”, Tut ipəqurdunun seleksiyası şöbəsinin elmi işçisi Aqil Mustafayev “İpəkçiliyin region və ölkə iqtisadiyyatında rolu və əhəmiyyəti”, Genefond və biomüxtəliflik şöbəsinin rəhbəri Coşqun Məmmədov “Xaricdən gətirilmiş çəkil tinglərinin yetişdirilməsində aqrotexniki qaydalar “mövzusunda məruzələrlə çıxış ediblər.

Seminarda layihə ətrafında geniş fikir mübadiləsi aparılıb, müvafiq təkliflər qeydə alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: