Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan alimlərinin məqaləsi beynəlxalq jurnalda dərc olunub
20.02.2019 12:48
  • A-
  • A
  • A+

Azərbaycan alimlərinin məqaləsi beynəlxalq jurnalda dərc olunub

AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, tex.ü.f.d. Robert Qarayev, həmin laboratoriyanın elmi işçisi Natella Sadıqova, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Rəna Mikayılova və “OIL SUPPLY” MMC-nin biznesin inkişafı üzrə meneceri İslam Səfərlinin həmmüəllifi olduqları “Müəssisələrin biznes strategiyalarının dinamik təhlili üçün koqnitiv vasitələr” adlı məqalə ETU “İqtisadiyyatın Ali Məktəbi” (Moskva) tərəfindən nəşr olunan “Biznes informatika” jurnalında çap olunub. Jurnal Web of Science, RSCI-nin elmi bazasında indeksləşir.

Biznes informatika  - informasiya texnologiyaları və menecmentin qovşağında  yaranan yeni bir elmi istiqamətdir.

Məqalədə bugünkü mürəkkəb və qeyri-sabit iqtisadi şəraitdə biznes strategiyalarının koqnitiv modelləşdirilməsi üçün yeni metodologiya təklif olunur. Təklif olunan metodologiya iqtisadiyyat, ekologiya, sosiologiya, siyasi elm, konfliktologiya, fövqəladə hallar və digər sahələrdə idarəetmə strategiyalarının gələcək tədqiqatları üçün əsas təşkil edir.

Bu nəşrin nəticələrinə görə R.Qarayev dörd beynəlxalq konfransa əsas məruzəçi kimi dəvət alıb.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: