www.science.az
20.02.2019 12:58

Botanika İnstitutunun əməkdaşının rəhbərliyi ilə yerinə yetirilən layihə bürünc medala layiq görülüb

AMEA Botanika İnstitutunda təcrübə keçmiş Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdləri Aliyə Əliyeva və Yusif Sərhanbəyli-Quliyev “Sabahın alimləri” VIII Respublika müsabiqəsində “Ekologiya” nominasiyası üzrə III yerə layiq görülüblər.

Şagirdlərin müsabiqəyə təqdim etdikləri “Yosunların sututarlarında neft və neft məhsullarını təmizləməsi” mövzusunda elmi iş institutun Alqologiya və lixenobriologiya laboratoriyasının müdiri, b.ü.f.d. Şəkər Muxtarovanın rəhbərliyi ilə yerinə yetirilib.

Məktəblilər Xəzər dənizinin Bakı buxtasında neftlə çirklənmiş ərazidən götürdükləri nümunələr üzərində alqofloranın təyinatını aparıb, yosunların növ tərkibini öyrənib və neftlə çirklənməyə qarşı tolerant növləri təyin ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.