Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Biologiya Problemləri üzrə Elmi Şuranın iclasında 34 dissertasiya mövzusu təsdiqlənib
20.02.2019 15:23
  • A-
  • A
  • A+

Biologiya Problemləri üzrə Elmi Şuranın iclasında 34 dissertasiya mövzusu təsdiqlənib

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Elmi Şurasının cari ildə ilk iclası keçirilib.

Akademik İradə Hüseynovanın sədrliyi ilə keçirilən iclasda 20-si elmlər doktorluğu, 20-i isə fəlsəfə doktorluğu hazırlığı üzrə ümumilikdə 40 dissertasiya mövzusu müzakirə edilib.

Müzakirələrdə şuranın elmi katibi, AMEA-nın müxbir üzvü Pənah Muradov, şuranın üzvləri - akademik Validə Əlizadə, AMEA-nın müxbir üzvləri - Xəlil Qasımov, İlham Ələkbərov, biologiya üzrə elmlər doktorları - Səftər Süleymanov, Səyyarə İbadullayeva, Elman İsgəndər, Yaşar Feyziyev, Arif Mehdiyev, prof. Canbaxış Nəcəfov və digərləri iştirak edərək, mövzularla bağlı fikir və təkliflərini səsləndiriblər.

İclasda müzakirə edilən 40 mövzudan 16-sı elmlər, 18-i fəlsəfə doktoru üzrə olmaqla 34 mövzu müəyyən dəyişikliklər edilməklə təsdiqlənib, 6 mövzu isə yenidən baxılması üçün uyğun təşkilatlara qaytarılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: